2. Tapmacaların çox böyük inkişafetdirici imkanları vardır.
3. Tapmacalar şəxsiyyətin müxtəlif keyfiyyətlərinin tərbiyəsində istifadə edilə bilər.
4. Uşaqların təlim-tərbiyəsində tapmacaların diaqnostik imkanlarından müvəffəqiyyətlə istifadə etmək olar. Xüsusi olaraq hazırlanmış heç bir anketə və testə müraciət emtədən, yalnız tapmacalar vasitəsilə uşaqlarda müşahidəçiliyi, ağılın itiliyini və inkişaf dərəcəsini, yaradıcı təfəkkürün inkişaf səviyyəsini yoxlamaq, müəyyən etmək olar.
Beləliklə, tapmacaların etnopedaqoji təhlili göstərir ki, insan şəxsiyyətinin formalaşması uşaqların əqli, əxlaqi, estetik, əmək tərbiyəsi üçün onların geniş imkanları vardır. Ən qədim dövrlərdə onlar ehtimal ki, bu əlamətləri az ya çox dərəcədə olsa da, eyni müvəffəqiyyətlə yerinə yetirirdilər. Amma sonralar əqli tərbiyə bu funksiyalar arasında daha aparıcı əsasa çevrildi.
Etnopedaqogika tapmacaların göstərilən pedaqoji imkanlarını tədqiq etməklə kifayətlənməyib, həm də müasir şəraitdə onlardan istifadənin səmərəli yollarını da müəyyən edir.
Tapmacalar müasir pedaqoji prosesin bütün mərhələlərində istifadə edilə bilirlər. Təlim prosesini də, dərsdənkənar təlim-tərbiyə işlərini də bu müdrik xalq nümunələrinin tətbiqi ilə zənginləşdirmək, optimallaşdırmaq mümkündür və mütləq tətbiq olunmalıdır.
Müasir pedaqoji prosesdə (istər təlim prosesində, istərsə də dərsdənkənar müxtəlif tədbirlər – məsələn, bilik yarışları, müsabiqələr, viktorinalar, müxtəlif uşaq bayramları və s. zamanı) tapmacalardan istifadənin səmərəliliyini təmin etməkdən ötrü bir sıra şərtlərə əməl olunmalıdır:
1. Tapmacaların tətbiqi zamanı uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Aydındır ki, məktəbəqədər yaşlı uşaqlara, kiçik məktəbyaşlı şagirdlərə verilən tapmacalar onların ətrafda hər gün gördükləri, təmasda olduqları əşya və hadisələrə aid olmalıdır. Sadə cavablar tələb edən tapmacaların həlli, hər şeydən əvvəl, uşaqları bu məşğələyə həvəsləndirir, onlarda öyrənmə maraqları yaradır. Məsələn,
İkicə dənə dişi var.
(qayçı)
Xor-xor yatışı var.
(pişik)
Pambıqdan ağdı.
Evə gələr,
Suya dönər.
(qar)
Şübhəsiz ki, yeniyetmə və gənc yaşlarında bu tip tapmacaların didaktik və tərbiyəvi əhəmiyyəti yüksək ola blilməz. Tapmaca bu yaşlara müvafiq seçilməlidir.
İçində bəylər aşı,
Bişirərsən aş olar,
Bişirməsən quş olar
(yumurta)
Qah-qah qalası var bunun,
Ağı-alası var bunun.
Yumurtamaz, qaqqıldamaz,
Uçar balası var bunun.
(kəpənək)
2. Uşaqlarda tapmacaların xüsusiyyətləri haqda biliklər və cavabları tapmaq vərdişləri yaradılmalıdır. Bundan ötrü sadə tapmacalardan başlayaraq daha mürəkkəb fikri əməliyyatlar aparmaq tələb edən tapmacalara doğru gedilməlidir.
Tapmacaların tətbiqi ilə müşayət olunan təlim işinin ilk mərhələlərində tapmacaların hansı mövzuya aid seçildiyi haqda şagirdlərə əvvəlcədən məlumat vermək də səmərə verir.
Dostları ilə paylaş: |