Qışda da kef çəkərik. Diqqət edilsə, nəğmədə əkinçi əməyinin mərhələləri öz əksini tapmışdır: əvvəltoxumu əkirlər, sonra biçirlər, sonra döyülüb-qurudulmuş hazır buğdanı evə daşıyırlar, yalnız bundan sonra onu rahat yeyirlər. İkincisi, bu işin hansı mərhələsinin nə zaman yerinə yetirilməsinin daha səmərəli olduğu göstərilir: yazda əkmək lazımdır, yayda biçmək lazımdır, dən halına salınmış, qurudulmuş, təmizlənmiş taxılı payızda anbara daşıyarlar, əkin-biçinin olmadığı qışda isə tədarük edilmiş azuqəni yeyərlər. Üçüncüsü, rahat yaşamaq üçün ilin dörddə üçünü səylə çalışmaq, hər işi vaxtında görmək, yalnız bundan sonra görülmüş işin səfasını duymaq, xeyirini görmək, kef çəkmək olar.