Sayaçı sözləri öyrədici və tərbiyəedici baxımdan böyük imkanlara malik olmuşdur. Zəngin təcrübə sahəsində öz işini dərindən bilən maldarlar, çobanlar bilavasitə əmək prosesində aşağıdakıları öyrədirdilər.
bu peşənin tarixini
Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə.
Qızıl öküz duranda,
Buğda sünbül salanda,
Dünya binnət olanda.
Musa çoban olanda...;
qoyunun əhəmiyyətini, insanların həyatına nəyi ilə daxil olduğunu
Sanılıdı əbrişim – şişək
Cehizlikdi yunu – döşək...
... Dələmə çəçili şirin,
Cız-bızı daha şirin...
... Yunu uzun, əlçim-əlçim,
Baharda süd gölündə çim...;
sürüdəki qoyunları rəqəmlərin iştirakı olmadan yoxlamağı: