Sağın nəğmələri də əslində sayaçı nəğmələrinin bir növüdür, sadəcə, daha çox, heyvanların sağılması zamanı oxunduğundan bu cür adlandırılır. Sağın nəğmələrini sayaçı nəğmələrindən fərqləndirən bir cəhət də onların icrası ilə bağlıdır: sayaçı nəğmələrini çobanlarla yanaşı, çoban paltarı geyib, kəndbəkənd gəzərək «Sayaçı» mərasimini icra edən digər şəxslər də oxuyurdular. Sağın nəğmələri isə bilavasitə sağın zamanı sağıcı tərəfindən icra olunur:
Ovçuluq ən qədim peşələrdən olduğu kimi, ovçu nəğmələrinin yaranma tarixi də qədimdir. Ovçu nəğmələrinin digər peşə nəğmələrindən fərqlərindən biri, onun icra vaxtı ilə bağlıdır. Əgər əkinçi nəğmələri, sayaçı, sağın nəğmələri bilavasitə işin icrası vaxtı ifa olunursa, ovçu nəğmələri ya ovdan əvvəl, ya da ovdan sonra oxunur.