Nitq ünsiyyəti.
Ritmik və ya melodik ifadə.
Birgə hərəkət və fəaliyyət.
Uşaqların sevə-sevə və sevinə-sevinə oynadıqları xalq oyunları həm müsbət emosiyaların mənbəyi, həm kollektivin əməyin təzahür vasitəsi, uşaqlar arasında birliyin yaranmasına xidmət edən üsul rolunu oynayır. Bu oyunlar zamanı hər bir uşağın sosial tələbatı yerinə yetirilir. Belə tələbatlar sırasına özünü birgə fəaliyyət göstərdiyi qrupun üzvü kimi hiss etməyi, yaşıdları tərəfindən qəbul edilməyi, kollektivin fəaliyyətində payı olduğunu dərk etməyi və s. aid etmək olar. İnkişafın müəyyən mərhələsinə çatdıqdan sonra uşağın qarşısında mütəşəkkillik bacarıqlarına yiyələnmək, başqaları ilə razılığa gələ bilmək, güzəştə getmək, ümumi tələblərə tabe olmaq, intizama, qayda-qanuna riayət etmək və s. vəzifələr qoyulur. Uşaqların təbii, əyləncəli, bədii formalarla zəngin fəaliyyət növü olan xalq oyunları zamanı uşaqlar öz aralarında vəzifə bölgüsü və qaydalara əməl olunmasının zəruriliyinə alışır, həmçinin birgə fəaliyyət bacarıq və vərdişlərinə yiyələnirlər.
Uşağa həyat üçün, birgəyaşayış üçün zəruri olan qaydaları dərk etdirmək, onu bu qaydalara şüurlu şəkildə əməl etməyə alışdırmaq pedaqoji elmin ən mühüm vəzifələrindəndir. Bu qaydalara riayət edilməsi insan cəmiyyətinin mövcudluğunun əsasını, prinsip və şərtlərini təşkil edir.
Dostları ilə paylaş: |