İsmayilov Sahib Söyün oğlunun “Gəmi val generator qurğularının tədqiqi”



Yüklə 13.69 Kb.
tarix22.06.2018
ölçüsü13.69 Kb.

İsmayilov Sahib Söyün oğlunun

Gəmi val generator qurğularının tədqiqi mövzusunda 3319.01 – “Gəmiçilik texnikası” ixtisasından texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın


Annotasiya

Aparılmış tədqiqatlar göstərir ki, elektrik stansiyasının dizel generatorlarının sayı azaldılıb və onların əvəzinə baş mühərriklərlə hərəkətə gətirilən generatorların (val generatoru) qurulması, həmin gəmidə elektrik enerjisinin hasil edilməsinə sərf olunan maddi xərci 15÷20% azaldır.

Qeyd etmək lazımdır ki, gəmiyə hərəkət verən avar vinti öz quruluşuna görə iki növ olur:

Addımı tənzim olunmayan və addımı tənzim olunan.

Addımı tənzim olunan avar vintlərinin gəmilərdə geniş tətbiqi təxminən keçən əsrin 70 ci illərindən sonra başlamışdır. Belə avar vintinə fırlanma hərəkəti verən gəminin baş mühərrikləri sabit sürətlə fırlanır və gəminin sürətinin azalıb çoxalması avar vintinin pərlərinin dönmə bucağını dəyişməklə, gəminin qabağa və yaxud dala hərəkət etməsi isə avar vintinin pərlərinin dönmə istiqamətini dəyişməklə yerinə yetirilir. Baş mühərrikin fırlanma sürəti sabit qaldığı üçün val generatoru əsas olaraq avar vintinin addımı tənzim olunan gəmilərdə tətbiq edilir.

Baş mühərrikin fırlanma sürəti dəyişmədiyi üçün onun valında qurulan generatorun gərginliyi və cərəyan tezliyi sabit qalır. Vintinin addımı tənzim olunmayan gəmilərdə isə val generatorları az tətbiq edilir. Çünki baş mühərrikin fırlanma sürəti geniş miqyasda dəyişdiyi üçün val generatorunun çıxışında gücü təxminən generatorun gücünə bərabər olan yarımkeçricilərdən hazırlanmış tezlik çevricisi qurmaq lazımdır.

Yuxarıda adları qeyd olunan Azərbaycan Respublikasının val generatoruna malik olan gəmilərində də avar vintinin addımı tənzim olunur və val generatorunun cərəyan tezliyini sabitləşdirmək üçün əlavə qurğular qoyulmayıb.

Axır zamanlarda xarici ədəbiyyat mənbələrində vintinin addımı tənzim olunan gəmilərdə sinxron val generatorunun əvəzinə asinxronlaşmış sinxron generatorunun tətbiq edilməsinin daha əlverişli olması haqqında məlumat verilir.

Vintinin addımı tənzim olunan gəmilərdə sinxron generatorunun əvəzinə asinxronlaşmış val generatoru tətbiq edildikdə baş mühərrikin fırlanma tezliyini təxminən 30÷40% dəyişmək mümkün olar və o, iqtisadi cəhətdən əlverişli olan rejimdə işləyər, bununlada yanacağa və yağa 20% - ə kimi qənaət olunar.

Bunlardan əlavə Beynəlxalq dəniz təşkilatının tələbinə görə neft məhsulları daşıyan gəmilər, qaz daşıyan gəmilər, sərnişin gəmiləri və səyahət gəmilərində gəmiyə hərəkət verən baş energetik qurğudan əlavə qəza zamanı gəmini alçaq sürətlə müəyyən məsafəyə aparmaq üçün avtonom energetik qurğuya malik olmalıdırlar. Əlbətdə, belə gəmilər val generatoruna malik olmalıdırlar və həmin valgeneratorunun mühərrik kimi işə salınması asan olmalıdır. Bu işdə də yəni val generatorunun mühərrik kimi işə salınmasında üstünlük asinxronlaşdırılmış sinxron generatoruna verilir. Onu faza rotorlu asinxron mühərriki kimi işə salıb sinxron və yaxudda asinxron mühərriki kimi işlətmək olar.

Yuxarıda göstərilənləri nəzərə alaraq demək olar ki, vintinin addımı tənzim olunan və sinxron val generatoruna malik olan gəmilərdə sinxron val generatorunun asinxronlaşdırılmış sinxron generatoru ilə əvəz edilməsi yeni hazırlanan vintinin addımı tənzim olunan gəmilərdə asinxronlaşdırılmış sinxron val generatorunun tətbiq edilməsinin onların generator və mühərrik rejimlərinin işlənməsi indiki zamanda aktual məsələdir.
İşin elmi yeniliyi


  1. Asinxronlaşdırılmış sinxron val generatorunu elektrik mühərriki kimi işə salan və onun asinxron eləcədə sinxron mühərriki kimi işləməsini təmin edən sisteminin işlənməsi;

  2. Asinxronlaşdırılmış sinxron val generatorun yükün və fırlanma sürətinin dəyişməsindən yaranan keçid prosesinin işlənməsi və bu prosesin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması.

3319.01-“Gəmiçilik texnikası”üzrə gəmilər üçün aşağıdakı praktik nəticələr əldə edilmişdir:



  1. Lahiyə olunan və ya hazırlanmaqda olan vintinin addımı tənzim olunan gəmilər üçün asinxronlaşdırılmış sinxron val generatorunun generator və mühərrik rejimlərinin işlənməsidir;

  2. Layihə olunan və hazırlanmaqda olan vintinin addımı tənzim olunan gəmilər üçün asinxronlaşdırılmış sinxron val generatorunun mühərrik kimi avtomatik işə salınmasının və iş prosesində mühafizəsinin prinsipial sxeminin tərtib edilməsidir.



İsmayilov Sahib Söyün oğlunundissertasiya mövzusu:
Gəmivalgeneratorqurğularınıntədqiqi
Исследование устройств судовых валогенераторов
The investigation of the ship shaft generators

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə