1942-ci il dekabrın 20-də Cəbrayıl rayonunda anadan olub.
1949-1959-cu illərdə Cəbrayıl rayon Şükürbəyli kənd orta məktəbində təhsil alıb.
1966-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində “Filoloq” ixtisası üzrə təhsil alıb.
Ailəlidir, üç övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1967-1970-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aspirant olub.
1970-ci ildə „Azərbaycan dilində qrammatik sinonimlik“ mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1975-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1967-1970-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi.
1970-1974-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş müəllim.
1974-1975-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında dosent əvəzi.
1975-1988-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında dosent.
1988 -2018 BDU-nun “Azərbaycan dilçiliyi“ kafedrasının dosenti .
2012, Bakı, Azərbaycan, Sözün leksik mənasının mahiyyəti, nitqdə təzahürü və lüğətlərdə verilməsi, "Azərbaycanşünaslığın aktual problemləri, III Beynəlxalq elmi konfrans.
2013, Bakı, Azərbaycan, Dil və cəmiyyət, Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş IV Beynəlxalq konfrans.
2014, Bakı, Azərbaycan, Azərbaycan-türk dilində antroponimlər, "Azərbaycanşünaslığın aktual problemləri, V Beynəlxalq elmi konfrans.
2014, Bakı, Azərbaycan, Cəmiyyətdə dil arasında bağlılıq, M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans.
2016, Bakı, Dildə və lüğət tərkibində inkişaf meylləri haqqında Azərbaycan, Akademik Tofiq HAcıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş „Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi“ Respublika elmi konfransı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
1985, Azərbaycan dilində qrammatik sinonimlik . Bakı, ADU nəşri.
1988, Azərbaycan dilinin semasiologiyasına giriş . Bakı, ADU nəşri, 85 s.
1995, Azərbaycan dili sinonimlər lüğəti. Bakı, Yazıçı nəşriyyatı.
2000, Kitabi-Dədə Qorqudun lüğəti. Bakı, YNE nəşriyyatı, 567 s.
2006, Azərbaycan dilinin semantikası. Bakı, Xəzər nəşriyyatı, 369 s.
2014, Azərbaycanşünaslığa giriş. Bakı, BSU nəşriyyatı.
Metodik göstəriş və proqramlar
2014, Nəsimi dilinin leksikası (metodik göstəriş)
2017, Dilin leksik-semantik sistemi (proqram)
2017, Azərbaycan dilinin müasir problemləri (proqram)
2017, Feilin zamnaları(proqram)
2017, Azərbaycan dlində söz yaradıcılığı (proqram)
2017, Müasir Azərbaycan dili(proqram)
Məqalələr
1982, Şəxs kateqoriyasının semantik-funksional xüsusiyyətləri // Azərbaycan dilinin qrammatik quruluşu məsələləri, Bakı.
1982, Polisemantik isimlərin məna sərhədinin müəyyənləşdirilməsi barədə qeydlər // Azərbaycan dilinin leksik-semantik quruluşu məsələləri, Bakı.
1983, Kitabi-Dədə Qorqud dastanlarının dilində çoxmənalı sözlər // Türk dillərinin quruluşu və tarixi, Bakı.
1987, Polisemantik sözün aktuallaşmasında kontekstin rolu // Azərbaycan dilində sintaktik konstruksiyalar, Bakı.
1987, Об относительной-хронологизации тюрко-иранских лексических общностей // Вопросы тюркологии, №2.
1990, Azərbaycan dilində immanent strukturlu antroponimlər // Azərbaycan dilinin etimologiyası və onomastik məsələlər, Bakı.
2004, Dillə təfəkkür münasibəti və leksik mənanın linqvistikası // Bakı Universitetinin xəbərləri, Bakı, №4.
2009, Leksikologiyanın əsas anlayışları // Azərbaycan filologiyasının aktual problemləri. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, s. 158-179.
2012, Azərbaycan dilində leksik arxaizmlər // “Filologiya məsələləri”, № 5, s. 30-35.
2013, Feilin mürəkkəb şəkillər haqqında / Akad. T.Hacıyevın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransınmın materialları, Bakı, s. 40-43
2014, Qurbaninin poetik dünyası//“Sivilizasiya“ jurnalı, Bakı, № 10, s. 20-30.
2015, Mürşüdümüz Yusif müəllim / Prof. Y.Seyidovun xatirəsinə həsr olunmuş məqalələr. Bakı, s. 23-27
2016, Ferdinand De Sössür və onun „Ümumi dilçilik kursu“ // “Filologiya məsələləri”, № 8, s. 10-22.