İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisitemində 2014- cü ildə görülmüş işlər haqqında

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 62.62 Kb.
tarix20.01.2017
ölçüsü62.62 Kb.
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisitemində 2014- cü ildə görülmüş işlər haqqında

                                                         Arayış


Müasir dövrdə hər bir dövlətin intellektual səviyyəsini xarakterizə edənən əsas atributlardan biri onun informasiya resurslarını toplayan, mühafizə və səmərəli istifadə edən kitabxanalardır. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intelektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

      İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi informasiya cəmiyyəti dövründə ölkəmizdə elmi-mədəni sərvətlərdən istifadə imkanlarının artırılmasının təmin edilməsi müasir kitabxanaların qarşısında duran başlıca vəzifələrdən biridir. Kitabxanalarımızın bu baxımdan dünya informasiya məkanına daxil olması başlıca şərtdir. Respublikamızda bu istiqamətdə geniş layihələr, proqramlar tətbiq edilir və həyata keçirilir.

2014-cü ildə İsmayıllı rayon MKS-də 1 Mərkəzi kitabxana, 2 şəhər, 2 qəsəbə, 45 kənd kitabxana filialı və 7 bələdiyyə kitabxanası fəaliyyət göstərmişdir.

İnformasiyalı cəmiyyətdə kitabxanaların rolunun artırılmasında əsas meyar olan kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin inkişafı, informasiya daşıyıcıları ilə təmin edilməsi, kitabxanaların kompyuter və proqram təminatı nəticəsində informasiyalaşdırılması oxuculara operativ kitabxana xidmətinin göstərilməsində başlıca vasitədir. Kitabxana ictimai təşkilat olduğundan o həmişə şəxsiyyətlə əlaqədar olmuş, şəxsiyyətlə kitabxana arasında olduqca yaxın, qırılmaz tellərlə əlaqədar formalaşmışdır. Kitabxanalar həmçinin cəmiyyətin formalaşmasında və təkmilləşməsində iştirak edən müəssisədi.

Bildiyimiz kimi kitabxanalarda informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. İsmayıllı rayon MKS-də 2014- cü ilə olan hesabata əsasən 399209 nüsxə ədəbiyyat vardır ki, bunlardan da 81869 nüsxəsi latın qrafikalı ədəbiyyatıdır. Hesabat ili ərzində kitabxanaya 34176 nüsxə ədəbiyyat və 310 ədəd elektron resurs daxil olmuşdur. Daxil olmuş ədəbiyyat əsasən bu mənbələrdən alınmışdır. Prezident aparatından 1601, Mədəniyyət və Turizm Nazirliyindən 303, İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən 30996, M. Seyidzadə adına Uşaq kitabxanasından 328, Köçərli adına Respublika Uşaq kitabxanasından 50, M. F. Axundov adına Milli Kitabxanadan 78, Respublika Kitabxana Kollektorundan 371, 449 nüsxə ədəbiyyat müəlliflər tərəfindən hədiyyə edilmişdir.  2014-cü ildə oxucu sayı 27840 nəfər olmuşdur.

Kitabxana-bibloqfariya proseslərinin avtomatlaşdırılması şöbəsi İRBİS-64 AKİS-in “Kataloqlaşdırma” və “Oxucu qeydiyyatı” modulları əsasında öz işini yerinə yetirir. İRBİS-64 proqramının Elektron kataloq bazasına 41403 kitab, retro bazaya 8094, elektron resuslar bazasına 361, diyarşünaslıq bazasına 98 nəşr daxil edilmişdir.

Hər il “İlin ən yaxşı kitabxanası və kitabxanaçısı”, “İlin ən yaxşı oxucusu” müsabiqələri keçirilmiş və qaliblər müəyyənləşdirilmişdir. “İlin ən yaxşı kitabxanası ” adına  Rayon Uşaq kitabxanası və “ İlin ən yaxşı kitabxanaçısı ”  adına həmin kitabxananın müdiri Süleymanova Rəna layiq görülmüşdür.

İsmayıllı MKS 2014-cü  il ərzində “Azərbaycan”, “Respublika”, “Yeni Azərbaycan”,  “Xalq”,  “Mədəniyyət”,  “Səs”,  “İki sahil”, “Kaspi”, “Palitra”, “Mövqe”,  “Yeni Təfəkkür”, “Вышка”, “İsmayıllı xəbərləri” qəzetlərinə abunə olmuşdur.

Kitabxanada əlamətdar və tarixi günlərə həsr olunmuş sərgilər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur. İl ərzində İsmayıllı rayon MKS-də aşağıdakı tədbirlər keçirilmişdir.

1.   Kitabxanaya daxil olmuş yeni kitabların sərgisi.

2.     20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş ədəbi - bədii

kompozisiya və  “Qan yaddaşımız – 20 Yanvar 1990- cı il” başlığı altında

sərgi .

3.     Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə ədəbi –



bədii kompozisiya və “ Mübariz kimi mübariz olaq” sərgi.

4.     21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “ Ana dilim, Şirin

dilim” adlı tədbir.

5.     Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir və “ XX əsrin faciəsi –

Xocalı soyqırımı ” adlı sərgi.

6.     8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir .

7.     31 Mart – Azərbaycanlıların  soyqırımı günü münasibətilə tədbir və sərgi.

8.     Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı – publisist Əli

bəy Hüseynzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar tədbir.

9.     “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir.

10.  “Ümumdünya əməyin mühafizəsi” günü ilə bağlı tədbir.

11. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə

tədbir və  “ Kitab bayramı”.

12. 28 May – Respublika günü ilə bağlı “Müstəqilliyimiz ən böyük

sərvətimizdi” mövzusunda tədbir.

13. 15 İyun “ Qurtuluş günü” ilə əlaqədar “Heydər Əliyev xalqımızın

xilaskarıdır ” adlı tədbir.

14. Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar

tədbir.

15.  Şair, siyasi xadim Hidayət Orucovun anadan olmasının 70 illiyi ilə əlaqədar



şairin kitablarından ibarət sərgi.

16. Azərbaycan əlifbası və Azərbaycan dili münasibətilə “ Dilimiz milli

varlığımızdır” mövzusunda dəyirmi masa.

17. 20 Yanvar gecəsində şəhid olmuş tələbə - şair Ülvi Bünyadzadənin 45 illik

yubileyinə həsr edilmiş “ Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik”

adlı şeir gecəsi.

18. 18 Oktyabr – Azərbaycanın  Müstəqilliyi Günü münasibətilə

“ Müstəqilliyimiz əbədidir ” mövzusunda dəyirmi masa.

19.    İsmayıllı rayonunun yaranmasının 83 illiyi ilə əlaqədar tədbir və “ İsmayıllı

– 83 ” mövzusunda sərgi.  

20. 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə

şənlik təşkil edilmişdir.

                                  

                                   Metodika şöbəsi

Şöbə il boyu filiallara 152 gediş təşkil etmiş, işçilərə 240 metodiki məsləhət vermiş, tarixi və əlamətdar günlərə aid 140 metodiki məktub hazırlayaraq filiallara göndərmişdir. Metodika şöbəsi 2014-cü ilin yanvar ayında illik iş planının tərtibinə aid metodik vəsait tərtib etmişdir ki, burada da kitabxanaların qarşısında duran vəzifələr, onların həlli yolları öz əksini tapmışdır. Əlamətdar və tarixi günlərə aid təqvim tərtib edilmiş, burada da həm cənab Prezidentin sərəncamı ilə qeyd edilən, həm də il boyu qeyd ediləcək əlamətdar və tarixi günlər qeyd edilmişdir. Metodika şöbəsi il boyu keçirilən 12 seminar müşavirələrdə fəal iştirak etmiş, müxtəlif mövzularda keçirilən tədbirlərin keçirilmə metodikası və kitabxana işinə aid metodik mövzularda çıxışlar etmişdir.

Metodika şöbəsində 20 Yanvar - Ümumxalq hüzn günü, 28 May Respublika Günü, İlyas Əfəndiyevin 100, Nəbi Xəzrinin 90, Abasqulu ağa Bakıxanovun 220 illik yubileyi ilə əlaqədar metodik məktublar hazırlanaraq filiallara verilmişdir. Oxuculara kitabxanaya yeni daxil olan kitablar haqqında məlumat vermək üçün  informasiya bülleteni hazırlanmışdır.


            Xidmət şöbəsi

Cəmiyyətin kitaba-biliyə tələbatını ödəmək məqsədilə yaranan kitabxanaların ən mühüm vəzifəsi oxuculara kitabxana-informasiya xidəmtini təşkil etməkdir. Cəmiyyət təfəfindən sosial institut kimi formalaşan kitabxanalar öz prioritet vəzifəsi olan insanların tərbiyəsində və sosiallaşmasında məhz oxucuların maraq, tələb və sorğularını mütəmadi olaraq ödəməklə iştirak edirlər. Məhz buna görədir ki, müasir şəraitdə oxucu və mütaliə probleminin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Mərkəzi kitabxananın Xidmət şöbəsi bu prinsipləri əsas tutaraq öz işini günün tələblərinə uyğun olaraq aparır.

Mərkəzi kitabxananın xidmət şöbəsinin nəzdində abonoment və Oxu zalı fəaliyyət göstərir. 2014-cü ildə xidmət şöbəsinin fondu 32455 nüsxə olmuş, 2267 oxucuya 37245 kitab verilmişdi. Fonda hesabat ilində 2089 nüsxə o cümlədən latın qrafikası ilə azərbaycan dilində 674, rus dilində 1195, ingilis dilində 220 nüsxə ədəbiyyat daxil olmuşdur. 2014-cü ildə daxil olmuş ədəbiyyatlar aşağıdakı elm sahələri üzrədir:

Təbiət, səhiyyə, tibb elmi                104            

Texnika, k/t                                      53        

Sosial, humanitar                              66             

İqdisadiyyat elmləri                          25                          

Hüquq elmləri                                   15         

Elm, təhsil, mədəniyyət və turizm   204     

Filologiya və bədii ədəbiyyat           1449                             

Din, fəlsəfə, psixologiya                   131                             

Universaal ədəbiyyat                         37      

Fond il ərzində 1. 2 dəfə dövr etmiş, gəlişlərin miqdarı 4, orta oxunuş 16.5 olmuşdur. Kitabxana fondunu, daxil olmuş yeni ədəbiyyatı oxuculara təbliğ etmək məqsədilə  kitab sərgiləri, icmallar və yuxarıda qeyd etdiyimiz bir sıra tədbirlər həyata keçrilmişdir. Kitabxanalar oxucuların maraq və sorğularının öyrənilib vaxtında ödənilməsi, iqtisadiyyat, siyasət, mədəniyyət və s. sahələrdəki yeniliklərə dair müntəzəm olaraq informasiya vermək işini mütəmadi olaraq həyata keçirirlər. Oxucuların maraq və sorğuları bilavasitə mütaliə ilə əlaqədar olduğundan kitabxanalar oxucu mütaliəsinin təşkili, istiqamətləndirilməsi, mütaliə mədəniyyətinin tərbiyəsi işini ön plana çəkir. 2014-cü ildə də kitabxanamız aşağıdakı oxucu kateqoriyalarına xidmət göstərmişdir:
Dövlət qulluqçuları:     12

Mütəxəssislər:              14

Müəllimlər:                   428

Həkimlər:                     100

Mühəndislər:                 15

Fəhlələr:                        100

Tələbələr:                      616

Təqaüdçülər:                 103

Virtual oxucular:           ----

Digər oxucu qrupları:   879

İl ərzində müxtəlif mövzular üzrə 25 oxucuya “ yox ” cavabı verilmiş, 30 oxucunun sorğusu ödənilmişdir. Hesabat ilində xidmət şöbəsi 11 adda qəzetə abunə olmuşdur.
                 Komplektləşdirmə və kitabişləmə şöbəsi

Kitab hər bir xalqın mədəniyyət göstəricisidir. Kitab bəşəriyyətin tarixi yaddaşıdır, mənəviyyatıdır, xalqın soy köküdür və dilidir. Bir sözlə keçmişlə bu günü bağlayan, bu günlə sabahı əlaqələndirən əsas ünsiyyət vasitəsidir. Kitabxananın strukturunu təşkil edən əsas elementlərdən biri kitabdır. Kitabxanaları kitabsız təsəvvür qeyri mümkündür. Bu baxımdan kitabxananın fondu mütəmadi olaraq zənginləşdirilir. 2014-cü il ərzində İsmayıllı rayon MKS-yə 875 adda və 34147 nüsxə ədəbiyyat daxil olmuşdur. Bunlardan 310 ədədi elektron nəşrlərdir. Daxil olan ədəbiyyat kitabxana qaydası ilə işlənərək bölgü aparılmış və kitabxana filiallarına paylanmışdır. Şöbədə 14 adda qəzetin qeydiyyatı aparılmış, mərkəzi kitabxanaya və filiallara paylanmışdır. MKS-yə daxil olmuş yeni ədəbiyyat bu mənbələrdən alınmışdır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən -303 nüsxə

Prezident Sərəncamı ilə hədiyyə edilmiş kitablar -1601 nüsxə

Respublika kitabxana kolletorundan -371 nüsxə

Milli kitabxanadan -78 nüsxə

F. Köçərli adına Respublika Uşaq kitabxanasından - 50

M.Seyidzadə adına kitabxanadan 328 nüsxə olmaqla 23 nüsxə kitab,

305   ədəd disk

Rayon İcra Hakimiyyəti tərəfindən - 30960 nüsxə rus dilində ədəbiyyat

Müxtəlif təşkilatlar və müəllif tərəfindən hədiyyə -456
Daxil olmuş ədəbiyyat aşağıdakı elm sahələri üzrə bölünmüşdür.

Təbiət və kənd təsərüffatı elmləri -476 nüsxə

Sosial-siyasi, humanitar və iqtisadiyyat elmləri -366 nüsxə

Dilçilik filologiya elmləri - 31756 nüsxə

Fəlsəfə elmləri - 718 nüsxə

Məlumat ədəbiyyatı, ensiklopediyalar - 521 nüsxə

Elektron nəşr -310

Fondlardan silinmiş ədəbiyyat baş kataloqdan redaktə olunmuş, fərdi uçot kitablarından silinmişdir.

     

 Biblioqrafiya proseslərinin avtomatlaşdırilması şöbəsi


Bütün dövrlərdə kitabxanalar bütün elmi kəşfləri, intelektual naliyyətləri, cəmiyyətin yaratdığı bütün dünyəvi sərvətləri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə çatdıran mühüm mədəniyyət mərkəzi hesab edilmişdir. Son zamanlar kitabxanaların modernləşdirilməsi, müasir oxucu tələbatına cavab verməsi qarşıda duran başlıca vəzifələrdən biridir. Kitabxanaların kompüterləşdirilməsi bu gün müasir kitabxanaların yaradılması üçün əsas şərtlərdən biri hesab olunur. Kompüterləşmə nəticəsində ilk növbədə oxucuların ədəbiyyatı əldə etmək üçün sərf etdikləri vaxtı minimuma endirmək mümkün oldu. Avtomatlaşmış Kitabxana İnformasiya Sistemlərinin yaradılması və İRBİS 64 proqramının tətbiqi bu sahədə böyük dönüş yaratdı. Elektron kataloq oxuculara yüksək elektron xidməti, oxucu sorğusunun uzaq məsafədən yerinə yetirilməsini, tələb olunan ədəbiyyatın kitabxanada olması haqqında dəqiq məlumat əldə etməsini təmin etdi.

Bütün respublika kitabxanalarında olduğu kimi bizim kitabxanamız da İRBİS 64 modulu üzrə işini davam etdirir. Hesabat ili ərzində “Elektron kataloq” və “Elektron kartoteka”ya müxtəlif mövzulara dair ədəbiyyat daxil edilmişdir. İl ərzində 2892 adda kitab “Kitablar”bazasına, 262 adda kitab “Retro” bazaya, 158 adda elektron resuslar bazasına, diyarşunaslıq bazasına isə 160 nəşr daxil edilmişdir.


                

                                     Uşaq şöbəsi


Kitabxana ictimai təşkilat olduğundan o həmişə şəxsiyyətlə əlaqədar olmuş, şəxsiyyətlə kitabxana arasında olduqca yaxın, qırılmaz tellərlə əlaqədar formalaşmışdır.Cəmiyyətin formalaşmasında tədris ocaqları ilə yanaşı kitabxanaların da rolu danılmazdır. Gələcək, sağlam düşüncəli nəslin yetişməsində, onların düzgün istiqamətləndirilməsində uşaq kitabxanaları xüsusi rol oynayır. Kiçik yaşlı oxucuların mütaliəsinin formalaşması, düzgün yönləndirilməsi  uşaq kitabxanalarının qarşısında duran vacib məsələlərdəndir.  

İsmayıllı rayon MKS-nin Uşaq şöbəsindən istifadə edən oxucuların 80%-ni uşaqlar təşkil edir. Hesabat ili ərzində kitabxanaya 2100 oxucu müraciət etmişdir. Kitab verilişi 39120 nüsxə olmuşdur. Uşaq şöbəsinin fondu 19366 nüsxədir. 2014-cü ildə kitabxanaya 1224 nüsxə ədəbiyyat daxil olmuşdur. Bunlardan 210 ədədi audiovizual sənədlər, 200 ədədi latın qrafikalı ədəbiyyat, 814 ədədi isə ingilis və rus dilində olan ədəbiyyatdır. Şöbə üzrə fond 2,1dəfə dövr etmişdir.

Uşaq şöbəsi şəhər məktəbləri və bağçaları ilə sıx əlaqə saxlayaraq kitabxanaya yeni oxucuların cəlb olunmasına nail olmuşdur. 2014-cü il Uşaq kitabxanası üçün uğurlu il olmuşdur. Kitabxana müasir tələblərə uyğun  təmir olunmuş və yeni texniki avadanlıqlarla təhciz edilmişdir. 10 kompüter quraşdırılmış və oxucuların istifadəsinə verilmişdir. Oxucularımız vaxtaşırı olaraq kitabxanaya gəlir və kompüterlər vasitəsilə elektron resurslardan müntəzəm olaraq isitifadə edirlər. Kitabxananın tamaşa zalında isə tez-tez milli ruhda kinolar, cizgi filmləri göstərilir. Bu da gənc və azyaşlı oxucularımızın böyük marağına səbəb olur. Həmçinin kitabxanada “Nağıl guşəsi” yaradılmışdır. Burada tez-tez şəhər bağçaları ilə maraqlı tədbirlər keçirilir. “Nağıllar aləminə səyahət”, ekologiyamızın qorunması ilə əlaqədar əl işlərindən ibarət sərgi, şeir müsabiqəsi, “Yeni il” səhərciyi və s. kimi uşaqların zövqünü oxşayan tədbirlər keçirilmişdir. Bununla bərabər hesabat ilində kitabxanada digər tədbirlər də küçirilmişdir.

20 Yanvar - şəhidlərimizin anım günü münasibətilə ədəbi-bədii

kompozisiya

Gənclər günü münasibətilə sərgi

Mübariz İbrahimovun doğum günü münasibətilə sərgi və ədəbi-bədii gecə

“Xocalı faciəsi-əsrin bəlası” adlı dəyirmi masa, əl işlərindən ibarət sərgi

Z.Əliyeva və H.Əliyevin doğum günü münasibətilə sərgi və onlara həsr

edilmiş seirlərin ucadan oxusu

Qələbə günü münasibətilə veteranlarla görüş

Yeni alınmış kitabların biblioqrafik icmalı

Bayraq günü münasibətilə ədəbi-bədii kompozisiya, sərgi

Ulu öndərin anım günü münasibətilə şeir müsabiqəsi

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə

ədəbi-bədii gecə

Yubilyar yazıçı və şairlərin doğum günü münasibətilə sərgi, ucadan oxu,

oxucu konfransları və s. keçrilmişdir.

Uşaq şöbəsində həmçinin “ Uşaq hüququ ” informasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə uşaq hüquqlarına həsr olunmuş daimi sərgi təşkil edilmişdir. Sərgidə uşaq hüquqları haqqında konvensiya, Azərbaycan Respublikasının Qanunu, bu sahədə qəbul olunmuş Dövlət Proqramları təqdim olunmuşdur. Mərkəzin xidmətindən oxucular və valideynlər istifadə edir. Mərkəzin fondunda kitablar, bukletlər, açıqca, qəzet və jurnallar, məqalələr toplanmışdır.

                             





Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə