1.3.3. Xam pambıq quruducularının istilik təchizatı Xam pambıq quruducularını istilik daşıyıcısının lazımi miqdarı ilə təmin etmək üçün elə qızdırıcılardan istifadə edirlər ki, bunlarda da maye,yaxud qaz halında olan yanacaq yandırılır. Pambıqtəmizləmə zavodlarında quruducu qurğuların istilik təchizatı üçün, ağ kerosinlə, yaxud təbii qazla işləyən qızdırıcı aqreqatdan istifadə edilir (şəkil 1.6). Yanacağın belə növlərinin tətbiqi qurudulan xam pambığın qızdırıcı qazlarla qızdırıcıdan aparılan küllə minimal zibilləməsinin zəruri olması, həm də yüksək temperaturun əldə edilməsilə sərtləşmişdir.