1.3.4.3 Ağır qatışıqların tutan 2KP-12
Pnevmatik ağır qatışıqların tutan 2KP-12 pambıqdan ağır qatışıqların (daş və s.) çıxarılması üçün xidmət edir və separatordan sonra pambıq zavodunun quruducu-təmizləyici və təmizləyici sexlərinin texnoloji prosesində quraşdırılır. O ventilyatordan, vakuum-klapandan, ağır qatışıqların tutucusundan, doğrayıcı barabanlı qəbul kamerasından, reflektorlu şaquli kameradan, kürəkcikli təmizləmə kamerasından və pambıq vitli konveyerin yükboşaldan şaxtasından ibarətdir.
Xalis metaldan hazırlanmış konstruksiyanın işçi kamerası doğrayıcı barabanın yerləşdiyi qəbul kamerasını, şaquli xəttə 30º bucaq altında quraşdırılmış reflektorlu şaquli kameranı və kürəkcikli ayırma kamerasını işə salır. Ayırma kamerasının qıraqlarında 3 mm qalınlığında təbəqə poladdan hazırlanmış deşilmiş torlar quraşdırılır. Bu kameranın içərisində üzərində rezinlənmiş pər quraşdırılmış cüt-cüt 4 kürəcik olan kürəcikli val yerləşir. Hər bir kürəcik cütü deşilmiş torların daxili və xarici səthləri ilə sürüşür. Kameranın hər iki tərəfində maşının qulluğunun rahatlığı üçün sökülə bilən-dönüş lyuklu sorucu ciblər yerləşdirilir.
Çivların ucları üzrə diametri 400 mm olan doğrayıcı baraban val-borunun deşiklərinə yerləşdirilmiş dayaq sapfadan ibarətdir. Boruların və sapfaların birləşmələrinin tərpənməzliyi qaynaq tikişi ilə təmin olunur. Valın borusuna xətt üzrə şahmat ardıcılığı ilə konusvari formalı çivlar vintlənir. Çivların bərkitmə davamlılığı iş prosesində çivların burub açmağına imkan veməyən yaylı şaybalar və kontrqayka ilə təmin olunur. Doğrayıcı baraban podşipnik qovşaqlarının bərkidici oymaqlarına quraşdırılır.
Dostları ilə paylaş: |