Şəkil 1.12. 2KП-12 boru kəmərlərində ağır qatışıqları tutan
İşçi kamera elə quraşdırılıb ki, ayırıcı kamera və doğrayıcı barabanın əvəzi və ya təmiri hallarında asan çıxarılması üçün müayinəsinə yol təmin edir.
Daxili diametri – basma-450 mm, sorucu-400 mm olan boru kəmərləri ağır qatışıqları tutan 2KП-12-nin hava axınının qapalı sistemini əmələ gətirir.
Ağır qatışıqlar çəni qaynaq konstruksiyalıdır, aşağı flansla vakuum-klapanın korpusuna, yuxarıdakı ilə isə şaquli kameranın flansına bərkidilir. Çənə 45º bucaq altında ventilyatorla birləşdirilmiş sıxıcı kompressorun boru kəmərinin birləşdiricisi qoşulur.
Ağır qatışıqları tutan 2KП-12-nin istismarı prosesində nöqsanlar mümkündür: deşilmiş torların sürtülməsi və qırılması, kürəciklərin pərlərinin köhnəlməsi, doğrayıcı barabanın çivlarının əyilmə və qırılması, ventilyatorun işçi çarxının protektor və kürəkciklərinin köhnəlməsi, vakuum-klapanın propellerinin sıxlaşdırıcı pərlərinin dağılması, podşipnik qovşaqlarının hissələrinin və maşının ötürücü mexanizminin köhnəlməsi.
Sürtülmüş və qırılmış deşilmiş torlar, kürəciklərin köhnəlmiş rezin pərləri yeniləri ilə əvəz olunur. Kürəciklərin pərlərinin dəyişdirilməsi üçün köhnəlmiş pərlərin bolt birləşmələri açılır, sonra rezinlənmiş parçadan yeniləri biçilir, kürəciklərə quraşdırılır və 8...10 mm uzatma ilə boltlarla bərkidirlər. Yenidən quraşdırılmış rezin pərlərdə qıraq çatlara yol verilmir. Oxşar üsulla vakuum-klapanın propellerinin sıxlaşdırıcı pərləri bərpa olunur. Doğrayıcı barabanın çivlarının nöqsanlarının bərpası, ümumi təyinat hissələrinin təmir üsulları yuxarıda izah olunmuşdu. Ventilyatorun köhnəlmiş protektoru yenisi ilə əvəz olunur.
Qatışıqları tutan 2KП-12 istehsalçı zavod tərəfindən pambıq zavoduna sökülmüş vəziyyətdə gətirilir. Quraşdırmadan əvvəl maşının qovşaqlarının texniki vəziyyəti və dəstliyi yoxlanılır.
Qatışıqları tutanın işçi kamerası bərk bünövrədə mişar təmizləyicisinin batareyasının üstündə, seperatorun altında quraşdırılır.
Dostları ilə paylaş: |