İsmayılova Bahar Əlzaid qızı Xam pambığın anbarlarda saxlanması zamanı özü-özünə qızışma prosesinin proqnozlaşdırılması


Şəkil-1.1 Buntun formalaşmsi üçün tədbiq olunan maşınalar



Yüklə 4,13 Mb.
səhifə4/31
tarix10.01.2022
ölçüsü4,13 Mb.
#109530
1   2   3   4   5   6   7   8   9   ...   31
Şəkil-1.1 Buntun formalaşmsi üçün tədbiq olunan maşınalar

Buntun yan divarları kəsilmədən conra vertikala nisbətdə 5–70 təşkil etməlidir.

Buntun forması, onun konctruksiyası və örtülməsi mövcud təlimata uyğun aparılır. Nəmlik faizi 10% yuxarı olan I və II növ, 13% yuxarı olan III və IV xam pambıq saxlandığı müddətdə öz–özünə qızışma prosesinə məruz qalır. Bu prosesin başlanması buntun daxilində olan temperaturu ölçən zaman 2 ölçü arasında fərqin olması ilə biruzə verir. Buntda temperaturun dəyişməsinə nəzarət termaşup və ya KT – 1 priboru vasitəsi ilə təlimata uyğun olaraq aparılır.

Buntda baş verə biləcək öz–özünə qızışma prosesini vaxtında aşkar etmək üçün qəbul məntəqəsinin labaratoriyası, əl yığımı üçün nəmliyi 9–10% olan masın yığımı üçün nəmliyi 11–13% olan xam–pampıq partiyalarında 10 gündə bir dəfə, nəmliyi yüksək olan xam–pambıq partiyalarında isə 5 gündə bir dəfə yoxlama aparırlar. Yoxlamalar buntun 4 m qədər dərinliyində 8 nöqtədə (4nöqtə künclərdə, 4 nöqtə isə yan tərəflərdə), anbarlarda isə 1 nöqtədə giriş tərəfdə 4–6 nöqtədə isə yuxarı hissədə aparılır.

Tədqiqatlar göstərir ki, eksperimental buntların kütləsi və ölçüləri artdıqca buntun istiliyi artır. Digər tərəfdən xam-pambığın nəmlik, zibillik və sıxlıq göstəricilərinin artması özünə qızışma prosesinin ocağında istiliyin intensiv artmasına səbəb olur.Qızışma prosesinin ocağı kimi pambıq kütləsinin həcmi mərkəzi götürülmüşdür. Məlum olmuşdur ki, xam –pambıq kütləsinin artmasında yerləşən istilik qızışma ocağında proses, bu ocaq yarımelleps formasında olduqda daha intetnsiv gedir.

Eksperimentlər zamanı xam pambıqda olan istilik mövcud termoşuplar vasitəsi ilə ölçülmüşdür. Bu vaxt ətarf mühitin temperaturu 17-280 C olmuşdur.

İndi isə öz-özünə qızışmanın əmsalını müəyyən edək. Məlumdur ki, /38/ xam pambığın istilik keçirmə əmsalı a0 = 12∙3∙104 m2/ saat

Bu ifadəni disturda yerinə qoysaq öz-özünə qızışma prosesinin əmsalını müəyyən edərik

Normal vəziyyətdə saxlanmaq üçün bunta yığılmış xam–pambığın temperaturu sabit olmalıdır. Temperaturun 2–30c dəyişməsi müəyyən olunduqda təcili olaraq buntda olan nəm hava ventilyatorlar vasitəsi ilə buntdan çəkilməlidir.

Zavodyanı və kənar xam–pambıq məntəqələrində qəbul olunmuş xam – pambıq aşağıdakı qaydada:

Nəmlik faizi 14% qədər olan xam–pambıq təmizləyici sexin yanında 14% - dən çox olan xam–pambıq isə quruducu, təmizləyici sexin yanında yerləşdirilməlidir. Müstəsna hallarda nəmlik faizi 18% olan xam–pambıq quruducu sexin yanında yerləşdirilə bilər, bu şərtlə ki, bu partiya 2–3 gün ərzində istehsala buraxılsın.

Xam pambığın növundən və yığım üsulundan asılı olaraq eyni buntda komplektləşdirmək üçün nəmlik göstəricisinin həddi.




Yüklə 4,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin