İSme 2018 “Türk dünyası” bölümünə qeydiyyatdan keşmiş və müvafiq təsdiq məktubu almış iştirakçıların nəzərinə!



Yüklə 8,78 Kb.
tarix25.05.2018
ölçüsü8,78 Kb.
#51428
növüXülasə

İSME 2018

İSME 2018 “Türk dünyası” bölümünə qeydiyyatdan keşmiş və müvafiq təsdiq məktubu almış iştirakçıların nəzərinə!

Məqalələr 01 iyun 2018-ci il tarixinə qədər amk-azmilcon@rambler.ru ünvanına göndərilməlidir.



Materialların tərtibat qaydaları:
Məqalənin həcmi 7 səhifəyə qədər.

Mətn: format – Microsoft Word, şrift Times New Roman, ölçü 12, interval 1; mətn səhifənin eninə bərabərləşdirilir, səhifənin kənarları hər tərəfə 2 sm, abzas 1,25, mətndə sözləri sətirdən sətrə keçirmədən və səhifələri nömrələmədən.

Xülasə və açar sözlər mütləqdir. Məqalənin əsas dilindən əlavə xülasə və açar sözlər daha 1 dildə (ingilis və ya türk) olmalıdır. Şrift adi, ölçü 10, sətirarası interval 1, mətn səhifənin eninə bərabərləşdirilir. Xülasə, açar sözlər, əlaqə üçün informasıya sözlərini kursivlə fərqləndirmək lazımdır.

Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir [1, s.182]. Məqalədəki bütün istinadlar ilkin mənbəyə əsaslanmalıdır.

Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə (sətirarası interval 1) sıralanır. Siyahı 10 müəllifdən artıq olmasın. Ədəbiyyat siyahısına yalnız məqalədə rast gələn sitata uyğun mənbələr salınmalıdır.

Xarici dillərdə sözlər, folklor mətnlərindən fraqmentlər orijinalın dilində verilirsə kursivlə fərqləndirilir.

Not nümunələri ya məqalədə mətnin içinə, yaxud məqalənin sonunda ayrıca verilə bilər. Nümunələr sıra ilə nömrələnməli və adlandırılmalıdır.

Məqalənin mətninə uyğun foto illüstrasiyalar məqalədən kənarda *.jpg yaxud *.jpeg. formatında elektron şəkildə də təqdim edilir. Onlar da məqalədəki sıraya uyğun nömrələnməlidir.



Materialların strukturu

1. Müəllif barədə məlumat.

Soyad, ad, atanınadı tam göstərilir.Elmidərəcə, iş yeri, vəzifə, e-mail yuxarı sağ küncdə yazılır.

2. Məqalənin adı səhifənin ortasında BÖYÜK HƏRFLƏRLƏ (şrift 12, Ctrl+B) verilir.

3. Bir sətir buraxıb məqalənin yazıldığı dildə xülasə və açar sözlər kursivlə verilir.

4. Bir sətir buraxıb məqalənin əsas mətnini yerləşdirmək lazımdır.



5. Məqalənin sonunda ədəbiyyat siyahısı verilir. (şrift 10, interval 1)

6. Daha sonra bir sətir buraxıb digər dillərdə olan xülasələr verilir. Xarici dillərdəki xülasələrdə kimlik (soyad, ad, elmi dərəcə və s.), məqalənin adı(şrift 12, Ctrl+B, center), xülasə və açar sözlər (şrift 10, interval 1, kursiv) yazılır.
Yüklə 8,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin