İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə30/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   26   27   28   29   30   31   32   33   ...   102
Açar sözlər: oduncaq, arid seyrək meşəliklər, ardıc, standartlaşdırma, dendroiqlim analizi
GİRİŞ
Juniperus foetidissima Willd. (ağıriyli ardıc) Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qiymətli nadir bitki növlərindən biridr. Azərbaycanın Şəki, Qəbələ, Quba, Samux, Cəbrayıl, Zəngilan, Ağdaş, Şamaxı, Altıağac rayonlarında və Naxçıvan MR Şahbuz rayonundakı meşələrdə yayılmışdır. Şahdağ, Altıağac Milli Parklarında, Türyançay, Şahbuz və Eldar şamı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur. Aşağı dağ qurşağından orta dağ qurşağınadək rast gəlinir. Bəzi yerlərdə dəniz səviyyəsindən 1800 m yüksəkliyədək qalxır. Quru yamaclarda seyrək meşə əmələ gətirir, bundan başqa daşlı və çınqıllı yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, tək-tək və qrupla çürüntülü-karbonatlı, boz-qəhvəyi torpaqlarda bitir. Ardıc-yabanı püstə və ardıc seyrək meşəliyinin əsas bitki növlərindən biridir [5, 6]. Çox az hallarda bu meşəliklərdə dominant olur. Bozdağ silsiləsində geniş yayılmışdır. Vaxtilə ardıc meşələri bu ərazidə daha geniş areala malik olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kişik massivlər şəklində keçilməz relyefli əlçatmaz dərələrdə rast gəlmək olar. Meşələrin bitmə şəraitinin dəyişilməsi və insanın fəaliyyəti sayəsində arid seyrək meşəliklərin sahəsi xeyli azalmışdır. Ardıc meşələri məhv edilən sahələr isə əsasən yovşanlı yarımsəhralara çevrilmişdir [1].

Mövcud şərait qoruq ərazisindəki biosenozların ekoloji vəziyyətini müasir ölçülər baxımından qiymətləndirmək zərurətini yaratmışdır. Burada meşələr əsasən dikliyi 20-500 olan yamacların şimal cəhətində yayılmışdır. Qoruq 1958-ci ildə yaradılmışdır. Ərazisi 22488 hektar təşkil edir. Qoruq ərazisində 60 növə qədər quraqlığadavamlı ağac və kol bitkilərinə rast gəlinir. Seyrək meşəlikdə çoxmeyvəli, ağır iyli və qırmızı ardıc, kütyarpaq püstə, iberiya palıdı, adi göyrüş, adi nar, sarağan, qaratikan və d. ağac və kollar daha çox yayılmışdır.

Müasir qloballaşma, urbanlaşma, sənayeləşmə, qlobal istiləşmə, müxtəlif təbii kataklizmalar, radioaktiv qəzalar və digər bu kimi xoşagəlməz hadisələr canlı aləmin biomüxtəlifliyi üçün də bir sıra ekoloji problemlərin meydana gəlməsinə zəmin yaradır [4]. Yerüstü ekosistemlərə müxtəlif təsirlərlə bağlı qlobal, regional və lokal problemlərin öyrənilməsində oduncaq-həlqə məlumatları xüsusi əhəmiyyət daşıyır. Ağacların illik halqalarının biologiyası ətraf mühitdə gedən iqlim, geomorfoloji və ekoloji dəyişkənlikləri müəyyən etməyə imkan verir. Müasir dövrümüzdə dendroxronoloji metodlardan meşə ekosistemlərinin məkan-zaman dinamikasının öyrənilməsində və uzun zaman dövründə iqlim-ekoloji amillərin bərpasında geniş istifadə olunur. Dendroxronoloji tədqiqatların meşə ekosistemlərinin və ətraf mühitin dəyişməsinə və transformasiyasına təsir edən müxtəlif təbii və antropogen amillərin qiymətləndirilməsindəki rolu olduqca əhəmiyyətlidir [7,8].

Azərbaycanda bu sahədə tədqiqatlara son illərdə başlanmışdır [2]. Tərəfimizdən tədqiqat ərazisindən oduncaq-həlqə nümunələri götürülmüş və standart dendroxronoloji metodlar tətbiq etməklə illik-həlqə xronologiyası yaradılmışdır. Bu xronologiya vasitəsilə ərazidə aparılacaq dendroiqlim analizlərində geniş istifadə oluna bilər. Ağacın artımı bir çox genetik və təbii mühit amillərinin qarşılıqlı əlaqəsindən asılıdır. Təbii ekoloji mühit bitkini qida maddələri, su, fotosintez və metabolik proseslərə lazım olan günəş radiasiyası ilə təmin edir. Genetik amillər isə bu resursların istifadə olunma potensialına nəzarət edir. Bu resursların çox və ya az olması bitkinin illik inkişaf dərəcəsini müəyyən edir [15]. Bu səbəbdən demək olar ki, çox hallarda illik halqa xronologiyaları ilə makroiqlimdə (xüsusilə temperatur və yağıntı) baş verən dəyişkənliklər arasında yüksək korrelyasiya müşahidə olunur [13].



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin