AZƏRBAYCANIN NADİR AĞAC - KOL BİTKİLƏRİNƏ İN SİTU VƏ
EX SİTU ŞƏRAİTİNDƏ ABİOTİK AMİLLƏRIN TƏSİRİNİN TƏHLİLİ
İsgəndər E.O.
AMEA Mərkəzi Nəbatat Bağı, Bakı ş., Badamdar şossesi 40
Email : elmaniskenderov@hotmail.com
Məqalədə Azərbaycan florasında olan 43 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin abiotik amillərə (işıq, istilik, su, torpaq və relyef) qarşı olan münasibəti araşdırılaraq bunların təhlili verilmişdir. Əsərdə aparılmış tədqiqat işlərinin yekunundan belə nəticəyə gəlinmişdir ki, öyrənilən nadir və nəsli kəsilməkdə olan bitkilərin, ekoloji baxımdan işığa münasibətinə görə 31 növü işıqsevən, 12 növü kölgəsevən, istiliyə görə 16 növü yüksək (54-56ºC), 23 növü orta (52ºC), 4 növü isə aşağı (48-50ºC) dərəcədə davamlı olanlar qruplarına ayrılmışdır. Suya olan ehtiyacına görə isə tədqiq olunan bitkilərdən 26 növü mezofit, 11 növü kserofit, 2 növü mezokserofit, digər 2 növü kseromezofit, daha 2 növü isə hiqrofit olmaqla in situ şəraitində dağ qaratorpaq və qonur dağ-meşə torpaqlarında yayılmışlar.
Açar sözlər: Ağac-kol, in situ, ex situ, abiotik, işıq, temperatur, edafik, oroqrafik
GIRIŞ
Canlı varlıqlar, o cümlədən bitkilər yaşadıqları mühitdə çox dəyişkən xüsusiyyətə malik fiziki, kimyəvi və bioloji amillərin təsirinə məruz qalırlar. Bu təsir birbaşa və ya dolayı şəkildə ola bilər. Canlılara təsir edən bu amillər bəzən növün fərd sayını azaldır, onların çoxalma və digər inkişaf xüsusiyyətlərinə maneçilik törədir [16,21]. Bitkilərin yaşamına təsir edən bu amillər canlı və cansız olaraq iki yerə ayrılır. Tədqiq olunan bitkilərlə, cansız olan amillər arasındakı münasibət tədqiqat işində öz əksini tapmışdır.
Dostları ilə paylaş: |