İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences


İnteryerlərin yaşıllaşdırılmasında Bromeliyanın tətbiq edilməsi



Yüklə 9,78 Mb.
səhifə46/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   42   43   44   45   46   47   48   49   ...   102
1. İnteryerlərin yaşıllaşdırılmasında Bromeliyanın tətbiq edilməsi.

Müxtəlif tipli interyerlərin yaşıllaşdırılmasında Bromeliyanın böyük sayda növlərindən istifadə etmək olar. Onlardan müxtəlif binaların (ictimai, yaşayış və istehsalat), qış bağlarının və mağazaların vitrinlərində dekorativ kompozisiya yaradılması zamanı, mikrokompozisiya yaradan zaman dekorativ tərtibata həcm verilməsində istifadə edilə bilər. Bromeliyanın habitusunun özü qeyri-adi təəssürat yaradır, yarpaqlarındakı şəkillər, rənglər və müxtəlif çiçəkləri , çiçək qrupları isə bu təəssüratı tamamlayır. Bromeliyanın əsas üstünlüklərindən biri onların çiçəkləməsinin yaz-qış dövrünə düşməsidir. Ancaq Bromeliyadan və ya digər tropik və subtropik bitkilərlə birlikdə kompozisiya yaradan zaman onların təbii şəraitinə yaxın olan əlverişli şərait yaratmaq lazımdır.

Ekoloji baxımdan Bromeliya müxtəlif cinslidir. Onları 2 əsas ekoloji tipə bölmək olar. Birinci tipə rütubətli tropik meşələrdə bitən bütün epifitlər aiddir. Buraya əsasən VrieseaGuzmania cinsinə aid olan əksəriyyət növlər, həmçinin Nidularium Tillandsia-nın hamar yarpaqlı bəzi növləri daxildir. İkinci tipə - daha sərt iqlim şəraitində (zəyif işıqda və aşağı temperaturda) bitən bitkilər daxildir. Buraya Aechmea, Billbergia, Cryptantus, Dyckia və b. cinslərin növləri aiddirlər. Bu tipin nümayəndələrinə cox vaxt tikanla və ya ağımtıl pulcuqla örtülmüş cod yarpaqlar, bəzən isə sukkulent tipli yarpaqlar xarakterikdir.

Birinci tip bitkilərə lazımdır: yüksək temperatur (+25 - +270C), havanın yüksək rütubəti (80 – 90%), kifayət qədər işıq. Bu cür şəraiti şüşələnmiş vitrində ya da işıqlandırılan istixanada yaratmaq olar. İkinci tipə aid olan Bromeliyalar havanın +18 - +220C temperaturunda və 60-80% nisbi rütubətində yaxşı bitir. Ancaq onlar xüsusilə yayda və kifayət qədər işıqda gün ərzində 2-3 dəfə su çilənməsinə ehtiyac duyurlar. Aerofit adlanan bu cür “hava” bitkiləri üçün xüsusi şərait yaradılmalıdır. Onlar üçün havanın nisbi rütubəti 90-95%-ə bərabər olmalıdır. Onlara Tillandsia cinsinin yarpaqlarının üzəri xarakterik gümüşü örtüklə örtülmüş və çox vaxt müxtəlif rəngli sallanan qeyri-adi çiçək qrupu olan əksər növləri aiddir.

Bromeliyanı öz dekorativlik keyfiyyətinə görə aşağıdakı qruplara bölmək olar: dekorativ yarpaqlılar; gözəl çiçəklilər; dekorativ yarpaqlı və çiçək qruplu növlər. Yuxarıda göstərilən qrupların hər birinin nümayəndəsini müxtəlif kompozisiyaların yaradılması zamanı tək-tək ya da müxtəlif qrupda birləşmiş şəkildə istifadə etmək olar. Ancaq həmişə kompozisiyanın təşkili zamanı istifadə edilən növlər üzərində təzad təşkil edən şəkil, rəng və hündürlüyə görə elə harmonik (həmahəng) yerləşdirilməlidir ki, son nəticədə tamamlanmış estetik kompozisiya alınsın. Beləliklə, dekorativ kompozisiya tərtib edilən zaman bitkilərin hündürlüyü elə seçilməlidir ki, hər bir istifadə edilən ekzemplyarın rəngi, forması və ya ölçüsü görünsün.

Dyckia, Puya cinsinin nümayəndələrini, Aechmea, Billbergia–nın bəzi növlərini qış bağlarının yaradılması zamanı uğurla istifadə etmək olar. Vriesea, Guzmania, Cryptantus, Tillandsia və b. cinslərin növlərindən isə kompozisiya yaradılan zaman müxtəlif dekorativ həcim vermək üçün istifadə edilə bilər. Son zamanlar Bromeliyadan qurumuş ağac gövdələrinin üzərində özünə məxsus kompozisiya yaratmaq üçün istifadə edilir.

Bromeliya hər bir növün spesifikasından asılı olaraq uyğun interyerə yerləşdirilir. Ancaq həmişə işıqlı yerə qoyulur. Bu məqsəd üçün yalnız şərq və qərbdə yerləşən pəncərələr daha yaxşı uyğun gəlir. Cənubda yerləşən pəncərələr üçün Aechmea bracteata, A. distichantha, Billbergia rosea növləri, Dyckia, Puya, Pitcairnia cinsinin nümayəndələri uyğun gəlir, şimal pəncərələr üçün isə Vriesea, Guzmania və b. cinslərin nisbətən kölgəyə davamlı növləri münasibdir. Bromeliyanın normal böyüməsi və inkişafı üçün su- və havanı yaxşı keçirən substrat lazımdır. Epifit növlər üçün yaxşısı budur ki, yalnız sfaqnum, çimli torf, çürümüş peyin və qumdan (1:1:1:0,5) ibarət olan substratdan istifadə edilsin.

Bütün hallarda, Bromeliyanın normal böyüməsi və inkişafı üçün lazım olan şərait – bu yaxşı işıqlanma dərəcəsi, su- və hava yaxşı keçən substrat, optimal temperatur, həmçinin substratın və havanın lazımi qədər rütubətinin olmasıdır.


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin