MATERİAL VƏ METOD Tədqiqat obyekti kimi Lonisera L. cinsinin adi doqquzdon (Lonicera caprifolium L.) növü öyrənilmişdir. Təcrübələr AMEA-nın Mərkəzi Nəbatat Bağının eksperimental sahələrində aparilmişdir. Aparılan tədqiqatların əsas məqsədi öyrənilən növün Abşeron şəraitində cücərtilərinin bioekoloji xüsusiyyətlərinin, ilkin inkişaf (yuvenil) dövründə morfogenezinin, bir və iki illik bitkilərinin böyümə və inkişaf dinamikasını öyrənmək olmuşdur. Adi doqquzdon növünün biomorfolojı xüsusiyyətlərinin öyrənilməsi zamanı İ.Q.Serebryakovun [7], kök sistemi V.A. Kolesnikovun [3], böyümə və inkişafı isə A.A. Molçanov və V.V. Smirnovun [6] metodlarından istifadə edilmişdir.