İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə64/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   60   61   62   63   64   65   66   67   ...   102
TƏDQİQATIN OBYEKTİ VƏ METODLARI
Tədqiqatın obyekti Mərkəzi Nəbatat Bağında introduksiya edilmiş 12 palıd növüdür. Bu növlərin əksəriyyəti Üzeyir Ağamirov tərəfdən müxtəlif vaxtlarda introduksiya edilmişdir.

Palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətləri P.I.Lapinin və N.I.Beydemanın təklif etdikləri metodlara əsasən aparılmışdır [1, 3].


TƏHLİL VƏ MÜZAKİRƏ
Mərkəzi Nəbatat Bağında introduksiya edilmiş 12 palıd növünün üzərində tədqiqatlar aparılarkən (2008-2010-cu illər) 7 növün – Quercus castaneifolia C.A. Mey.(şabalıdyarpaq palıd), Q. monqolica Fich.ex ledeb.(monqol palıdı), Q. pubescens (tüklü palıd), Q. robur L. (saplaqlı palıd), Q. serrata Thunb. (mişardişli palıd), Q. ilex L. (daş palıd) və Q. pedunculiflora C.Koch (uzunsaplaq palıdın çiçəklədiyi, uzunsaplaq palıd, daş palıd və şabalıdyarpaq palıdın hər il meyvə verdiyi müşahidə edilmişdir. Q. suber L.- Mantar palıdının çiçəkləyib meyvə verməsi müşahidə edilməmişdir. Q. iberica Stev. (gürcü palıdı), Q. alba L. (ağ palıd), Q. rubra L. (qırmızı palıd) və Q. variabilis Blume (dəyişkənyarpaq palıd) növlərinin də çiçəkləməsi (bu növlər çiçəkləmə yaşına çatmamışdılar) və meyvə verməsi müşahidə edilməmişdir.

Qeyd edək ki, 1997-ci ilin payızında bağda olan mantar palıdı meyvə vermişdir. 1999-cu ildə isə mişardişli palıdın üzərində 2 ədəd meyvə olduğu məlum olmuşdur.

Palıd birevli bitkidir. Çiçəkləri bircinslidir. Öyrənilən palıd növləri üzərində 3 qrup tumurcuğa rast gəlinir. Birinci qrup tumurcuqlardan ancaq erkək çiçəklər, ikinci tumurcuqlardan zoğ, yarpaqlar, bunlarla bərabər bəzilərində erkək çiçəklər, bəzilərinin isə yarpaq qoltuqlarinda dişi çiçəklər,üçüncü qrup tumurcuqlardan isə yalnız dişi çiçəklər inkişaf edir.

Birinci qrup tumurcuqlar, hansı ki, onlardan ancaq erkək çiçəklər əmələ gəlir, saplaqlı palıd, tüklü palıd, mişardişli palıd, şabalıdyarpaq palıd, uzunsaplaq palıdda aprelin I ongünlüyündən (temperatur 12,4°), Monqol palıdında aprelin II ongünlüyünün əvvəllərindən (temperatur 14,2°), Daş palıdda isə temperaturun 16,8° olduğu aprelin III ongünlüyünün axırlarından etibarən açılmağa başlayır. Ikinci qrup tumurcuqlar birinci qrup tumurcuqlardan 2-4 gün sonra, yalnız dişi çiçəklərin əmələ gəldiyi üçüncü qrup tumurcuqlar isə I qrup tumurcuqlardan 13-14 gün sonra açılmağa başlayır. (cədvəl 1)

Dişi çiçəklər erkək çiçəklərdən 10-16 gün sonra əmələ gəlir. Eyni bir zoğda olan dişi çiçəklər bir qayda olaraq erkək çiçəklərdən yuxarida yerləşirlər. Bu da küləklə çarpaz tozlanmanı təmin etmək üçün təkamül prosesində əmələ gələn təbii uyğunlaşmadır.

Öyrənilən palıd növlərinin erkək çiçəklərinin yerləşdiyi salxım çiçək qrupunun uzunluğu 4-13sm olur. Salxım çiçək qrupları özləridə topa-topa yerləşirlər. Erkək çiçək qrupunun üzərində 20-65 erkək çiçək olur. Erkək çiçəklərin 4-11 erkəkciyi, o qədərdə zəif inkişaf etmiş kasa yarpaqları vardır.

Dişi çiçəklər əsasən tək-tək, bəzən isə topa halında yerləşir. Dişiciyin ağzı qırmızı rəngli olub 3-5 meyvə yarpağından əmələ gəlmişdir.

Palıd növləri külək vasitəsilə çarpaz tozlanırlar. Aprelin II və III ongünlüyündən etibarən tüklü palıd, saplaqlı palıd, şabalıdyarpaq palıd, uzunsaplaq palıd, və mişardişli palıdın, mayın I ongünlüyündən monqol palıdının III onqünlüyündən etibarən isə daş palıdın erkək çiçəkləri açılmağa başlayır. Tozlanma 4-7 gün davam edir. Tozucuq kisələri açıldıqdan 6-10 gün sonra çiçək qrupunun saplağı qurumağa başlayır və sonra tökülürlər.

Mayalanma qurtardıqdan sonra meyvələr əmələ gəlir və böyümə başlayır. Palıdın meyvəsi fındıqdan və onu aşağı tərəfdən əhatə edən kasa formalı çanaqcıqdan ibarət qozadır. Yetişməmiş qpzalar yaşıl rəngdə, yetişdikdən sonra isə tünd qəhvəyi rəngdə olurlar. Monqol palıdı, tüklü palıd, saplaqlı palıd və mişardişli palıdın meyvələri inkişaf etməyərək tökülürlər. Sentyabrın III ongünlüyünün axırlarından uzunsaplaq palıd, oktyabrın III ongünlüyündən etibarən isə şabalıdyarpaq palıd və daş palıdın meyvələri yetişməyə başlayır. Yetişmiş meyvələr yerə tökülürlər. Əvvəlcə zədələnmiş və qurdlanmış qozalar tökülür. Odur ki, əkin üçün ilk tökülən qozalardan istifadə məsləhət deyil [4].

Meyvələrin əmələ gəlməsindən, tam yetişənə qədər olan müddət şabalıdyarpaq palıdda 195, uzunsaplaq palıdda 162, daş palıdda isə 160 gündür.

Şabalıdyarpaq palıdın meyvələri oturaq, çanaqcığı yapımşarformalıdır. Qozaları ellepsvaridir. Uzunluğu 3,2-4sm, diametri 1,5-2sm-dir. 100 ədədinin çəkisi 763 qramdır.

Uzunsaplaq palıdın qozaları 3-8sm uzunluqda yoğun saplaq üzərindədir. Qozaları silindirşəkilli olub, uzunluğu 3-3,7sm, diametri 1,2-1,8sm-dir. 100 ədədinin çəkisi 453 qramdır.

Daş palıdın meyvələri 1-2sm uzunluqda saplaq üzərində olur. Qozaların uzunluğu 2,6-3,4sm, diametri 1-1,6sm-dir. 100 ədədinin çəkisi 353 qramdır.

Öyrənilən palıd növlərinin Abşeron şəraitində meyvəvermə xüsusiyyətləri keçmiş SSRİ Baş Botanika bağının təklif etdiyi üsula əsasən 5 ballıq şkala üzrə qiymətləndirilmişdir. Budaqların 1m-nə dışən qozaların orta say göstəricilərinə əsasən şabalıdyarpaq (27 ədəd) və uzunsaplaq palıdın (28 ədəd) meyvə verməsi 5 balla qiymətləndirilərək I qrupa (lap yaxşı), daş palıdın isə (19 ədəd) 4 balla II qrupa (yaxşı) aid edilmişdir.


Cədvəl 1.

Abşeron şəraitində palıd növlərinin çiçəkləmə və meyvə vermə dövrlərinin davametmə müddəti



(2008-2010-cu illər üzrə orta göstəricilər)

Növlər

I qrup tumurcuqların açılması

II qrup tumurcuqların açılması

III qrup tumurcuqların açilması

Çiçəkləmə

Tozlanma

Erkək çiçəklərin tökülməyə başlaması

Meyvələrin əmələ gəlməyə başlaması

Meyvələrin rənginin dəyişməsi

Meyvələrin yetişməsi

Erkək çiçəklərin əmələ gəlməsi

Dişi çiçəklərin əmələ gəlməyə başlaması

Erkək çiçəklərin açılması

başlanması

Kütləvi

qurtarması

başlanması

kütləvi

qurtarması

başlanması

kütləvi

qurtarması

Şabalıdyarpaq p.

2.IV

6.IV




7.IV

19.IV

22.IV

24.IV

28.IV

30.IV

2.V

7.V

13.X

16.X

20.X

22.X

13.X

18.XI

Monqol p.

13.IV

15.IV

26.IV

18.IV

30.IV

2.V

2.V

5.V

7.V

8.V






















Tüklü p.

1.IV

5.IV




6.IV

18.IV

19.IV

21.IV

24.IV

26.IV

28.IV






















Saplaqlı pş

1.IV

4.IV




7.IV

17.IV

21.IV

23.IV

27.IV

29.IV

30.IV






















Mişardişli p..

6.IV

9.IV

20.IV

7.IV

23.IV

26.IV

28.IV

30.IV

2.V

3.V

7.V

3.X

5.X

6.X

10.X

25.X

2.XI

Daş p.

28.IV

2.V




6.V

22.V

27.V

29.V

2.VI

5.VI

7.VI

12.VI

14.X

18.X

21.X

27.X

16.XI

22.XI

Uzunsaplaq p.

7.IV

11.IV




13.IV

16.IV

29.IV

2.V

7.V

9.V

10.V

19.V

20.IX

23.IX

26.IX

29.IX

19.X

28.X

NƏTICƏ
Beləliklə Abşeron şəraitində introduksiya edilmiş palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətlərinin öyrənilməsi onu göstərir ki, mişardişli palıd, saplaqlı palıd, tüklü palıd və monqol palıdı çiçəkləyir lakin meyvə vermirlər. Şabalıdyarpaq, uzunsaplaq və daş palıd isə çiçəkləyib yaxşı meyvə verirlər. Odur ki, bu növlərdən yaşıllaşdırma və meşəsalmada istifadə etmək məqsədəuyğundur.

Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin