MÜZAKİRƏ VƏ NƏTİCƏLƏR
Hal-hazırda sarmaşan bitkilərin bütün aspektlərdə öyrənilməsi davam etməkdədir. Bu maraq təkcə onların gözəl xarici görkəmə və dekorativ əlvan çiçəklərə malik olması, becərilmələrinin ucuz və asan başa gəlməsi və s. ilə yanaşı eyni zamanda tərkibində bioloji fəallığa malik maddələrin olmasi ilə də əlaqədardır. Bu maddələr həm kəskin soyuqdəymələrdə, yüksək hərarətdə, dəri-zohrəvi və bir sıra digər xəstəliklərin müalicəsində istifadə olunan antimikrob, antiparazitar və s. xassəli preparatların, həmçinin beyin hüceyrələrinin işinin tənzimlənməsində rol oynayan benzopirin, diazepam və s. tərkibinə daxildir [4].
Xüsusilə xalq təbabətində sarmaşan bitki preparatlarından geniş istifadə edilir. Məsələn: kirkazonun (Aristolochia L.) bir çox növləri soyuqdəymə əleyhinə, sidikqovucu vasitə kimi, oynaq ağrıları zamanı tətbiq olunur. Yarpaq və budaqlarindan alınmış şirəni turş şərabla qarışdırıb ilan sancdığı əraziyə sürtdükdə zəhərin aktivliyini azalır.
Hələ qədimdən daşsarmaşığının (Hedera L.) bütün orqanlarından xalq təbabətində istifadə olunduğu məlum idi. Bitkinin meyvələrinin qurudulub üyüdülmüş tozundan insan orqanizmində ümumi zəiflik, halsızlıq əlehinə, təzə yarpaqlarının pörtlədilməsi irinli yaraların müalicəsində istifadə olunmuşdur.
Başqa bir sarmaşan bitki olan maya sarmaşığı (Humulus L.) təkcə pivə istehsalında deyil, eyni vaxtda bitkinin hamaş meyvələri sakitləşdirici vasitə kimi, həmçinin mədə yaralarının müalicəsində tətbiq olunur.
Çin limoncuğu (Schizandra chinensis (Turcz.) Baill.) daha geniş sahələrdə istifadə olunan sarmaşan bitkidir. Hələ vaxtilə bitkinin qiymətli dərman xüsusiyyətlərini nəzərə alan çin imperatorları əhalidən vergi borcları qarışılığinda çin limoncuğu meyvələrini alarmışlar. Bitkinin meyvə şirəsindən şərq ölkələrinin əhalisi susuzluğa qarşı ən effektli vasitə kimi istifadə etmişlər.
Uzaq Şərqdə ovçulara və səyahətçilərə məlum idi ki, bir ovuc limoncuq onlari bir gün aclıq və susuzluqdan mühafizə edə bilir. Xüsusilə gözün görmə qabiliyyətinə limoncuq daha müsbət təsir göstərərək görməni 1,5 – 2 dəfə artırır, əsəb sisteminin fəaliyyətini stimullaşdırır, tənəffüsü gücləndirir, qan təzyiqini aşağı salır.
Sarmaşan bitkilərin həm tibbi və həm də təsərrüfat əhəmiyyəti dünya alimləri tərəfindən kifayyət qədər öyrənilməsinə baxmayaraq, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda bu qrup bitkilərdən yalnız şaquli yaşıllaşdırma elementi kimi istifadə olunmuşdur. Yalnız üzüm tənəyinin yarpaqlarının və giləmeyvələrinin bir sıra xəstəliklərin o cümlədən soyuqdəymədə, ürək və böyrək xəstəliklərində və s. istifadəsi Azərbaycan xalqına da qədimdən məlum idi. Üzüm meyvələrinin tərkibində 16-20% qlükoza və fruktoza şəkəri, müxtəlif turşular, dabbaq maddələri, vitaminlərin olması ondan istifadənin təyinatını çox genişləndirmişdir. Beləki qədimdən bəri ondan doşab (bəhməz), ircal, mürəbbə, halva, kişmiş, mövüc, sirkə, spirt, şərab və başqa materiallar hazirlamaqla onlardan həm qida həm də müalicə məqsədilə istifadə olunmuşdur.
Bundan əlavə böyürtkənin (Rubus L.), maya sarmaşığının və s. xalq təbabətində müxtəlif məqsədlərlə istifadəsi də Azərbaycan xalqına qədimdən məlum idi. Böyürtkənin bir sıra növləri, o cümlədən qanqırmızı böyürtkən (R. Sanguineus Friv.), Qafqaz böyürtkəni (R. Caucasicus Focke.) Azərbaycanın əksər ərazilərində geniş yayılmışdır. Böyürtkən növləri canlı çəpərlərin yaradılmasında, dağ yamaclarında yarğanların, uçqunların, çay sahillərinin bərkidilməsində əvəzedilməz bitki olmaqla yanaşı ekoloji cəhətdən təmiz giləmeyvə də verir.
Xalq təbabətində böyürtkən və moruq mürəbbəsindən soyuqdəymə və boğaz ağrılarında müalicə vasitəsi kimi geniş istifadə olunur. Həmçinin dişlərdə sinqa xəstəliyinin və sümük boşluğunun müalicəsində tətbiq edilir. Yarpaqlarından isə pörtlədilmiş halda irinli yaraların üzərini bağlamaqla müalicəsində, tüklərin qara rəngə boyadılmasında istifadə olunur.
Böyürtkən həm də arıçılıqda bal verən bitki kimi tanınmışdır. Hesablamalara görə 1 ha böyürtkən sahəsindən 20-25 kq bal əldə etmək mümkündür [3].
Ərazinin zərərli atmosfer havasından və səs-küydən qorunmasında sarmaşan bitkilərin rolu:
Məlum olduğu kimi bitkilər becərildikləri ərazinin atmosfer havasının oksigenlə zənginləşdirilməsində əvəzedilməz rol oynayır ki, bu da digər canlılar – insanlar və heyvanlar üçün zəruridir. Yaşayış sahəsinin, istirahət və sağlamlıq zonalarının ətrafında mütləq bitkilər əkmək üçün yerlər saxlanılır. Burada əkiləcək bitkilər ərazini nə qədər tez yaşil kütlə ilə istismar etsələr orada havanın təmizlənməsi və oksigenlə zənginləşməsi bir o qədər intensiv olar. Bu baxımdan sürətlə böyüdüyündən və becərildiyi ərazini qısa vaxtda yaşıl kütlə ilə örtdüyündən sarmaşan bitkilər əvəzedilməz bitkilərdir.
Qeyd edilməlidir ki, bütün bitkilər havanın oksigenlə zənginləşdirilməsində az – çox rol oynayır. Ancaq sarmaşan bitkilərin üstünlüyü ondadır ki, onlar digər ağac və kol bitkilərinin bitə bilmədiyi ərazidə (binaların divarlarının səthində, dəmir beton dirəklərin səthində, pəncərə və eyvanlarda və s.) müvəffəqiyyətlə böyüyüb inkişaf edə bilirlər. Bu da əlavə torpaq və habitus sahəsi tutmadan yaşıllıqların həcminin çoxalması deməkdir. Məsələn: Beşyarpaq qızüzümü (
Dostları ilə paylaş: |