İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə32/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   28   29   30   31   32   33   34   35   ...   102
NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ
Oduncaq-həlqə nümunələri laboratoriya analizlərinin aparılması üçün hazırlandıqdan sonra illik həlqələr nişanlanmış və yaş tarixləri qeyd olunmuşdur. İllik həlqələrin real qalınlıqları ölçülmüşdür. Ölçülmüş həlqə qalınlıqlarının illər üzrə dəyişməsi qrafik şəklində təsvir olunmuşdur (şək. 3). Qrafikdən göründüyü kimi ağac yaşlaşdıqca həlqələrin ölçüləri tədricən kiçilir.

Şəkil 3. Ağıriyli ardıcın real illik həlqə qalınlıqları qrafiki.


Oduncaqlı bitkilər bitdiyi təbii şəraitdən asılı olaraq müxtəlif amillərin təsirinə məruz qalırlar. Bu isə illik həlqə qalınlıqlarının müxtəlif istiqamətdə dəyişilməsinə səbəb olur. Bu tendensiyanı aradan qaldırmaq üçün müxtəlif modellərdən istifadə olunur. Ən çox istifadə oluanan düzxətli və əyrixətli reqresiya modelləridir. Apardığımız tədqiqatlarda əyrixətli reqresiya modeli tətbiq olunmuşdur. Real həlqə qalınlıqları kəmiyyətlərinə bu model tətbiq olunduqdan sonra standart xronologiya alınmışdır (şək. 4). Bütün əməliyyatlar ARSTAN proqramının köməyi ilə aparılmışdır [9].

Şəkil 4. Standart həlqə xronologiyası.


Əvvəlki illərdə formalaşan həlqələrdə parenxim hüceyrələri öz inkişafını davam etdirdiyindən özündən sonra formalaşan illik həlqə qalınlıqlarına təsir edir. Hər hansı bir “t” ilindəki həlqə qalınlığı “t-1, t-2, t-3...t-k” ilində yaranan həlqəlar tərəfindən təsirə məruz qalır, belə ki, bu həlqələr arasında avtokorrelyasiya mövcuddur. Bu avtokorrelyasiyanı aradan qaldırmaq üçün avtoreqressiv modeldən istifadə olunmuşdur [10]. Bu model tətbiq olunduqdan sonra illik həlqə indeksləri əldə olunmuş, nəticədə əsas xronologiya yaradılmışdır (şək. 5).

Şəkil 5. Ağıriyli ardıcın illik həlqə xronologiyası.


Ardıcıl aparılan metod və üsullardan aydın olur ki, ilkin olaraq toplanan nümunələrin oduncaq-həlqə görünüşlərini vizual olaraq dəqiq qiymətləndirmək qeyri-mümkündür. Əsas və standart xronologiyanı müqayisə edərkən bu dəyişikənliklərin müəyyən bir hissəsini görmək mümkündür (şək. 6). Qrafikdə açıq rənglə verilən xətlər (kəmiyyətlər) avtoreqressiv modelin tətbiq olunması ilə aradan qaldırılan avtokorrelyasiyadır.


Şəkil 6. Əsas və standart xronologiyanının müqayisəli qrafiki.
Bütün bu mərhələlərdən sonra alınmış xronologiyadan müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Nümunə topalanılan ərazi çox quraq olduğundan iqlimdə baş verən həm müsbət (yağıntı) və həmdə mənfi (quraqlıq) dəyişkənliklər illik həlqələrdə öz əksini tapır. Bu isə ərazidən toplanmış nümunələrdən alınmış xronologiyanın dendroiqlim analizləri üçün yararlı olduğunu göstərir.


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin