İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə4/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   2   3   4   5   6   7   8   9   ...   102
Voronov novruzçiçəyiPrimula woronovii çoxillik, hündür olmayan bitkidir. Çiçək saplağı yarpaq saplağından iki dəfə qısadır. Yarpaqları tərsyumurtavarıdır, kənarları oyuqvarı dişlidir, seyrək tükcüklüdür. Alt tərəfdən damarları boyu sıx tükcüklüdür. Çiçək saplağı da sıx tükcüklüdür. Kasacığı 1,5 x 0,3 sm ölçüsündədir. Çiçək tacı sarımtıl olub rozet yarpaqlardan azacıq yuxarıdır.

Mart-may aylarında çiçəkləyir, toxumu may-iyun aylarında yetişir.

Əsasən Qafqazda yayılıb. Azərbaycanda Böyük və Kiçik Qafqazda meşə və kolluqların tərkibində bitir. Az dekorativdir, kökündə 5-6% saponin və efir yağı, provitamin A vardır [4]. Yarpaqları uzunsovdur, kənarları xırda dişlidir, üstdən yaşıl tükcüksüz, altdan ağımtıl tükcüklüdür. Çiçək saplağı 8-10 sm olub tükcüklüdür.

Tədqiqat zamanı Şəmkir rayonunun “Yasamal” adlanan sahəsində iriçiçək novruzçiçəyi (P. macrocalyx) və Voronov novruzçiçəyi (P. woronovii) bitkilərinin köklü nümunələri (6 ədəd) çıxarılmış və gətirilərək Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində əkilmişdir. Hər iki növün yayıldığı ərazi müxtəlif tərkibli kolluqlardan və pöhrədən törəmiş palıdlıqdan ibarətdir. Tərkibində gürcü palıdı (Qercus iberica), göyrüş (Fraxsius excelsior ), Qafqaz vələsi (Carpinus caucasica), Qafqaz cökəsi (Tilia caucasica), şərq yemşanı (Crataegus orientalis), Gürcü zirinci (Berberis iberica) və s. qeydə alınmışdır. Təsvir 2010-cu ildə dəniz səviyyəsindən 900 m. yüksəklikdə aparılmışdır (cədvəl 1).

Cədvəl 1

Novruzçiçəklərinin bitdiyi fitosenozun növ tərkibi




Bitkilərin adları

çoxluğu

boyu

faza

Dastylis glomerata

2

12-15

toxum

Festuca gigantea

1

15-20

vegetasiya

Viola odorata

seyrək

4-8

çiçək

Trisutum pratensa

seyrək

5-7

vegetasiya

Primula macrocalyx

2

10-20

çiçək

Geranium pusillum

1

8-15

sünbül

Fragaria vesca

seyrək

4-6

vegetasiya

Trifolium campestre

1

4-6

qönçə

Bromus japonicus

1

13-15

sünbül

Novruzçiçəklərinin bitdiyi şərait nəmişli-varlı (D2) boz meşə qaratorpaqdır. Ümumi ərazi isə pöhrədən törəmiş palıd- vələs tipli kolluqlardan ibarətdir. İriçiçəklı novruzçiçəyi bitkisində inkişaf mərhələsi aşağıdakı kimidir:

1. Vegetasiyaya başlaması 10.III – 15.III

2. Cücərtiyə oxşar inkişaf (toxum yanlığı yoxdur) 15.III – 20.III

3. Zoğun inkişafı və qönçələmə 25.III – 30.IV

4. Çiçəkləməyə qədər olan dövr 10.III – 25.III

5. Çiçəkləmə və toxum vermə dövrü 20.III – 15.IV

6. Çiçəkləmənin qurtarması və toxumun yetişməsi 30.IV – 10.VI

7. Yetkinlik dövrü (inkişaf dayanır) 15.VI – 20.VI


Göstərilən mərhələləri keçməklə bitki ömrünü başa vurur, əsas yerüstü gövdə (zoğ) quruyaraq məhv olur. Bitkinin yarpaqları və kökümsovları qalır və inkişaf etmirlər.

Növbəti yaza kimi sakitlik dövrü keçirir. Növbəti yazda (mart-aprel aylarında) yenidən vegetasiyaya başlayır və çiçəkləmə dövründə ətraf landşafta xüsusi gözəllik verir.



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin