İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə58/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   54   55   56   57   58   59   60   61   ...   102
MÜZAKİRƏ VƏ NƏTİCƏLƏR
Adi doqquzdon növü - yerüstü orqanları çox yüksəyə qalxmayan kol bitkisidir. Yarpaqları qısa saplaqlı, sıx, oval və ya ellipsvarıdir, qöyümtül rəngdə olub çilpaq və kənarları tamdır, uzunluğu 3,5 sm və eni 3-6 sm-dir; təpə yarpaqları kasavarı şəkildə olan törəməyə cüt birləşmiş və yumru–ovalvaridir. Çiçəkləri ətirli, iri, oturaq olub, çiçək köbəsinə toplanmışdır. Meyvələri qirmızı narıncı rənkdə olur.

Abşeronda adi doqquzdon növünün veqetasiya dövrü fevral ayınin II ongünlüyündən başlayarag noyabr ayının III ongünlüyünə qədər davam edir. Qönçələnmə dövrü aprel ayının II-III onqünlüyündən, çiçəklənmə isə may ayının I onqünlüyündən başlayaraq III ongünlüyün sonunacan davam edir. Meyvələrin əmələ qəlməsi iyun ayının I onqünlüyündən başlayır və tam yetişməsi bu ayın axırlarında müşahidə edilir.

Adi doqquzdon növünün ilkin inkişaf dövründə morfogenezinin öyrənilməsi örtülü şəraitdə səpilmiş toxumlardan əmələ gəlmiş cücərtilər üzərində aparılmışdır. Toxumlar xüsusi hazırlanmış torpaq qarışığına (torf, peyin, qum -1:1:1) səpilmişdir.

Səpilmiş toxumlardan ilk cücərtilərin əmələ gəlməsi bir aydan sonra (30.01.2009) müşahidə edilmişdir. Adi doqquzdonun toxumunun cücərməsi yerüstü tiplidir (Şəkil1).



Şəkil1. Lonicera caprifolium L. növünün cücərtiləri
Adi doqquzdon növünün cücərtilərinin ləpəyarpaqlarının ayəsinin eni 0,3 sm, uzunluğunun 0,5 sm, saplağı isə qısa olub uzunluğu 0,2 sm-dir. Ləpəyarpağının forması yumurtavari olub tamkənarlıdır.

Aparilan fenoloji müşahidələr nəticəsində məlum olmuşdur ki, öyrənilən növdə həqiqi yarpaq 6-7 gündən sonra əmələ gəlir və 10-15 gündən sonra definitiv forma alir. Yarpagın eni 0,2 sm, uzunluqu 0,4 sm, yarpaq saplaqının uzunluqu 0,4 sm olur; 15-20 gündən sonra ikinci həqiqi yarpağ əmələ gəlməyə başlayır, bu zaman isə kökün uzunlugu 2,7 sm çatır (Şəkil 2).



Şəkil 2. Lonicera caprifolium L. növünün toxumdan ardıcıl inkişaf fazası


Bir aydan sonra əmələ gəlmiş yarpaqların enuinin 0,4 sm, uzunluğu 0,6 sm, yarpaq saplağının uzunluğu isə 0,5 sm olduğu müəyyən edilmişdir. Aparılan biometrik ölçülərə əsasən ləpəyarpağı ilə əmələ gəlmiş ilk yarpaqların arasındakı buğumarasının uzunluğu 0,5 sm-dir, əmələ gələn sonrakı yarpaqlar arasındakı məsafə 0,4 sm olmuşdur. Sonraki yarpaqlar 7-9 gün intervalı ilə əmələ gəlir. Aprel ayında isə ləpəyarpağı quruyaraq cücərtidən ayrılır.

Aprel ayınıın sonunda yarpaqların kənarlarında xırda tükcüklərin əmələ qəlməsi müşahidə edilir. Vegetasiyanın sonunda adi doqquzdonun yuvenil bitkisinin gövdəsinin rəngi qəhvəyi rəng alır. Gövdənin hündürlü 7,5 sm-ə, kökünün uzunluğu isə 10-12 sm-ə çatır.

Abşeronda adi doqquzdonun cücərtilərinin boy və inkişafinın öyrənilməsi göstərmişdir ki, cücərtilərin intensiv böyüməsi hava temperaturunun yüksəlməsi ilə (iyul, avqust) tədiricən azalır və sentyabır ayınacan davam edən nisbi sakitlik mərhələsinə keçir. Sentyabr ayının əvvəlindən isə yenidə aktiv vegetasiya dövrünə başlayır və noyabır ayınacan davam edir.

Adi doqquzdonun yuvenil bitkilərinin 1-illik tinglərinin boyu 9-12 sm. Bu dövrdə onlarda ilk budaqlanmanın başlanması müşahidə edilir.



Bir illik doqquzdon növünün hündürlüyü 12-15 sm olan əsas kökünün uzunluğu torpagın 6-9 sm dərinliyində yerləşərək, yan köklərinin sayı 10-12 ədəd, uzunluğu 3-6 sm, kök kütləsinin yerləşmə dərinliyi 6,5 sm olmuşdur (Şəkil 3 ).

Şəkil 3. Bir və iki illik adi doqquzdonun kök sistemi


İki illik bitkilərin boyunun hündürlüyü 26-28 sm çatmış, əsas kökün uzunluğu 23-24 sm, 7-10 ədəd olan yan köklərinin uzunluğu orta hesabla 6-17 sm müşahidə edilmişdur. Eyni zamanda yan köklərdən II-ci və III-cü dərəcəli 15-18 ədəd köklər aralanmış. Kök kütləsinin torpağın 7-10 sm dərinliyində yerləşdirilməsi müəyyən edilmişdir. Beləliklə, bir və iki illik bitkilərin kök sisteminin öyrənilməsi qöstərmişdir ki Abşeron şəraitində onlar yaxşı inkişaf edir. Eyni zamanda onlarda kollanma və budaqlanmanin başlanması müşahidə edilir. (Şək.4).

Beləliklə, müəyyən edilmişdir ki, Abşeron şəraitində bu növün cücərtilərinin yaxşı boy verməsi və inkişaf etməsi iqlim, torpaq faktorunda və suvarma rejimindən asılıdır.

Tədqiqatların nəticəsində, Abşeron şəraitində adi doqquzdon növünün biomorfolojı xüsusiyyətlərinin, boy və inkişafının, kök sisteminin öyrənilməsi onların guru iglim şəraitinə tam uyqunlaşmasını qöstərir. Bu isə onların Abşeronda becərilməsinə və yaşıllaşdırma işlərində istifadə edilməsinə imkan verir.


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin