SAVALAN DAĞININ SU-BATAQLIQ BİTKİLİYİNİN YEM MƏHSULDARLIĞI
Cabir Şərifi1, Ş.N. Qasımov2, Adil Cəlili3
Ərdəbil Əkinçilik və Otlaqlar institutu, sharif jaber
Azərbaycan MEA Mərkəzi Nəbatat Bağı, gshakir@mail.ru
İran, Milli Mərkəzi Meşəliklər və Otlaqlar institutu
Məqalədə Savalan dağının su-bataqlıq bitki örtüyünün yem məhsuldarlığı, bitki formasiyaları tədqiq edilmişdir. Öyrənilən ərazidə 28 bitki formasiyası müəyyənləşdirilmiş və onların yem istehsalında əhəmiyyəti araşdırılmışdır.
Açar sözlər: Savalan dağı, su-bataqlıq bitkiliyi, bitki formasiyası, yem məhsuldarlığı.
İranda mövcud olan ədəbiyyat məlumatlarının analizinə əsasən qeyd etmək olar ki, İranda bitkilərin yem məhsuldarlığının öyrənilməsinə az, bir neçə elmi tədqiqat işləri həsr edilmişdir.
Əli-reza Nəqinejad özünün "İranın mərkəzi Əlborz dağının su-bataqlıq bitkilərinin ekoloji araşdırılması" əsərində (2008) İranın on regionu üçün orta yem məhsuldarlığının 5765 kq/h olduğunu qeyid etmişdir [3].
Mosa Akbərlu "İranın qərbi Azərbaycan əyalətinin otlaqlar örtüyünün ekoloji araşdırılması" əsərində (2009) çəmən örtüyünün yem məhsuldarlığını tədqiq etmiş və qeyd etmişdir ki, öyrənilən ərazilərdən bəzilərində yem istehsalı az meqdarda – 1516,5 kg/h və bəzilərində isə çoxi – 8752,6 kg/h əldə edilmişdir. Eyni zamanda o, qeyd etmişdir yem istehsalını təşkil edən növlərin 58,3%-i nazuk yarpaq bitkilər (Grasses) və 28,64 %-i isə enli yarpaq bitkilər (Forbs) təşkil edir [9].
Cabir Şərifi "Ərdəbil regionunda yarmbozqır otlaq çəmənliklərinin tanınması, sinifləşdirilməsi və bitki növlərinin ekoloji araşdırılması" əsərində (1997) 8 bölgədə yem istehsalının miqdarını öyrənmiş və həmin bölgələrdə yem məhsuldarlığının 1500 – 3900 kg/h arasında dəyişdiyini qeyd etmişdir [2].
Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Savalan dağının şimal və şərq ətəklərində heyvandarlığın inkişafı üçün yüksək yem məhsuldarlığına malik olan bitki örtüyü formalaşmışdır. Öyrənilən ərazinin bitki örtüyü içərisində su-bataqlıq bitkiliyi xüsusi əhəmiyyət daşıyır. Aparılmış araşdırmalar nəticəsində 28 su-bataqlıq ərazisinin bitki örtüyünün yem istehsalı baxımından məhsuldarlığı müəyyən edilmişdir.
Rütubətli və yarım rütubətli soyuq iqlimə malik olan dağliq bölgələrdə orta yağıntı 400- 600 mm arasında dəyişir. Bu amillərin təsirindən həmin bölgələrdə su-bataqlıq bitki örtüyünün formalşmasına şərait yaranır [5].
Tədqiq olunan regionda yem istehsalının miqdarı digər bölgələrə nisbətən yüksəkdir. Bu isə kənd təsərrüfatında heyvandarlığın inkişaf etdirilməsi üçün belə məkanların yüksək əhəmiyytə və qiymətə malik olduğunu göstərir.
Dostları ilə paylaş: |