İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə63/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   59   60   61   62   63   64   65   66   ...   102
NƏTICƏLƏR VƏ MÜZAKIRƏ
Kənd təsərrüfatında heyvandarlığın inkişaf etdirilməsi üçün bitkilərin yem məhsuldarlığının öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, dağlıq bölgələrdə heyvandarlıq təsərrüfatı ilə məşğul olanlar yem tədarükünü yay və payız fəslinin əvvəllərində görürlər [Şəkil 2, 3, 4, 5].

Tədqiqat obyekti kimi 28 bölgədə yem istehsalı öyrənilmişdir (Şəkil 1). Aparılmış araşdırmalar nəticəsidə müəyyən edilmişdir ki, öyrənilən ərazinin Sərdabe bölgəsində quru yem istehsalı ən yüksək - 8390.4 kg/h və ən az quru yem istehsalı isə Neiyr bölgəsində - 734.6 kg/h qeid olunmuşdur. Öyrənilən ərazinin orta yem məhsuldarlığı 3974 kg/h təşkil edir (Cədvəl 1). Bunu da qeyd etmək lazımdır ki, müxtəlif bölgələrin bitkilərinin yem məhsuldarlığı və bitki növlərinin tərkibi müxtəlifdir. Eyni zamanda, bitkilərin yem məhsuldarlığı iqlim və torpaq şəraitindən, ərazinin dəniz səviyyəsindən hündürlüyündən də çox asılıdır.

Dağınıq dağlıq su-bataqlıq şəraiti xüsusilə ekologi cəhətdən öyrənilməsi az diqqət mərkəzində olmuşdur. Dünya səviyyəsində isə bu məsələ ilə bağlı tədqiqat işləri geniş şəkildə həyata keçirilmişidir.
Cədvəl 1.

Savalan dağının su-bataqlıq bitkilərinin yem məhsuldarlığı.



S/n

Yem istehsal olunan bölgələrin bitki örtüyünün

formasiyaları



Dəniz səviy.

hünd.


( m)

Yem


istehsalı

g/m2



Yem

istehsalı



Kg/h


1

Pheleum phleoides L -Trifolium pratense L - Melilotus officinalis (L) Desr .

1440

500,568

5005,68

2

Scirpus lacustris L - Festuca ovina L.

1360

626,08

6260,8

3

Trifolium repens L.- Trisetum flavescens L.

1889

261,8

2618

4

Eleocharis uniglumis R.Br- Ranunculus persicus DC.

1898

326,4

3264

5

Eleocharis uniglumis R.Br - Potentilla canescens Besser.

1835

659,592

6595,92

6

Eleocharis uniglumis R.Br - Origanum vulgar L.

1840

536,72

5367,2

7

Eleocharis uniglumis R.Br - Trisetum flavescens L.

1838

506,776

5067,76

8

Equisetum arvense L. - Hordeum violaceum Boiss.Ethuet.

1730

268,64

2686,4

9

Eleocharis uniglumis R.Br- Polygonum alrestve C.A.Mey.

1533

288,04

2880,4

10

Eleocharis uniglumis R.Br - Poa sp - Trifolium repens L.

1784

488,8

4888

11

Cyperus longus L - Poa trivialis L-Eleocharis uniglumis R.Br

2300

261,6

2616

12

Eremopoa persica (Trin)Roshev - Phleum phleoides L.

2905

125,2

1252

13

Eleocharis uniglumis R.Br - Mantha longifolia (L)Hudson- Trifolium pretense L.

2480

327,56

3275,6

14

Hordeum violaceum Boiss.Ethuet - Agropyron repens (L) P.Beauv.

2400

553,16

5531,6

15

Eleocharis uniglumis R.Br- Lolium percicum Boiss&Hohen-Trifolium repens L.

1660

524,56

5245,6

16

Trifolium repens L -Bromus tomentellus Boiss -Hordeum violaceum Boiss.Ethuet.

1644

502,288

5022,88

17

Trisetum rigidum L - Carex strigosa L - Trifolium repens L.

1565

73,464

734,64

18

Carex orbicularis L - Carex divulsa L- Eremopoa persica (Trin) Roshev.

1560

218,96

2189,6

19

Butomus umbellatus L - Aeluropus littoralis (Gouan) Parl - Artemisia fragrans Willd.

1847

428,4

4284

20

Cynodon dactylon (L) Pers - Artemisia fragrans Willd - Poa trivealis L.

1829

762,92

7629,2

21

Eleocharis uniglumis R.Br - Centurea iberica Trev.ex spreng.

1866

839,04

8390,4

22

Eleocharis uniglumis R.Br - Plantago maritima L.

1755

501,84

5018,4

23

Ornithogalum sp. - Eleocharis uniglumis R.Br.

2100

207,2

2072

24

Poa araratica Trautv - Hordeum violaceum Boiss.Ethuet - Carex divulsa L.

2223

274,8

2748

25

Carex divulsa L - Hordeum violaceum Boiss.Ethuet.

2320

419,96

4199,6

26

Trifolium repens L - Poa pratensis L - Carex divulsa L.

2378

225,28

2252,8

27

Carex nutans L - Carex divulsa L .

2268

141,52

1415,2

28

Poa araratica Trautv - Hordeum violaceum Boiss.Ethuet - Carex divulsa L.

2668

281,64

2816,4



ƏDƏBIYYAT


  1. Ərdəbil ərazisinin inkişaf planı. Ərdəbil əyalətinin proqram və büdcə təşkilatı nəşriyyatı , 1999, 85 c.

  2. Cabir Şərifi. Ərdəbil regionunda yarmbozqır otlaq çəmənliklərinin tanınması, sinifləşdirilməsi və bitki növlərinin ekoloji araşdırılması. İran Gülüstan universitetinin nəşriyyati: 1997, c.64-79.

  3. Əli-reza Nəqinejad. İranın mərkəzi Əlborz dağının su-bataqlıq bitkilərinin ekoloji araşdırılması. İran, Tehran universitetinin bioloji fakültəsinin nəşriyyatı: 2008. c. 173-179.

  4. Cabir Şərifi. Ərdəbil və Astara bölgələrinin bitki örtüyünün ekoloji analizi. İranın meşəliklər və otlaqlar institutunun nəşriyyatı: 2009. 90 c.

  5. Aziz Cavanşir. Savalan dağının ekoloji və iqlim məlumatı. Təbriz-Cəhadsazəndəgi nəşriyyatı: 1990. c. 42-63.

  6. Mohəmməd Rəza Moqdəm. Iranın otlaqları və dağlıqotlaqları. Tehran universitetinin nəşriyyatı: 2370- 1999, c. 177-182.

  7. Cabir Şərifi. Otlaqların qorunmasının yem istehsalının yaxşılaşdırılmasına təsirinin araşdırılması. İranın meşəliklər və otlaqlar institutunun nəşriyyatı: 258-2001. 120 c.

  8. Mansur Mesqaqi. İranın dağlıqotlaqları. İmam Reza universitetinin nəşriyyat: İSBN 964-6582-05-2, 2004. c. 99-104.

  9. Mosa Akbərlu. İranın qərbi Azərbican əyaləti səhəsində, çəmənlər örtüyünün ekoloji araşdırılması. İran Gülüstan universitetinin nəşriyyatı: 2009. c. 38-45.




Şəkil 2. Su-bataqlıq ərazisindən bir görünüş


Şəkil 3. Savalan dağının otlaq və çəmənliklərində yem istehsalı




Şəkil 4. Savalan dağının şimal ətayətlərində su-bataqlıq bitki

örtüyü

Şəkil 5. Savalan dağının şimal ətəklərinin otlaq və çəmənlikləri


Джабир Шарифи, Ш. Гасымов, Адиль Джалили


КОРМОВАЯ ПРОДУКТИВНОСТЬ ВОДНО-БОЛОТНОЙ

РАСТИТЕЛЬНОСТИ ГОРЫ САВАЛАН
В статье приводятся исследования кормовой продуктивности, растительной формации водно-болотного растительного покрова гора Савалан. На изученной территории определены 28 растительных формаций и выявлены их значения в кормовом производстве.

Ключевые слова: гора Савалан, водно-болотная растительность, растительная формация, кормовая продуктивность.

Cabir Sharifi, Sh. Qasimov, Adil Calili


WATER–BOG PLANTING FORAGE PRODUCTIVITY

OF THE SAVALAN MOUNTAIN
In the article investigated cover of the water-bog planting forage productivity, plants formations of the Savalan mountain. In this territory defined formation of the 28 plants and havbeen investigated importance in the forage production.

Key words: Savalan Mountain, planting of the water-bog, formation of the plant, forage productivity.

Redaksiyaya daxil olma tarixi: 27.05.2011

Azərbaycan Milli Elmlər Akademiyası



Mərkəzi Nəbatat Bağının əsərləri,2011, IX cild
UOT: 582.772.2
BƏZİ PALID (QUERCUS L.) NÖVLƏRİNİN ÇİÇƏKLƏMƏ

VƏ MEYVƏ VERMƏ XÜSUSİYYƏTLƏRİ
Qarayev S.Q.
AMEA Mərkəzi Nəbatat Bağı
Məqalədə Abşeron şəraitində introduksiya edilmiş 12 palıd növünün çiçəkləmə və meyvə vermə xüsusiyyətləri öyrənilmişdir. 3 növün-şabalıdyarpaq palıd, uzunsaplaq palıd və daş palıdın çiçəkləyib, normal meyvə verdiyi məlum olmuş və növlərdən yaşıllaşdırmada istifadə olunması məqsədəuyğun hesab edilmişdır.

Açar sözlər: palıd növləri, introduksiya, çiçəkləmə, meyvəvermə, qozalar, temperatur.

GİRİŞ
Bitkilərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsində çiçəkləmə və meyvəvermə mərhələsinin tədqiq edilməsi mühüm yer tutur. İntroduksiya edilmiş ağac və kol bitkilərinin çiçəkləmə və meyvə vermə xüsusiyyətlərinin öyrənilməsi mövcud şəraitdə həmin bitkilərin becərilməsi və çoxaldılması üçün qiymətli məlumatlar verir. Eyni zamanda bitkilərin yerli şəraitə nə dərəcədə uyğunlaşdiqlarini, introduksiya prosesinin effektliyini qiymətləndirməyə imkan verir [2].

Palıd cinsinə daxil olan növlərin əksəriyyəti uzunömürlü, çətiri böyük, dekorativ görünüşlü, güclü inkişaf etmiş kök sisteminə malik olan ağaclardir. Palid növləri meşəsalmada, yaşıllaşdırmada, torpaq sürüşmələri və erroziyanın qarşısının alınmasında istifadə edilə biləcək çox qiymətli bitkilərdir.

Palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətlərini bir çox tədqiqatçılar müxtəlif vaxtlarda öyrənmişlər [5, 6].

Biz də Abşeronun quru subtropik iqlim şəraitində, yaşıllaşdırma üçün perspektivli sayılan bəzi palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətlərini öyrənmişik.



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin