İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə75/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   71   72   73   74   75   76   77   78   ...   102
Parthenocissus quinquefolia (L.) Rlanch.), və ya yapon üzümü (Vitis coignetiae Pall.) becərildiyi ərazidə 20-25 m2 səthi tam yaşıllaşdıra bilirlər [4].

Sarmaşan bitkilər təkcə havanın oksigenlə zənginləşdirilməsində deyil həm də onun toz qarışıqlarından, zərərli qaz və tüstü qarışığından təmizlənməsində bir növ süzgəc rolu oynayır. Əksər sarmaşan bitkilər, o cümlədən beşyarpaq qızüzümü, adi daşsarmaşığı (Hedera helix L.), kolxida daşsarmaşığı (H.colchica C.Koch.), yapon doqquzdonu (lonicera japonica Thunb.), akonityarpaq üzümkimisi (Ampelopsis aconitifolia Bge.) maşınların tüstüsünə, zərərli qazlar qarışmış havaya və digər çirklənmiş havaya çox davamlıdırlar.

Pəncərə və eyvanlarda, həmçinin söhbətkeşlərin ətrafında becərilən sarmaşan bitkilər isə ətrafda olan səs dalğalarının əraziyə daxil olmasına maksimum mane olmaqla dalğanın gücünü 5-6 dəfə azaldırlar [1].

Ərazinin mikroiqlim şəraitinin və torpaqların bioloji rekultivasiyasının yüksəldilməsində sarmaşan bitkilərin rolu.

İnsan orqanizmi daimi ekoloji faktorlarin təsiri altında formalaşır. Mühit şəraitinin optimallığı orqanizmin normal böyümə və inkişafı üçün əsas stimuldur. Bu baxımdan üç amil xüsusi qeyd edilməlidir: temperatur, nəmlik və küləyin hərəkət sürəti. Məhz bu üç amil ərazinin mikroiqlim şəraitini xarakterizə edir ki, onlarında nizamlanmasında ərazidə becərilən sarmaşan bitkilər xüsusi rola malikdir. Isti yay günlərində günəşin yandırıcı şüaları hər hansı səthə - asfalt-beton döşəməyə, binaların divarlarına və s. dəyərək sınıb qayıtdıqda ərazidə temperatur kəskin yüksəlir. Lakin əgər həmin səthdə sarmaşan bitkilər becərilirsə şüalar yarpaq səthi vasitəsilə udulmaqla bərabər həm də əraziyə saf rütubət buraxır və şüanın yandırıcı təsiri azalır, beləliklə də ətrafda istilik enerjisinin intensivliyi 2-3 dəfə aşağı düşərək sərinlik hiss olunur. Bu baxımdan daşsarmaşığı , yapon doqquzdonu, beşyarpaq qızüzümü ən effektli növlərdən hesab edilir [1].

Becərildiyi ərazidə nisbi rütubətin nizamlanmasında bitkilər təbii filtr rolunu oynayır. Xüsusilə, sarmaşan bitkilər, isti yay günlərində havanin nisbi rütubətini 60-70% səviyyəsinə qaldırmaqla yanaşı əraziyə zərərli küləklərin daxil olmasında sipər rolu da oynayırlar [4].

Sarmaşan bitkilərin qida əhəmiyyəti: Sarmaşan bitkilərin bir çox nümayəndələrindən insanlar hələ qədimdən qidalanmada geniş istifadə etmişlər. Məlumdur ki, sarmaşan bitkilərin bir çoxu yay və payız ayları qida dəyəri yüksək qiymətləndirilən meyvə, giləmeyvə və tərəvəz mənşəli qidalar verirlər. Üzüm (Vitis L), aktinidiya (Aktinidia Lindl.), böyürtkən (Rubus L), moruq, lobya (Phaseolus L.), qabaq (Cucumus L.), hind xiyarı (Momordica L.) və s. bu siradan olan sarmaşan bitkilərdir. Onlardan bəzilərinin qida tərkibinə və insan orqanizmi üçün dəyərliliyinə qısa nəzər salaq.

Üzüm: Qida əhmiyyətinə görə ən qədimdən insanlar tərəfindən becərilən bitkilərdəndir. Bəzi növlərin giləmeyvələrinin tərkibində insan orqanizmi üçün vacib sayilan saxaroza, fruktoza, müxtəlif turşular, dabbaq maddələri və s. olması ondan ərzaq kimi geniç istifadə edilməsinə səbəb olur.

Müasir dövrdə üzümçü mütəxəssis və alimlər ilin müxtəlif vaxtlarında yetişən çoxlu sayda sortlar əldə etmişlər ki, bununda sayəsində iyun ayından başlayaraq noyabr ayına qədər insanlar üzümün təzə meyvələri ilə qidalanma imkanı əldə etmişlər.

Aktinidiya (kivi) – Tərkibində olan vitamin və mineral maddələrin miqdarına görə tərəvəz və meyvə bitkilərindən üstün hesab edilir. Giləmeyvənin tərkibində vitamin və mineral maddələrdən əlavə 6,3-10% şəkər, 0,7-2,4% turşu, 0,8% pektin maddələri də aşkar edilmişdir. Giləmeyvələrdə həmçinin politenol birləşmələri, leykosianidlər, xinin və s. olduğu da müəyyənləşdirilmişdir. Meyvələrin tərkibində C vitamini (150 mq %) xüsusilə zəngindir. Ona görə də meyvələrin qida kimi istifadə olunması orqanizm üçün çox faydalıdır.

Qida məqsədləri üçün ətin, donuz ətindən olan ət məhsullarının, pendir və balıqdan hazırlanmış qidaların tərkibinə qatıla bilər. Ətirli iyləri ilə fərqlənən çiyələk, moruq, banan və b. fərqli olaraq istənilən desert, yaxud bişmiş xörəklərə yaxşı tam verir. Spirtli və spirtsiz içkilərə ədviyya kimi də qatılır. Aktinidiyanın meyvələri dairəvi şəkildə doğranaraq qurudulur və bütün il boyu quru meyvə halında yeyilir. Eyni zamanda quru meyvələri bal ilə qarışdırmaqla marmelad, karamel içi hazırlanmasında istifadə edilir [2].

Böyürtkən və moruq giləmeyvələrindən həm təzə həm də emal olunmuş (mürəbbə, cem, kompot və s.) şəkildə insanlar geniş istifadə edirlər. Ətli-şirəli, turşaşirin dada malik olan giləmeyvələr ləzzətli qida olmaqla bərabər tərkibi vitaminlərlə (xüsusilə C vitamini), şəkərlə, minerallarla zəngin olduğundan orqanizmin həmin maddələrə təlabatını təmin edir. Ona görə də alimlər moruq və böyürtkənin bir çox məhsuldar və zəngin tərkibə malik sortlarını da yaratmışlar.


NƏTİCƏ
Tədqiqatlar nəticəsində məlum oldu ki, digər bitki qruplarında olduğu kimi sarmaşan bitkilərin də bir çox nümayəndələrin o cümlədən uzum, aktinidiya, böyürtkən, çin limoncuğu və s. həm xalq təbabətində, həm tibbi preparatların hazırlanmasında, həm də qidalanmada mühüm rol oynayırlar. Eyni zamanda bir sıra sarmaşan bitkilər – daşsarmaşığı növləri, yapon doquzdonu, yapon üzümü, beşyarpaq qızüzümü, və s. becərildikləri ərazinin zərərli atmosfer havasından, səs-küydən mühafizəsində, torpaqların bioloji rekultivasiyasında əvəzedilməz bitkilərdir.

Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin