NAXÇIVAN MR ƏRAZİSİNDƏ BECƏRİLƏN ALMA SORT VƏ FORMALARI MEYVƏLƏRİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ.
Bayramov L. Ə.
AMEA Naxçıvan Bölməsi, Loğman-bayramov@mail.ru
Məqalədə Naxçıvan MR ərazisində becərilən alma meyvələrinin sort və formalarinin orta və maksimal kütləsi, dadi, sıxlıqı, həcmi, əmtəəlik çıxımı və dequstasiya qiymətləndirilməsi verilmişdir. Ən yüksək keyfiyyət göstəriciləri Ordubad gözəli, Heyva alma, Şax alma, Gəlin alma, Tabaq alma sortlarinda və Güney Qışlaq-1, Şada-4, Şıxmahmud-3 formalarında meyvələrində qeyd edilmişdir.
Açar sözlər: sort, forma, lətin sıxlığı, meyvənin həcmi, meyvənin sıxlığı, dequstasiya qiyməti, əmtəəlik sort çıxımı.
GİRİŞ
Naxçıvan yer kürəsində yalnız özünə məxsus iqlim müxtəlifliyinə malik olan bir ölkədir. Bu da Naxçıvanda zəngin floranın əmələ gəlməsinə və inkişaf etməsinə zəmin yaratmışdır. Naxçıvan MR-in torpaq-iqlim şəraiti meyvə bitkilərinin böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir.
Naxçıvanda meyvəçiliyin çox qədim tarixi var. Ələ keçən mixi yazılar, abidələr, qədim sənədlər və ədəbiyyatlar Naxçıvan baxçılığının 3500 (üç min beş yüz) ildən çox tarixi olmasını təsdiq edir. Bir çox əsərlərdə Naxçıvanda yetişdirilmiş meyvələrin yüksək keyfiyyətə malik olması göstərilir [4].
Meyvələrin əmtəə keyfiyyəti, saxlanılmağa davamlılığı və kimyəvi tərkibi sortun ən mühüm təsərrüfat göstəricilərindən biridir. Meyvələrin keyfiyyət göstəricilərini bir çox tədqiqatçılar öz əsərlərində geniş araşdırmışlar [1,3]. Almanın əmtəə keyfiyyəti onların böyüklüyündən, rəngindən, mexaniki zədələnmələrindən, xəstəlik və zərərvericilərə davamlılığından, saxlanma müddətindən, dadından, iriliyindən, meyvələrin bir ölçüdə olmasından, əmtəəlik sort çıxımından və s. asılıdır.
Dostları ilə paylaş: |