İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə88/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   84   85   86   87   88   89   90   91   ...   102
ABŞERONA İNTRODUKSİYA EDİLMİŞ YUCCA L. CİNSİNİN

MORFO-BİOLOJİ XARAKTERİSTİKASI
İslamova Z.B.
Azərbaycan MEA Mərkəzi Nəbatat Bağı, z.islamova@mail.ru
Məqalədə Şimali və Mərkəzi Amerikadan Azərbaycana introduksiya edilmiş Yucca cinsinə aid olan növlərin morfo-bioloji xarakteristikası verilmişdir. Aparılmış morfoloji analiz əsasında həmin növlərin dekorativlik dərəcəsi qiymətləndirilmiş və onların quru subtropik şərait üçün perspektivli olduğu müəyyənləşdirilmişdir.

Açar sözlər: Yucca, introduksiya, morfo-bioloji xarakteristika.
Yucca L. cinsinə daxil olan növlər gövdəli və ya gövdəsiz bitkilərdir. Yarpaqlaı qılıncşəkilli, enlilansetvari, xətvari-lansetvari, xətvari olub, uzunluğu 25-100 sm, eni isə 1-8 sm olur. Çox baxt gövdənin və onun budaqlarının yuxarı hissəsinə topa şəkilli toplanmış yarpaqlarının ayası əsasından novşəkilli genişlənir. Yarpaqları yaşıl, tünd göy rəngdə olub kənarları diş-diş və yaxud hamar olur, çox vaxt saplı və ucu tikanla qutarır. Yarpaq ayası sərt və ya bərk olub düzdayanır və yaxud əyilmiş vəziyyətdə dayanır. Çiçək qrupu budaqlanmış, çoxçiçəkli, düzdayanan və ya əyilmiş süpürgə çiçək qrupu olub uzunluğu 1-2,5 m-ə çatır. Çiçəkləri zəngşəkilli olub ağ, solğun sarı rəngdə və 8 sm-cən uzunluqda olur (Şəkil 1; 2). Meyvəsi qutucuqdur (Şəkil 3). Toxumları qara rəngdə olub qalındır (Şəkil 4) [2,3,4].

Cinsin növləri Şimali və Mərkəzi Amerikada yayılıb. Cinsə 343 növ daxildir [5].

Yukka – dekorativ, lifli və dərman əhəmiyyətli bitkidir. Çiçəkləmə dövründə çox gözəl olur. Cinsin bəzi növlərinin yarpaq liflərindən kanat (buraz) istehsalında istifadə edilir.

Yukka vegetativ (qələm, bölmə və zoğ) yolla və toxumla çoxaldılır [1].

AMEA Mərkəzi Nəbatat Bağının örtülü və açıq şəraitdə becərilən kolleksiyasında yukkanın 10 növü becərilir: Yucca aloifolia L., Y. aloifolia var. tricolor hort., Y. aloifolia var .marginata hort., Y. filamentosa L., Y. brevifolif Engelm., Y. elephantipes Regel, Y. recurvifolia Salisb., Y. flaccida Haw., Y. glauca Nutt., Y. gloriosa L. Bu növlərdən bəziləri daxili interyerlərin, küçə və parkların yaşıllaşdırılmasında geniş şəkildə istifadə edilir.

Şəkil 1. Yucca-nın çiçəyi. Şəkil 2. Çiçəyin orqanları.



Şəkil 3. Yucca-nın meyvəsi. Şəkil 4. Yucca-nın toxumu.


Yucca aloifolia L.- əzvayyarpaq yukka. Yzərində düşmüş yarpaqlarının iri izləri olan 4-6 metr hündürlükdə ağacdır. Sərt, qlıncşəkilli, düz açılmış uzun yarpaqları gövdənin yuxarı hissəsində topa şəkilində yerləşmişdir. Tünd göy örpəklə örtülmüş tünd yaşıl, ucunda bərk qırmızımtıl-qəhvəyi tikan və kənarı ağımtıl, itimişarşəkilli yarpaq ayasının uzunluğu 30-45 sm, eni 2,5-3 sm-dir, ayanın orta hissəsi və onun genişlənmiş əsası isə 15-20 sm-cən enində olur. Çiçək oxu qısa olur. Çiçək qrupu sıx, 30-60 sm uzunluqda rombşəkilli süpürgədir. Çiçək qrupunun qısa budaqları 12-15 sm-dir.

Şimali Amerikanın cənubi-şərqində, Şərqi Meksikada, Yamayka və Bermud adalarında sahilyanı kolluq cəngəlliklərdə, qumsal və çınqıllı torpağı olan quru açıq təpəliklərdə bitir.



Yucca aloifolia-nın aşağıdakı sortları xüsusilə böyük maraq kəsb edir:

Marginata – ağ haşiyəli yarpaq;

Tricolor (Y. tricolor hort.) – ağ və sarı zolaqlı yaşıl yarpaqlı.

Y. brevifolia Engelm. – qısayarpaq yukka. 4-9 metr hündürlükdə ağacdır. Diametri 50 sm-cən olan gövdəsi yuxarı hissədən güclü budaqlanmışdır. Sıx yerləşmiş yarpaqlarının ayası bərk, qısa olub uzunluğu 15-30 sm, eni 0,6-1,5 sm-dir. Yarpaq ayası əsasından demək olar ki, üçbucaqvari genişlənib, novşəkillidir, ucu və tikanı qəhvəyidir, kənarları itimişarvari olub solğun yaşıl rəngdədir. Çiçək oxu qısadır. Çiçək qrupu sıx süpürgədir. Çiçəkləri solğun-sarı rəngdə olur.

ABŞ-ın Arizona və Kalifornia ştatlarının cənubi-şərqində çılpaq quru yerlərdə bitir.



Y. elephantipes Regel – fil yukkası. Hündürlüyü 4-8 metr olan ağacdır. Gövdəsi yoğun olub əsasından yumurudur, yuxarı hissəsindən güclü budaqlanıb, sıx yarpaqlıdır. Yarpaqları qılıncşəkilli olub uzunluğu 60-100 sm, eni ortasında 5-8 sm-dir. Yarpağı əsasından 2,5 sm-cən daralır, rəngi yaşıl, parlaq, hamar, ucunda tikan olur; ayasının kənarı mişarvari olub ağımtıldır. Yuxarıda yerləşən yarpaqları yuxarı, aşağıda yerləşən yarpaqları isə aşağı istiqamətlənmişdir. Çiçək oxu qısadır. Çiçək qrupu sıx süpürgəşəkilli olub demək olar ki, rombşəkillidir. Uzunluğu 60-90 sm-dir. Çiçəkləri qısa 1,8-4 sm uzunluqda ağımtıl saplaqlı olub uzunluğu 6-8 sm və eni isə 0,8-2,5 sm-dir.

Meksika və Qvatemalada dəniz səviyyəsindən 1500 m yüksəklikdə dağlıq yerlərdə və dənizsahili düzənliklərdə bitir.



Y. filamentosa L.- saplı yukka. Bu növ oduncağabənzər torpaqaltı əsasından yan zoğlar əmələ gətirən gövdəsiz və ya demək olar ki, onsuz bitkidir. Yarpaqları ensiz qılıncvaridir, uzunluğu 30-50 sm, eni 2-2,5 (10) sm-dir. Yarpaq ayasının kənarı çıxıntı əmələ gətirən saplıdır, tünd göydür, yarpağın yuxarı hissəsi əyilmişdir, ayası bərk-dərivari, tünd-yaşıl, üzəri tünd göy örtüklüdür, ucu tikanlı və ağımtıldır, kənarları böyük sayda sıx saplıdır. Çiçək qrupu 1,2-2,4 m hündürlükdə süpürgədir; çiçək qrupunun budaqlarının uzunluğu 15 sm-cəndir. Çiçəkləri çiçək saplağına doğru əyilmişdir. Meyvəsi yumuru qutucuq olub diametri 5 sm-dir.

Amerikanın Şimali Karolina ştatında Floridadan Missisipiyəcən olan sahilyanı düzənliklərdə bitir.



Y. recurvifolia Salisb. bükükyarpaq yukka. Həmişəyaşıl bitkidir. Gövdəsi qısadır, düz və ya budaqlıdır. 80-150 sayda əyilmiş, 60-90 sm uzunluqda yarpaqları gövdənin yuxarısında topa şəkilində düzülmüşdür. Cavan yarpaqlar boz-yaşıl rəngdə olub ucu tikanşəkilli itidir, ortası hamardır, zəyif qırışlıdır, tamkənarlıdır və ya tək-tək dişlidir, kənarları yüngülcə liflidir.

Bükükyarpaq yukkaya ABŞ-ın Corciya ştatında qumlu təpəliklərdə rast gəlinir.

Bu növ kulturada geniş yayılmışdır.

Y. flaccida Haw. – sallaq yukka. Kolşəkilli bitkidir. Yarpaqları digər növlərlə müqayisədə daha nazik və elastikdir, dik (vertikal) duran gövdədən bir az yana əyilir. Yarpaqlarının rəngi tünd-yaşıldır, uzunluğu 65-100 sm-dir. Çiçək ox mərkəzdən inkişaf edir. Çiçək qrupu süpürgəvaridir. Çiçəkləri ağımtıl rəngdə olur.

Şimali Amerikanın qərbi və mərkəzi rayonlarında bitir.



Y. glauca Nutt. – göyümtül yukka. Qısa gövdəli həmişəyaşıl bitkidir. Rozetə sıx toplanmış yarpaqları düzdür, aşağıya əyilmişdir, uzunluğu 60-90 sm, eni 0,6-1,2 sm-dir. Rəngi boz-yaşıldır, kənarları az sayda saplı olub ağımtıldır. Çiçək qrupu salxımşəkilli olub 1-2 m hündürlükdədir, bol çiçəkləyir. Çiçəkləri zınqrovşəkilli, ağımtıl-yaşıl rəngdədir.

Bu növ Şimali Amerikada (ABŞ-ın qərb rayonları) bitir.

Qiymətli dekorativ bitki hesab olunur.

Y. gloriosa L. – gözəl yukka. Həmişəyaşıl ağacşəkilli bitkidir. Gövdəsi 0,5-2,5 m hündürlükdə olur, yuxarı hissəsindən budaqlanır. Budaqlarının axırında toplanmış yarpaqları tünd-yaşıl rəngdədir. Yarpaqları düz və çox sərtdir, uzunluğu 30-50 sm, eni isə 2-3,5 sm-dir. Yarpaq ayasının kənarı tam, hamar, az hallarda dişli, ucu iti olur. Kökümsovlu bitkidir. Çiçək qrupu süpürgəvaridir. Hündürlüyü 0,6-1,5 m-dir, bir az yarpaqlardan qısa olur. Çiçəkləri çox saylı olub zınqrovşəkillidir. Uzunluğu 3,5 sm olub ağ rəngdədir. Bəzən bənövşəyi və ya qırmızı ləkəli olur. Meyvələri yaşıl olub yetişən vaxt qəhvəyi rəngdə olur. Açılmamış qutu meyvəsinin uzunluğu 5-8 sm, eni 2,5 sm olur. Tərsyumurtaşəkilli toxumları qara rəngdə olub qalındır. Dekorativ-yarpaqlı və dekorativ çiçəkli bitkidir.

Gözəl yukka Amerika Birləşmiş Ştatlarının cənubi-şərqində sahilyanı qumsal təpəciklərdə yayılmışdır.

Yukkanın Abşeronda öyrənilən növləri daxili və xarici interyerlərin, küçə və parkların yaşıllaşdırılmasında çox perspektivlidir.


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin