İstahsal xərcləri, onun mahiyyəti



Yüklə 9.53 Kb.
tarix21.10.2017
ölçüsü9.53 Kb.

İstahsal xərcləri, onun mahiyyəti

Bazar iqtisadiyyatında iqtisadi subyektlər məhsul və xidmətlər istehsal emək üçün lazım olan istehsal amillərini resurslar bazarından satın alırlar. Bunun üçün onlar müəyyən miqdarda pul vəsaiti sərf edirlər. Sahibkarlıq subyektlərinin səmərəli seçimi (davranışı) istər satın aldıqları istehsal amillərindən maksimum nəticə almaq, istərsə də amil xərclərinin minimallaşdırılması yollarını axtarmağa sövq edir.

Sahibkarlıq subyektlərinin istehsal amilləri almaq məqsədilə sərf etdikləri vəsait istehsal xərcləri adlanır. İstehsal xərcləri həm sadə, həm də mürəkkəb kateqoriyadır. Sadədir, ona görə ki, xərclər sözünün mənasının özü bunun nə olduğunu və istehsalın təşkilinin neçəyə başa gəldiyini bildirir. Mürəkkərdir, çünki xərclərin mahiyyəti və ölçüsünün müəyyənləşdirilməsinə metodik yanaşmalar müxtəlifdir.

Istehsal xərclərinin mahiyyəti haqqında nəzəriyyəçilərin fikirləri xeyli müxtəlifdir. A.Smit və D.Rikardo istehsal xərclərini istehsal qiyməti kimi nəzərdən keçirirlər.

C.Mill, C.Mak-Kullox, R.Torrens əmtəənin dəyərinin gəlirlərdən (əmək haqqı, mənfəət, renta) ibarət olduğunu əsas tutaraq, istehsal xərclərini də “yığılmış əmək məsrəfləri” kimi izah edirlər.

XIX əsrin sonlarında F.Vizer istehsal xərclərinin yeni konsepsiyasını işləyib hazırlamışdı. Onun subyektiv nəzəriyyəsinə görə həqiqi istehsal xərcləri əmtəənin istehsalına sərf olunmuş iqtisadi ehtiyatların faydalılığı ilə müəyyən olunmalıdır.

Neoklassizmin görkəmli nümayəndəsi A.Marşall isə istehsal xərcləri nəzəriyyələrinin obyektiv (klassik) və subyektiv (marjinalist) variantlarını birləşdirməyə (sintez etməyə) çalışmışdır. O, istehsal xərclərini fəhlələrin “əziyyətinə” və kapitalistlərin “imtinasına” səbəb olan xərclərin cəmi kimi azah edirdi.

K.Marksın fikrincə isə istehsal xərcləri kapitalistlərin məhsul və xidmətlərin istehsalı üçün sərf etdikləri sabit və dəyişən kapitalın cəmindən ibarətdir.



Mühasibat baxımından istehsal xərcləri dedikdə, resurslar bazarından istehsal amillərinin alınması üçün sərf olunan vəsait nəzərdə tutulur. Bu xərclər quruluşuna görə aşağıdıkıları əhatə edir: əsas kapital ünsürlərinin əldə edilməsinə sərf olunan vəsait; yanacaq və elektrik enerjisinin alınmasına sərf olunan vəsait; əsas və yardımçı materialların, yarımfabrikatların alınmasına sərf olunan vəsait; muzdlu işçilərə sərf olunan vəsait və s. İstehsal xərclərinin kəmiyyəti resursların bazar qiymətlərindən və onların alınma miqdarından asılı olur. İqtisadiyyatın müxtəlif sahələrində istehsal xərclərinin bu müxtəlif ünsürlərinin xüsusi çəkisi müxtəlif olur. Belə ki, bəzi sahələrdə əsas materialların xüsusi çəkisi nisbətən yüksək olur ki, belə sahələr (metaltutumlu) sahələr adlanır. Yanacaq və elektirik enerjisinin xususi çəkisinin yüksək olduğu sahələr hesab olunur. Bəzi sahələr isə əməktutumlu, elmtutumlu hesab olunurlar.

İqtisadi subyektlər istehsal xərclərini aşağı salmaq haqqında fikirləşərkən onların quruluşuna diqqqət yetirməlidirlər. Xüsusi çəkisi yüksək olan amilə qənaət edilməsi daha yüksək səmərə verə bilər.



Istehsal xərclərinin aşağı salınmasının əsas yolları (istiqamətləri) aşağıdakılardır:

  • ETT –nin nailiyyətlərindən kompleks istifadə edilməsi;

  • Müasir tələblərə cavab verən texnologiyalardan istifadə edilməsi;

  • Maşın, dəzgah, avadanlıq və s. istifadənin növbəlilik əmsalının artırılması;

  • Xammal, yanacaq, enerji və s.qənaət etmək.

Iqtisadiyyatın müxtəlif sahələrində istehsal xərclərinin aşağı salınmasının bu əsas istiqamətlərinin tətbiqi xeyli müxtəlifdir.

Onu da qeyd etmək lazımdır ki, istehsal xərclərinin aşağı salınması məhsulun keyfiyyətinə xələl gətirməməlidir. Bəzi hallarda isə məhsulun keyfiyyətinin yüksəldilməsi tədbirləri istehsal xərclərinin artmasına da səbəb ola bilər.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə