İstedadlı qələm sahibi,qüdrətli şair /metodiki vəsait


Tofiq Bayram irsinin kitabxanalarda təbliği



Yüklə 37,59 Kb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü37,59 Kb.
#108499
1   2   3
Tofiq Bayram irsinin kitabxanalarda təbliği.
Əməkdar incəsət xadimi Tofiq Bayram istedadlı qələm sahibi, qudrətli şairdir. O, coşqun təbiətli, qaynar ilhamlı, klassik və müasir şerimizin poetik nümunələrini sevən və oxuculara sevdirən bir şairdir. T.Bayram şer və poemalarında ucsuz bucaqsız Vətənimizin qüdrətini Azərbaycan xalqının qəhrəmanlığını tərənnüm edir, onun keçmişindən, bu günündən və nailiyyətlərindən söhbət açır.Doğma yurda sədaqət, xalqa bağlılıq hissi, torpağa məhəbbət , möcüzələr yaradan əmək adamlarımızın hünəri, saf məhəbbəti, vətən torpağının təbii görəllikləri onun yaradıcılığının əsas qayəsini təkil edir. Vətən mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüv – vəsidir. “Azərbaycan deyəndə”şeri yaşından asılı olmayaraq bütün oxucuların dillər əzbəridir:
Vətən mənim bu günüm,

Sabahkı toy – düyünüm.

Haqqım var ki, öyünüm.

Azərbaycan deyəndə.

Hər ürəkdə döyünüm

Azərbaycan deyəndə .


Tofiq Bayram Azərbaycan ədəbiyyatını , Azərbaycan poeziyasının incilərini oxucula – na sevdirməyi bacaran şairlərdəndir.

Əməkdar incəsənət xadimi , gözəl şair, tərcüməçi T.Bayramın bu il 85 illik yubileyi qeyd olunacaqdır. Şairin yubileyini qeyd etmək üçün bütün kitabxanalarda müxtəlif növ kütləvi tədbirlər keçirilməlidir. Şairin əsərlərini oxuculara təbliğ etmək üçün ilk əvvəl kitabxanada kitab sərgisi təşkil edilməlidir. Oxucuları T.Bayram poeziyası ilə yaxından tanış etmək üçün kitabxanaçı sərgi qarşısında söhbətlər aparmalı, yubilyarın kitablarını oxucular arasında təbliğ etməlidir şairin şerləri üzrə şer gecəsi və şer müsabiqəsinin keçirilməsi maraqlı olar. Eyni zamanda onun yaradıcılığına aid ədəbi viktoruna təşkil etmək olar .Kitabxanada yadda qalan və oxucular arasında sevilən tədbirlərdən biri də ədəbi- bədii gecələrdir. Qeyd etmək bizimdir ki, tədbirdən sonra kitabxanaçı qonaqları və oxucuları təşkil olunmuş sərgiyyə baxmağa dəvət etməlidir.



Yəqin ki, kitabxanalarda keçirilən belə bir gözəl tədbirlərdən sonra oxucular kitabxanaya və kitablara həvəsi daha da artacaq, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmaq istəyəcəklər. Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar.


  1. Seçilmiş əsərləri / T.Bayram; tər. ed. S.Bayramova; ön sözün müəl. S.Salmanov. – Bakı : Lider, 2005.—328 s.

  2. Ay anam Bakı ! : [ seirlər ] / T.Bayram; tərt. Z. Bayramova. – Bakı: Qanun, 2012. -280 s.

  3. Azərbaycanın / T.Bayram ;tərt.ed. və red.S. Bayramova ; [ rəssam N. Rzaquliyev] – Bakı : Azərbaycan, 2015. – 638 , [ 2 ].

  4. Bəzən uşaq kimi, ən ürəksizdən məhəbbət umandır qadın ürəyi / T.Bayram // Aydın yol. – 2016.- 29 iyul.- s.12.

  5. Basqallı , B.Bayramlar : [ şair Tofiq Bayran və onun ailə üzvləri haqqında xatirələr] / B.Basqallı. – Bakı: Kitab klubu, 2015. – 47 s.



Tərtib etdi : Heydərova T.
Yüklə 37,59 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin