İstehlak və kommersiya krediTLƏRİNİn veriLMƏSİNƏ daiR



Yüklə 123,63 Kb.
tarix21.10.2017
ölçüsü123,63 Kb.
#8475

İSTEHLAK VƏ KOMMERSİYA KREDİTLƏRİNİN VERİLMƏSİNƏ DAİR

KREDİT TƏLİMATI

İCRAÇI KREDİT AGENTLİYİ”

Səhifə:








“Təsdiq edilmişdir”
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət

Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin

25.01.2013-cü il tarixli 01 saylı protokol qərarı ilə


İSTEHLAK VƏ BİZNES KREDİTLƏRİNİN VERİLMƏSİNƏ DAİR

KREDİT TƏLİMATI

Bakı – 2013

Mündəricat




1 Giriş 4

1.1 Təlimatda aşağıdakılara diqqət verilir: 4

1.2 Təlimatın məqsədləri 4

1.3 Təlimatın istifadəçiləri 4

2 Borc Siyasəti 4

3 Kredit Siyasəti 5

3.1 Kreditin alınması üçün tələblər aşağıdakı kimidir: 5

3.2 Kreditləşmə sahələri və növləri 6

3.3 Kreditin müddətləri 6

3.4 Kredit üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi 6

3.5 Ödəniş şərtləri 6

4 KREDlTLƏŞMƏLƏRİN PROSEDURLARI 7

4.1 KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI ÜÇÜN KREDlTLƏŞMƏ PROSEDURLARI 7

4.1.1 Tələb olunan sənədlər: 7

4.4.1.1 Kredit alan fiziki şəxs olduqda; 7

4.4.1.2 Kredit alan hüquqi şəxs olduqda; 8

4.1.2 Müsahibə və sənədlərin qeyd olunması 8

4.1.3 Qiymətləndirmə 9

4.1.4 Kreditlərin verilməsi şərtləri 9

4.1.5 İpoteka (girov) 10

4.1.6 Sığorta 10

4.2 ŞƏXSİ MƏQSƏDLƏR ÜÇÜN KREDİTLƏŞMƏ PROSEDURLARI 10

4.2.1 Tələb olunan sənədlər 11

4.2.2 Müsahibə və sənədlərin qeyd olunması 11

4.2.3 Qiymətləndirmə 12

4.2.4 Kreditlərin verilməsi şərtləri 12

4.2.5 İpoteka (girov) 13

4.2.6 Sığorta 13

5 “İcraçı Kredit Agentliyi”-nin işçilərinin KREDlTLƏŞMƏ PROSEDURLARI 13

5.1 DAŞINMAZ ƏMLAKIN ALINMASI ÜÇÜN KREDlTLƏŞMƏ PROSEDURLARI 14

5.1.1 Tələb olunan sənədlər 14

5.1.2 Müsahibə və sənədlərin qeyd olunması 15

5.1.3 Qiymətləndirmə 15

5.1.4 Kreditlərin verilməsi şərtləri 16

5.1.5 Kreditlər aşağıdakı halda verilməyəcəkdir 16

5.1.6 İpoteka (girov) 16

5.1.7 Sığorta 17

5.2 AVTOMOBİLLƏRİN KREDlTLƏŞMƏSİ PROSEDURLARI 17

5.2.1 Tələb olunan sənədlər 17

5.2.2 Müsahibə və sənədlərin qeyd olunması 18

5.2.3 Qiymətləndirmə 18

5.2.4 Kreditlərin verilməsi şərtləri 19

5.2.5 Kreditlər aşağıdakı halda verilməyəcəkdir 19

5.2.6 İpoteka (girov) 20

5.2.7 Sığorta 20

5.3 ŞƏXSİ MƏQSƏDLƏR ÜÇÜN VERİLƏN KREDİTLƏRİN KREDİTLƏŞMƏSİ PROSEDURLARI 20

5.3.1 Tələb olunan sənədlər 20

5.3.2 Müsahibə və sənədlərin qeyd olunması 21

5.3.3 Qiymətləndirmə 21

5.3.4 Kreditlərin verilməsi şərtləri 22

5.3.5 Kreditlər aşağıdakı halda verilməyəcəkdir 22

5.3.6 Təminat 23

5.3.7 Sığorta 23


Ön söz
Təlimat “İcraçı Kredit Agentliyi” məhdud məsuliyyətli cəmiyyət bank olmayan kredit təşkilatı (İka) tərəfindən İşlənib hazırlanmışdır və İKA-nın İsteHLAK KREDİTLƏRİNİN verilməsi qaydasını müəyyən edir. bu Kredit təlimatı İKA-nın İDARƏ HEYƏTİ tərəfindən təsdiq olunmuşdur.
Kredit təlimatında kredit verilməsi prosesi üçün ən mütərəqqi beynəlxalq standartlardan istifadə edilib və bu prosesin bütün mərhələlərində razılaşdırılmış borc və kredit siyasətinin ümumi prinsipləri verilib.

Təlimatın hazırlanması Borcalanların seçilməsi, fəaliyyəti, kredit müraciət formalarının hazırlanması, kreditin vaxtında İstifadəsi, qaytarılması İşlərində onları təlimləndirmək və bu sahədə təcrübə yaradılmasına doğru bir təşəbbüsdür.




1Giriş

1.1Təlimatda aşağıdakılara diqqət verilir:


  • İKA-nın Borc siyasəti;

  • İKA-nın Kredit siyasəti;

  • İstehlak kreditlərinin verilməsi;




  • Kredit üzrə müxtəlif rəsmiləşdirmə sənədləri (formalar və blanklar);

  • Borcların monitorinqi, faiz ödənişinin və əsas borcların toplanması;

  • Kredit portfelinin idarə edilməsi;

  • Riskin idarə edilməsi:

Təlimat İKA kadrları və borcalanların əməl edəcəyi əsas kredit proseduralarını və

doldurulacaq formaları özündə birləşdirir.



1.2Təlimatın məqsədləri


İstehlak krediti üçün kredit təlimatının hazırlanmasında əsas məqsədlər aşağıdakılardır:


  • İKA tərəfindən təmin edilən kreditlərin aspektlərini İKA kadrları və borcalanlara lazımi qaydada başa salmaq;




  • Borcalanları İKA-dan kreditin alınması proseduraları üzrə təlimləndirmək;

1.3Təlimatın istifadəçiləri


  • İKA-nın kadrları

2Borc Siyasəti


İKA kredit müraciət formalarının qiymətləndirilməsi zamanı borcalanların kreditin geri ödənişini müəyyənləşdirmək məqsədi ilə kreditləri verməzdən əvvəl borcalanın maliyyə durumunu və ya ödəmə qabiliyyətini araşdırmalıdır. Borcalanın hər hansı maliyyə təşkilatına borcunun, eləcə də hər hansı yerinə yetirilməmiş öhdəliyinin olmadığına diqqət yetirilməlidir.

Kredit vaxtından əvvəl geri qaytarıla bilər. Kredit vaxtında ödənilmədiyi halda gecikmiş məbləğ üzrə təyin olunmuş faiz dərəcəsinin iki misli miqdarında cərimə hesablanacaqdır.

İKA-dan kredit almaq üçün müraciət edən borcalan İKA-nın tələb etdiyi digər meyarlara da uyğun olmalıdır.

3Kredit Siyasəti


İKA-nın kredit siyasəti, kredit fəaliyyətində sabitliyin təmin edilməsi, riskin öhdəsindən gəlinməsi, kreditin və portfelin düzgun idarə edilməsinin əsasını təşkil edir.

İKA-nın kredit fəaliyyəti borcalanlara, habelə İKA üçün qarşılıqlı faydalı olmalıdır. Borcalanlara köməklik məqsədilə aşağıdakı meyyarlar əsas tutulur :



  • Bazar iqtisadiyyatı tələblərini başa düşmək;

  • Kredit alma və qaytarma qabiliyyətini saxlamaq;

İKA-nın rəhbərliyi özünün kredit və borc siyasəti, onun həyata keçirilməsi, rəhbərlik edilməsi və aşağıdakı prinsiplərin yaradılması üzrə tam məsuliyyət daşıyır.

Kredit əməliyyatlarında aşağıdakı prinsinlərə əməl edilir:



  • Azərbaycan Respublikasında qüvvədə olan kredit qanunlarına uyğunluq;

  • AMB-nin normativ sənədlərinə uyğunluq;

  • İKA-nın qaydalarına uyğunluq;



3.1Kreditin alınması üçün tələblər aşağıdakı kimidir:

İKA-ya kredit üçün müraciət edən fiziki şəxslər kredit təlimatında İKA-nın kredit vəsaitinin verilməsi üçün nəzərdə tutulan qanun və qaydalara düzgün əməl etməlidirlər.



  • Kreditin alınması üçün zaminlik yalnız o halda qəbul edilə bilər ki, Zamin duran şəxs də, krediti alan şəxs kimi nəzərdə tutulan kreditin verilməsi üçün İKA-nın müəyyən etdiyi kriteriyalara uyğun gəlsin ;

  • Borcalanın ailə üzvləri müstəqil gəlirə sahib olduqda, onların zaminlikləri qəbul olunur.



3.2Kreditləşmə sahələri və növləri


İKA müştərilərə qanunvericiliklə qadağan edilməyən fəaliyyət növlərini həyata keçirmək üçün və ya dövriyyəsi qadağan edilməyən və ekoloji ziyanlı hesab olmayan əmlakın alınması üçün istehlak krediti verir.

İKA tərəfindən verilən kredit aşağıdakı sahələri əhatə edir:



  • İstehlak məqsədləri üçün verilən kreditlər:

  • daşınmaz əmlakın alınması;

  • avtomobillərin alınması;

  • şəxsi məqsədlər üçün;

  • kiçik və orta biznesin inkişafı üçün;



3.3Kreditin müddətləri


Mütərəqqi bank təcrübəsinə əsaslanaraq kreditləşdirilən sahələrin xüsusiyyətlərindən asılı olaraq kreditin qaytarılması üçün müddətlər aşağıdakı kimi müəyyən olunur:

  • İstehlak krediti - 12-60 ay.



3.4Kredit üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi

Aşağıda göstərilən faiz dərəcələri müəyyən olunmuşdur:



  • İstehlak krediti – maksimum 30 %;



3.5Ödəniş şərtləri


Verilmiş kreditin əsas və faiz məbləğləri borcalan tərəfindən onunla əvvəlcədən razılaşdırılmış cədvələ əsasən ödənilməlidir.

Kreditin əsas və faiz məbləğləri adətən aylıq ödənilir, lakin mövcud qanunvericiliyə və mütərəqqi bank təcrübəsinə əsasən İKA tərəfindən fərqli şərtlər müəyyən oluna bilər.



4KREDlTLƏŞMƏLƏRİN PROSEDURLARI

4.1KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI ÜÇÜN KREDlTLƏŞMƏ PROSEDURLARI


Kiçik və orta biznesin inkişafı üçün verilən kreditlər müştərinin kənd yerlərində aqrar və xidmət sahələrində biznes ehtiyaclarının ödənilməsi məqsədi ilə hüquqi və fiziki şəxslərə verilir.

Kiçik və orta biznesin inkişafı üçün kreditlər verilən zaman müştəri tərəfindən aşağıdakı şərtlərin yerinə yetirilməsi əsas götürülməlidir:



  • Müraciət etmiş müştəri stabil gəlir mənbələrinə sahib olmalıdır;

  • Muştəri müsbət şəxsi keyfiyyətlərə malik olmalıdır;

  • Kredit sifarişi ətraflı şəkildə təhlil olunmalı və borcalanın ödəmə qabiliyyəti müəyyənləşdirilməlidir;

  • Biznes fəaliyyəti qiymətləndirilməli və qiymətləndirmə akti tətrib olunmalıdır;

  • Kreditinin təminatı kimi daşınar və daşınmaz əmlaklar girov götürülməlidir;

  • Girov kimi qəbul edilən əmlaklar müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır;

  • Girov əmlakları İKA-nın məqbul saydığı sığorta şirkətində sığortalanmalıdır.



4.1.1Tələb olunan sənədlər:

Kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi üçün ilk növbədə müştəri İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:



        1. Kredit alan fiziki şəxs olduqda;





  • Kredit Sifarişi (Forma №3 (fiziki şəxslər üçün kredit sifarişi forması));

  • Kredit təyinatı üzrə kredit müddətinə uyğun Biznes Plan;

  • VÖEN-i;

  • Bir illik vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

  • Girov qoyulan əmlaklarla bağlı müvafiq sənədlər.


        1. Kredit alan hüquqi şəxs olduqda;





  • Kredit Sifarişi (Forma №4 (hüquqi şəxslər üçün kredit sifarişi forması));

  • Kredit təyinatı üzrə kredit müddətinə uyğun Biznes Plan;

  • Təşkilatın Nizamnaməsi (Notarial qaydada təsdiqlənmiş surəti);

  • Dövlət reyestrindən çıxarış (Notarial qaydada təsdiqlənmiş surəti);

  • Müəssisənin əmlakı barədə arayış;

  • VÖEN-i;

  • Təşkilatın rəhbərinin vəzifəyə təyin olunması haqqında təsisçilərin qərarı;

  • Bir illik vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

  • Girov qoyulan əmlaklarla bağlı müvafiq sənədlər;

Sifarişçi haqqında bütün məlumatlar öyrənildikdən sonra, müsbət rəy yarandığı halda mütəxəssis Forma № 3 (fiziki şəxs olduqda) və ya Forma № 4 (hüquqi şəxs olduqda) üzərində müvafiq qeydiyyat aparır.



4.1.2Müsahibə və sənədlərin qeyd olunması


Kredit almaq üçün müraciət etmiş şəxs lazımi sənədləri İKA-ya təqdim edir. Müştəri İKA-nın irəli sürdüyü tələblərə və şərtlərə uyğun gəldikdə və bu şərtlərə razılığını bildirdikdə, İKA-nın kredit mütəxəssisi sənədlərin tərtibatını diqqətlə yoxlayır.

Sənədlər qəbul edildikdən sonra İKA-nın kredit mütəxəssisi 3 (üç) iş günü ərzində müştəriyə etiraz və yaxud müsbət qərar barəsində şıfahi məlumat verməlidir. Şifahi məlumat müştərini qane etmədikdə, müştərinin ərizəsi əsasında etirazın səbəblərini açıqlayan məktub verilə bilər.

Etiraz bildirilmiş müştərinin sənədlərinin surətləri müştəriyə qaytarılır. Sənədlərin surəti müştəri tərəfindən geri götürülmədikdə, əməkdaş onları 30 gün ərzində saxlayır, bu müddət bitdikdən sonra isə məhv edir.

İKA-nın kredit mütəxəssisi müştərinin ailə vəziyyətini, şəxsi keyfiyyətlərini, maddi vəziyyətini və digər gəlir mənbələrini təhlil edir. Mütəxəssis müştəriyə veriləcək kreditin vaxtında qaytarıla biləcəyinə əmin olduqda sənədləri qəbul edir. Əks halda müştəriyə kredit ayrılmasına etiraz edilir.

Kredit mütəxəssisi borcalanın yaşayış və iş yerindən məlumat götürür və borcalan tərəfindən verilmiş məlumatları yoxlayır. Səhv məlumat aşkar olunarsa kredit verilməsinə imtina edilir.

4.1.3Qiymətləndirmə


İlk növbədə Sifarişçinin İKA-ya kredit borcunun olub olmaması müəyyənləşdirilməlidir. Borcalandan müvafiq sənədlər və məlumatlar toplandıqdan sonra kredit verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Aidiyyatı mütəxəssislər tərəfindən Borcalanın ödəmə qabiliyyətli olması barədə müsbət rəy olduqda qiymətləndirmənin nəticəsi olaraq kreditin verilməsinə dair Kredit sifarişində müvafiq yerlərdə imzalayır.

Kiçik və orta biznesin inkişafı krediti verilərkən risklərin azaldılması məqsədilə girov qoyulan əmlak real bazar dəyəri ilə qiymətləndirilməldir. Əmlakın qiyməti sığorta məbləğindən cox ola bilməz.

Kreditləşmənin düzgün aparılması üçün girovun real dəyərinin qiymətləndirilməsi İKA-nın səlahiyyət verdiyi mütəxəssisi və ya İKA-nın məqbul saydığı müstəqil qiymətlədirici tərəfindən olmalıdır.



4.1.4Kreditlərin verilməsi şərtləri

“İKA” tərəfindən Kiçik və orta biznesin inkişafı üçün kreditlər aşağıdakı şərtlər əsasında verilir:



  • İllik faiz dərəcəsi – 25 %-dək;

  • Muddəti – 12-36 ay;

  • Ödəmə - aylıq bərabər hisssələrlə (annuitet) və ya azalan balansla;

  • Kreditin məbləği - 25 000 manatadək kredit verilə bilər;

  • Kiçik və orta biznesin inkişafı üçün kreditlər Azərbaycan Respublikasinın rezidentlərinə verilir;

  • Fiziki şəxslərə Kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi üzrə yaş həddi minimum 24, maksinium 60 yaşdir;



4.1.5İpoteka (girov)

Kiçik və orta biznesin inkişafı üçün kreditlərin təminatı kimi daşınmaz əmlak ipoteka (girov) qoyulması üçün təqdim edilməlidir. İpoteka (girov) predmetinin dəyəri kredit məbləğinin ən azı 150%-ni təşkil etməlidir. İpoteka muqaviləsinə əsasən əmlak ipotekaya qoyulmalı və ipoteka müvafiq dövlət orqanında qeydiyyata alınmalıdır. Əmlakın ipotekaya qoyulmasına dair dövlət reyestrindən çıxarış təqdim edildikdən sonra borcalana kredit vəsaiti verilə bilər.



4.1.6Sığorta


İKA özünün və müştərinin maraqlarını qorumaq üçün girov predmeti olan əmlakı hər hansı təbii və ya bədbəxt hadisələrdən qorumaq üçün borcalanın hesabına kreditin muddəti qədər İKA-nın məqbul saydığı sığorta şirkətində sigortalanmasını tələb etməlidir. Əmlak tam dəyərinə və ya sıgorta mabləği franşizanı çıxmaqla kredit məbləgindən az olmamaq şərti ilə sigortalanmalidir.

4.2ŞƏXSİ MƏQSƏDLƏR ÜÇÜN KREDİTLƏŞMƏ PROSEDURLARI

Şəxsi məqəsədlər üçün verilən kreditlər yalnız fiziki şəxslərə verilir. Bu kreditlərin növləri aşağıdakılardır:



  • Yaşayış evlərinin təmiri;

  • Avtomobillərin təmiri;

  • Məişət avadanlığı və mebellərin alınması;

  • Səyahət;

  • Təhsil haqqı;

  • Müalicə;

  • Toy və ya yas mərasimlərinin keçirilməsi.



4.2.1Tələb olunan sənədlər


Şəxsi məqəsədlər üçün verilən kreditlərin verilməsi üçün ilk növbədə müştəri İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:

  • Kredit Sifarişi (Forma № 3);

  • Borcalanın və zaminlərin şəxsiyyət vəsiqəsi;

  • Borcalanın və zaminlərin iş yerindən arayış;

  • İş yerindən arayış aşağıdakı tələblərə cavab verməlidir:

  • Arayışın verilmə tarixi, onun İKA-ya təqdim edildiyi tarixdən 30 gündən artıq müddətə fərqlənə bilməz;

  • Arayışda mütləq müraciət edənin tutduğu vəzifəsi, bu təşkilatda əmək stajı və ştat cədvəlinə əsasən aldığı əmək haqqı göstərilməlidir.

  • Arayış firma blanklarında və yaxud müəssisənin arayış formasında (möhür olmaqla) tərtib edilməlidir;

  • Arayışda səlahiyyətli şəxslərin imzaları olmalıdır;

  • Arayış verilən şəxslə arayışı imzalayan şəxsin eyni şəxs olması yol verilməzdir (fərdi sahibkarlar istisna olmaqla);

  • Arayışda “İcraçı Kredit Agentliyi” MMC-yə təqdim edilməsi haqqında qeydlərin olması zəruridir;

  • Arayışda verilmə tarixinin və qeydiyyat nömrəsinin olması zəruridir.

Sifarişçi haqqında bütün məlumatlar öyrənildikdən sonra, müsbət rəy yarandığı halda mütəxəssis Forma № 3 üzərində müvafiq qeydiyyat aparır.

4.2.2Müsahibə və sənədlərin qeyd olunması


Kredit almaq üçün müraciət etmiş şəxs lazımi sənədləri İKA-ya təqdim edir. Müştəri İKA-nın irəli sürdüyü tələblərə və şərtlərə uyğun gəldikdə və bu şərtlərə razılığını bildirdikdə, İKA-nın kredit mütəxəssisi sənədlərin tərtibatını diqqətlə yoxlayır.

Sənədlər qəbul edildikdən sonra İKA-nın kredit mütəxəssisi 3 (üç) iş günü ərzində müştəriyə etiraz və yaxud müsbət qərar barəsində şıfahi məlumat verməlidir. Şifahi məlumat müştərini qane etmədikdə, müştərinin ərizəsi əsasında etirazın səbəblərini açıqlayan məktub verilə bilər.

Etiraz bildirilmiş müştərinin sənədlərinin surətləri müştəriyə qaytarılır. Sənədlərin surəti müştəri tərəfindən geri götürülmədikdə, İKA-nın əməkdaşı onları 30 gün ərzində saxlayır, bu müddət bitdikdən sonra isə onları məhv edir.

İKA-nın kredit mütəxəssisi müştərinin ailə vəziyyətini, şəxsi keyfiyyətlərini, maddi vəziyyətini və digər gəlir mənbələrini təhlil edir. Mütəxəssis müştəriyə veriləcək kreditin vaxtında qaytarıla biləcəyinə əmin olduqda sənədləri qəbul edir. Əks halda müştəriyə kredit ayrılmasına etiraz edilir.

Kredit mütəxəssisi borcalanın yaşayış və iş yerindən məlumat götürür və borcalan tərəfindən verilmiş məlumatları yoxlayır. Səhv məlumat aşkar olunarsa kredit verilməsinə imtina edilir.


4.2.3Qiymətləndirmə


Ödəmə qabiliyyəti hesablanarkən arayış və anketdə göstərilən mütləq ödəmələr gəlirdən çıxılmalıdır (gəlir vergisi, üzvlük haqqı, alımentlər, xəsarət kompensasiyası, başqa kreditlər üzrə borcların və faizlərin ödənilməsi, verilmiş zəmanətlər üzrə öhdəlik məbləği, dəyərin hissə-hissə ödənilməsi üzrə alınmış mallara görə borc və sair). Bu məqsəd üçün gəlirlərdən çıxılmalarda verilmiş zəmanətlərə görə öhdəliklər üzrə orta aylıq ödənişin 50%-i, digər öhdəliklər üzrə orta aylıq ödənişin 100%-i qəbul olunaraq müvafiq əsas öhdəlik müəyyənləşdirilir.

Verilən kredit üzrə aylıq ödənişin həcmi ailənin aylıq gəlirinin 50%-indən çox ola bilməz.

Aidiyyatı mütəxəssis kreditin verilməsinin məqsədəuyğunluğu barədə müsbət rəy aldığı təqdirdə Kredit sifarişi üzərində müvafiq qeydiyyat aparır.

4.2.4Kreditlərin verilməsi şərtləri


İKA tərəfindən şəxsi məqəsədlər üçün kreditlər aşağıdakı şərtlər əsasında verilir:

  • İllik faiz dərəcəsi – 30%-dək

  • Muddəti – 12-24 ay (zaminliklə verilən kreditlər 18 aydan çox ola bilməz) ;

  • Borcalanın həyatının siğortalanması;

  • Ödəmə - aylıq azalan hissələrlə;

  • Kreditin məbləği – maksimum 15 000 manat (6000 manatadək zaminliklə, 6000 manatdan cox olduqda girovla təmin olunmalıdır) həcmində kreditlər verilə bilər;

  • Şəxsi məqsədlər üzrə yaş həddi minimum 24, maksinium 60 yaşdir;

  • Kredit Azərbaycan Respublikasının rezidentlərinə verilir;



4.2.5İpoteka (girov)


İKA-ya şəxsi məqsədlər üçün müraciət edən şəxslərə verilən kreditlərin məbləği 6000 (altı min) manatadək olduqda iki şəxsin zaminliyi, kreditin məbləği 6000 (altı min) manatdan artıq olduqda isə ipoteka (girov) təqdim olunması zəruridir.

Kreditin məbləği 6000 (altı min) manatdan artıq olarsa borcalan kredit məbləğinin minimum 150% həcmində ipoteka (girov) təqdim etməlidir. İpoteka predmetinin dəyəri kredit məbləğinin ən azı 150%-ni təşkil etməlidir. İpoteka muqaviləsinə əsasən əmlak ipotekaya qoyulmalı və ipoteka müvafiq dövlət orqanında qeydiyyata alınmalıdır. Əmlakın ipotekaya qoyulmasına dair dövlət reyestrindən çıxarış təqdim edildikdən sonra borcalana kredit vəsaiti verilə bilər.



4.2.6Sığorta


İKA zaminliklə kredit verdikdə (yəni kredit məbləği 6000 (altı min) manatadək olduqda) borcalan İKA-nın məqbul saydığı Sığorta şirkətində həyat sığorta növü ilə (kredit məbləgindən az olmamaq şərti ilə) sigortalanmalıdır. Kredit borcalana ipoteka (girov) qoyularaq verilərsə (yəni kredit məbləği 6000 (altı min) manatdan çox olarsa), İKA özünün və müştərinin maraqlarını qorumaq üçün girov predmeti olan daşınmaz və ya daşınan əmlakı hər hansı təbii və ya bədbəxt hadisələrdən qorumaq üçün borcalanın hesabına kreditin muddəti qədər sigortalanmasını tələb etməlidir. Daşınmaz və ya daşınan əmlak tam dəyərinə və ya sigorta məbləği franşizanı çıxmaqla kredit məbləgindən az olmamaq şərti ilə sigortalanmalıdır.

5“İcraçı Kredit Agentliyi”-nin işçilərinin KREDlTLƏŞMƏ PROSEDURLARI




5.1DAŞINMAZ ƏMLAKIN ALINMASI ÜÇÜN KREDlTLƏŞMƏ PROSEDURLARI


Daşınmaz əmlakın alınması üçün kreditlər verilən zaman işçi tərəfindən aşağıdakı şərtlərin yerinə yetirilməsi əsas götürülməlidir:

  • İşçi müsbət şəxsi keyfiyyətlərə malik olmalıdır;

  • Kredit sifarişi ətraflı şəkildə təhlil olunmalı və borcalanın ödəmə qabiliyyəti müəyyənləşdirilməlidir;

  • Daşınmaz əmlak real bazar dəyəri ilə qiymətləndirilməli və qiymətləndirmə aktı tərtib olunmalıdır;

  • Daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsində girov kimi qeydiyyata götürülməlidir;

  • Daşınmaz əmlak İKA-nın məqbul saydığı sığorta şirkətində kreditin tam müddətinə sığortalanmalıdır.



5.1.1Tələb olunan sənədlər


Daşınmaz əmlakın alınması üçün işçi İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:

  • Kredit Sifarişi (Forma № 3 (fiziki şəxslər üçün kredit sifarişi);

  • Şəxsiyyət vəsiqəsi;

  • Daşınmaz əmlakın mövcüd sənədləri – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsindən alınmış çıxarış və arayış (Forma № 1), texniki pasport;

  • İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış;

  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmeti yaşayış sahəsi olduqda isə qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti (notarial təsdiq olunmuş). İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti (notarial təsdiq olunmuş).

  • Ehtiyac yarandığı hallarda kredit sifarişində qeyd olunan ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd;

  • Əmək haqqı barədə İKA-dan arayış.

Sifarişçi haqqında bütün məlumatlar öyrənildikdən sonra, müsbət rəy yarandığı halda mütəxəssis Forma № 3 üzərində müvafiq qeydiyyat aparır.

5.1.2Müsahibə və sənədlərin qeyd olunması


Kredit almaq üçün müraciət etmiş işçi lazımi sənədləri kredit mütəxəssisinə təqdim edir. İşçi İKA-nın irəli sürdüyü tələblərə və şərtlərə uyğun gəldikdə və bu şərtlərə razılığını bildirdikdə, İKA-nın kredit mütəxəssisi sənədlərin tərtibatını diqqətlə yoxlayır.

Sənədlər qəbul edildikdən sonra İKA-nın kredit mütəxəssisi 3 (üç) iş günü ərzində işçiyə etiraz və yaxud müsbət qərar barəsində şıfahi məlumat verməlidir. Şifahi məlumat işçini qane etmədikdə, işçinin ərizəsi əsasında etirazın səbəblərini açıqlayan məktub verilə bilər.

Etiraz bildirilmiş işçinin sənədlərinin surətləri işçiyə qaytarılır. Sənədlərin surəti işçi tərəfindən geri götürülmədikdə, İKA-nın əməkdaşı onları 30 gün ərzində saxlayır, bu müddət bitdikdən sonra isə onları məhv edir.

İKA-nın kredit mütəxəssisi işçinin ailə vəziyyətini, şəxsi keyfiyyətlərini, maddi vəziyyətini və digər gəlir mənbələrini təhlil edir. Mütəxəssis işçiyə veriləcək kreditin vaxtında qaytarıla biləcəyinə əmin olduqda sənədləri qəbul edir. Əks halda işçiyə kredit ayrılmasına etiraz edilir.

Kredit mütəxəssisi borcalanın yaşayış və iş yerindən məlumat götürür və borcalan tərəfindən verilmiş məlumatları yoxlayır. Səhv məlumat aşkar olunarsa kredit verilməsinə imtina edilir.

5.1.3Qiymətləndirmə


İlk növbədə Sifarişçinin İKA-ya kredit borcunun olub olmaması müəyyənləşdirilməlidir. Borcalandan müvafiq sənədlər və məlumatlar toplandıqdan sonra kredit verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Aidiyyatı mütəxəssis kreditin verilməsinin məqsədəuyğunluğu barədə müsbət rəy aldığı təqdirdə Kredit sifarişi üzərində müvafiq qeydiyyat aparır.

Daşınmaz əmlakın alınması üçün kredit verilərkən risklərin azaldılması məqsədilə əmlak real bazar dəyəri ilə qiymətləndirilməldir. Əmlakın qiyməti sığorta məbləğindən cox ola bilməz.

Kreditləşmənin düzgün aparılması üçün alınan əmlakın real dəyərinin qiymətləndirilməsi bu növ fəaliyyət üzrə İKA-nın səlahiyyət verdiyi mütəxəssisi və ya İKA-nın məqbul saydığı müstəqil qiymətlədirici tərəfindən olmalıdır.



5.1.4Kreditlərin verilməsi şərtləri


İKA tərəfindən daşınmaz əmlakın alınması üçün kreditlər aşağıdakı şərtlər əsasında verilir:

  • İllik faiz dərəcəsi – 12 %;

  • Muddəti – 24-60 ay;

  • Ödəmə - aylıq azalan hissələrlə;

  • Kreditin məbləği - əmlakın dəyərinin maksimum 70% (70.000 manatı keçməmək şərti ilə) həcmində kredit verilə bilər;

  • İKA-nın işçisi olmaq (Əmək müqaviləsi üzrə);

  • İşçi İKA-da 6 (altı) ay işlədikdən sonra kredit ala bilər;

  • İşçi kredit aldıqdan sonra Əmək müqaviləsinə və mövcud qanunvericiliyə zidd olan hər hansı hərəkət edərsə İdarə Heyətinin sədri əmri ləğv edə və kreditin qalıq məbləğinin və ona hesablanmış faiz məbləğinin tam ödənilməsi şərti ilə kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər;

  • İşçi işdən azad olunduğu təqdirdə kredit borcunu və ona hesablanmış kredit faizlərini son iş gününədək tam ödəməlidir.



5.1.5Kreditlər aşağıdakı halda verilməyəcəkdir


  • İdarə Heyəti sədrinin əmri ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət alan şəxslərə 6 (altı) ay müddətində;

  • İşçinin İKA-ya borcu (kredit və (və ya) vurduğu ziyana görə) olduqda.



5.1.6İpoteka (girov)


Daşınmaz əmlakın alınması üçün kreditlərin təminatı kimi alınan əmlakın özü və ya digər likvid əmlak ipoteka ola bilər. İpoteka predmetinin dəyəri kredit məbləğinin ən azı 150%-ni təşkil etməlidir. İpoteka muqaviləsinə əsasən əmlak ipotekaya qoyulmalı və ipoteka Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsində muvafiq qeydiyyata alınmalıdır. Əmlakın ipotekaya qoyulmasına dair çıxarış sənədi təqdim edildikdən sonra borcalana kredit vəsaiti verilə bilər.

5.1.7Sığorta


İKA özünün və işçinin maraqlarını qorumaq üçün girov predmeti olan əmlakı hər hansı təbii və ya bədbəxt hadisələrdən qorumaq üçün borcalanın hesabına kreditin muddəti qədər sigortalanmasını tələb etməlidir. Əmlakın tam dəyərinə və ya sıgorta məbləği franşizanı çıxmaqla kredit məbləgindən az olmamaq şərti ilə sigortalanmalıdır.

5.2AVTOMOBİLLƏRİN KREDlTLƏŞMƏSİ PROSEDURLARI


Avtomobil kreditləri verilən zaman işçi tərəfindən aşağıdakı şərtlərin yerinə yetirilməsi əsas götürülməlidir:

  • İşçi müsbət şəxsi keyfiyyətlərə malik olmalıdır;

  • Kredit sifarişi ətraflı şəkildə təhlil olunmalı və işçinin ödəmə qabiliyyəti müəyyənləşdirilməlidir;

  • Avtomobil real bazar dəyəri ilə qiymətləndirilməli və qiymətləndirmə akti tətrib olunmalıdır (yeni avtomobillər istisna olmaqla);

  • Avtomobil Dövlət Yol Polisində girov kimi qeydiyyata götürülməlidir;

  • Avtomobil İKA-nın məqbul saydığı sığorta şirkətində "KASKO" sigorta növü ilə sığortalanmalıdır.



5.2.1Tələb olunan sənədlər


İşçiyə avtomobil kreditlərinin verilməsi üçün ilk növbədə işçi İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:

  • Kredit Sifarişi (Forma № 3 (fiziki şəxslər üçün kredit sifarişi));

  • Şəxsiyyət vəsiqəsi;

  • Avtomobilin mövcüd sənədləri – texniki passport və hesab faktura (yeni avtomobillər üçün);

  • Ehtiyac yarandığı hallarda kredit sifarişində qeyd olunan ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd;

  • Əmək haqqı barədə İKA-dan arayış.

Sifarişçi haqqında bütün məlumatlar öyrənildikdən sonra, müsbət rəy yarandığı halda mütəxəssis Forma № 3 üzərində müvafiq qeydiyyat aparır.

5.2.2Müsahibə və sənədlərin qeyd olunması


Kredit almaq üçün müraciət etmiş işçi lazımi sənədləri kredit mütəxəssisinə təqdim edir. İşçi İKA-nın irəli sürdüyü tələblərə və şərtlərə uyğun gəldikdə və bu şərtlərə razılığını bildirdikdə, İKA-nın kredit mütəxəssisi sənədlərin tərtibatını diqqətlə yoxlayır.

Sənədlər qəbul edildikdən sonra İKA-nın kredit mütəxəssisi 3 (üç) iş günü ərzində işçiyə etiraz və yaxud müsbət qərar barəsində şıfahi məlumat verməlidir. Şifahi məlumat işçini qane etmədikdə, işçinin ərizəsi əsasında etirazın səbəblərini açıqlayan məktub verilə bilər.

Etiraz bildirilmiş işçinin sənədlərinin surətləri işçiyə qaytarılır. Sənədlərin surəti işçi tərəfindən geri götürülmədikdə, İKA-nın əməkdaş onları 30 gün ərzində saxlayır, bu müddət bitdikdən sonra isə onları məhv edir.

İKA-nın kredit mütəxəssisi işçinin ailə vəziyyətini, şəxsi keyfiyyətlərini, maddi vəziyyətini və digər gəlir mənbələrini təhlil edir. Mütəxəssis işçiyə veriləcək kreditin vaxtında qaytarıla biləcəyinə əmin olduqda sənədləri qəbul edir. Əks halda işçiyə kredit ayrılmasına etiraz edilir.

Kredit mütəxəssisi borcalanın yaşayış və iş yerindən məlumat götürür və borcalan tərəfindən verilmiş məlumatları yoxlayır. Səhv məlumat aşkar olunarsa kredit verilməsinə imtina edilir.

5.2.3Qiymətləndirmə


İlk növbədə Sifarişçinin İKA-ya kredit borcunun olub olmaması müəyyənləşdirilməlidir. Borcalandan müvafiq sənədlər və məlumatlar toplandıqdan sonra kredit verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Aidiyyatı mütəxəssis kreditin verilməsinin məqsədəuyğunluğu barədə müsbət rəy aldığı təqdirdə Kredit sifarişi üzərində müvafiq qeydiyyat aparır.

Avtokredit verilərkən risklərin azaldılması məqsədilə avtomobil real bazar dəyəri ilə qiymətləndirilməldir. Yeni avtomobillər hesab fakturada qeyd olunmuş qiymət əsasında kreditləşdirilir və əlavə qiymətləndirməyə ehtiyac yoxdur.

Kreditləşmənin düzgün aparılması üçün alınan avtomobillərin real dəyərinin qiymətləndirilməsi İKA-nın səlahiyyət verdiyi mütəxəssisi və ya İKA-nın məqbul saydığı müstəqil qiymətlədirici tərəfindən olmalıdır.



5.2.4Kreditlərin verilməsi şərtləri


İKA tərəfindən avtomobil kreditləri aşağıdakı şərtlər əsasında verilir:

  • İllik faiz dərəcəsi – 16%;

  • Muddəti – 12-36 ay;

  • Ödəmə - aylıq azalan hissələrlə;

  • Kreditin məbləği - avtomobilin dəyərinin maksimum 70%-i həcmində (20 000 manatı keçməmək şərti ilə) kredit verilə bilər;

  • Avtomobilin buraxılış ili 8 ildən yuxarı ola bilməz;

  • İKA-nın işçisi olmaq (Əmək müqaviləsi üzrə);

  • İşçi İKA-da 6 (altı) ay işlədikdən sonra kredit ala bilər;

  • İşçi kredit aldıqdan sonra Əmək müqaviləsinə və mövcud qanunvericiliyə zidd olan hər hansı hərəkət edərsə İdarə Heyətinin sədri əmri ləğv edə və kreditin qalıq məbləğinin və ona hesablanmış faiz məbləğinin tam ödənilməsi şərti ilə kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər;

  • İşçi işdən azad olunduğu təqdirdə kredit borcunu və ona hesablanmış kredit faizlərini son iş gününədək tam ödəməlidir.



5.2.5Kreditlər aşağıdakı halda verilməyəcəkdir


  • İdarə Heyəti sədrinin əmri ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət alan şəxslərə 6 (altı) ay müddətində;

  • İşçinin İKA-ya borcu (kredit və (və ya) vurduğu ziyana görə) olduqda.


5.2.6İpoteka (girov)


Avtomobil kreditlərinin təminati kimi alınan avtomobilin özü və ya digər likvid əmlak ipoteka ola bilər. Avtomobilin dəyəri kredit məbləğinin ən azı 150%-ni təşkil etməlidir. İpoteka müqaviləsinə əsasən avtomobil ipotekaya qoyulmalı və Dovlət Yol Polisində muvafiq qeydiyyata alınmalıdır. İpotekaya qoyulmuş avtomobilin texniki pasportunda xüsusi qeyd kimi ipoteka haqqında məlumat mütləq öz əksini tapmalıdır. Avtomobilin ipotekaya qoyulmasına dair dövlət reyestrindən çıxarış təqdim edildikdən sonra borcalana kredit vəsaiti verilə bilər.

5.2.7Sığorta


İKA özünün və işçinin maraqlarını qorumaq üçün girov predmeti olan avtomobili hər hansı təbii və ya bədbəxt hadisələrdən qorumaq üçün borcalanın hesabına kreditin muddəti qədər sigortalanmasını tələb etməlidir. Avtomobil İKA-nın məqbul saydığı sığorta şirkətində KASKO sigorta növü ilə tam dəyərinə və ya sıgorta məbləği franşizanı çıxmaqla kredit məbləgindən az olmamaq şərti ilə sigortalanmalıdır.

5.3ŞƏXSİ MƏQSƏDLƏR ÜÇÜN VERİLƏN KREDİTLƏRİN KREDİTLƏŞMƏSİ PROSEDURLARI

Şəxsi məqəsədlər üçün verilən kreditlərin növləri aşağıdakılardır:



  • Yaşayış evlərinin təmiri;

  • Avtomobillərin təmiri;

  • Məişət avadanlığı və mebellərin alınması;

  • Səyahət;

  • Təhsil haqqı;

  • Müalicə;

  • Toy və ya yas mərasimlərinin keçirilməsi:

5.3.1Tələb olunan sənədlər


Şəxsi məqəsədlər üçün verilən kreditlərin verilməsi üçün ilk növbədə işçi İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:

  • Kredit Sifarişi (Forma № 3);

  • Borcalanın və zaminin şəxsiyyət vəsiqəsi;

  • Zaminin iş yerindən arayışı (əgər zamin İKA-nın işçisi deyilsə);

  • Əmək haqqı barədə İKA-dan arayış.

Sifarişçi haqqında bütün məlumatlar öyrənildikdən sonra, müsbət rəy yarandığı halda mütəxəssis Forma № 3 üzərində müvafiq qeydiyyat aparır.



5.3.2Müsahibə və sənədlərin qeyd olunması


Kredit almaq üçün müraciət etmiş işçi lazımi sənədləri kredit mütəxəssisinə təqdim edir. İşçi İKA-nın irəli sürdüyü tələblərə və şərtlərə uyğun gəldikdə və bu şərtlərə razılığını bildirdikdə, İKA-nın kredit mütəxəssisi sənədlərin tərtibatını diqqətlə yoxlayır.

Sənədlər qəbul edildikdən sonra İKA-nın kredit mütəxəssisi 3 (üç) iş günü ərzində işçiyə etiraz və yaxud müsbət qərar barəsində şıfahi məlumat verməlidir. Şifahi məlumat işçini qane etmədikdə, işçinin ərizəsi əsasında etirazın səbəblərini açıqlayan məktub verilə bilər.

Etiraz bildirilmiş işçinin sənədlərinin surətləri işçiyə qaytarılır. Sənədlərin surəti işçi tərəfindən geri götürülmədikdə, İKA-nın əməkdaş onları 30 gün ərzində saxlayır, bu müddət bitdikdən sonra isə onları məhv edir.

İKA-nın kredit mütəxəssisi işçinin ailə vəziyyətini, şəxsi keyfiyyətlərini, maddi vəziyyətini və digər gəlir mənbələrini təhlil edir. Mütəxəssis işçiyə veriləcək kreditin vaxtında qaytarıla biləcəyinə əmin olduqda sənədləri qəbul edir. Əks halda işçiyə kredit ayrılmasına etiraz edilir.

Kredit mütəxəssisi borcalanın yaşayış və iş yerindən məlumat götürür və borcalan tərəfindən verilmiş məlumatları yoxlayır. Səhv məlumat aşkar olunarsa kredit verilməsinə imtina edilir.


5.3.3Qiymətləndirmə


Ödəmə qabiliyyəti hesablanarkən arayış və anketdə göstərilən mütləq ödəmələr gəlirdən çıxılmalıdır (gəlir vergisi, üzvlük haqqı, alımentlər, xəsarət kompensasiyası, başqa kreditlər üzrə borcların və faizlərin ödənilməsi, verilmiş zəmanətlər üzrə öhdəlik məbləği, dəyərin hissə-hissə ödənilməsi üzrə alınmış mallara görə borc və sair). Bu məqsəd üçün gəlirlərdən çıxılmalarda verilmiş zəmanətlərə görə öhdəliklər üzrə orta aylıq ödənişin 50%-i, digər öhdəliklər üzrə orta aylıq ödənişin 100%-i qəbul olunaraq müvafiq əsas öhdəlik müəyyənləşdirilir.

Verilən kredit üzrə aylıq ödənişin həcmi ailənin aylıq gəlirinin 50%-indən çox ola bilməz.



Aidiyyatı mütəxəssis kreditin verilməsinin məqsədəuyğunluğu barədə müsbət rəy aldığı təqdirdə Kredit sifarişi üzərində müvafiq qeydiyyat aparır.

5.3.4Kreditlərin verilməsi şərtləri


İKA tərəfindən şəxsi məqəsədlər üçün işçilərə verilən kreditlər aşağıdakı şərtlər əsasında verilir:

  • İllik faiz dərəcəsi – 18%;

  • Muddəti – 12-36 ay;

  • Borcalanın həyatının siğortalanması;

  • Ödəmə - aylıq azalan hissələrlə;

  • Kreditin məbləği – maksimum 20 000 manat həcmində kreditlər verilə bilər;

  • İKA-nın işçisi olmaq (Əmək və tapşırıq müqaviləsi üzrə);

  • İşçi İKA-da 6 (altı) ay işlədikdən sonra kredit ala bilər;

  • İşçi kredit aldıqdan sonra Əmək müqaviləsinə və mövcud qanunvericiliyə zidd olan hər hansı hərəkət edərsə İdarə Heyətinin sədri əmri ləğv edə və kreditin qalıq məbləğinin və ona hesablanmış faiz məbləğinin tam ödənilməsi şərti ilə kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər;

  • İşçi işdən azad olunduğu təqdirdə kredit borcunu və ona hesablanmış kredit faizlərini son iş gününədək tam ödəməlidir.



5.3.5Kreditlər aşağıdakı halda verilməyəcəkdir


  • İdarə Heyəti sədrinin əmri ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət alan şəxslərə 6 (altı) ay müddətində;

  • İşçinin Agentliyə borcu (kredit və (və ya) vurduğu ziyana görə) olduqda.



5.3.6Təminat


İKA-ya şəxsi məqsədlər üçün müraciət edən işçilərə kreditlər bir şəxsin zaminliyi ilə verilir.

5.3.7Sığorta


İKA kredit verdikdə borcalan İKA-nın məqbul saydığı Sığorta şirkətində həyat sığorta növü ilə (kredit məbləgindən az olmamaq şərti ilə) sigortalanmalıdır.
Yüklə 123,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin