İstehlakçılara təlim vermə metodları Təlim yolu ilə biliyi, münasibəti və davranışı dəyişdirmək olar. Təlim metodları koqnitiv, operant şərtləşdirmə və bixeviorist (davranış) olaraq bölünür. Koqnitiv təlim metodu təlim biliklərin dəyişməsinin inikası olduğunu nəzərdə tutur.
Davranış təlim metodu təlimi davranışda stimulla reaksiya arasında assosiasiyanın inkişafından irəli gələn dəyişiklik kimi təqdim edir. Operant şərtləşdirmə metodu isə davranışın nəticələrinin onun təkrarlanma ehtimalına təsirinə əsaslanmışdır.
Təlimə bixeviorist yanaşmamüşahidə olunan hərəkətdə cəmlənir. Şərti refleks təliminin əsasını İ.P. Pavlov qoymuşdur. Klassik şərtləndirmə modeli şəkil 3-də təqdim olunmuşdur.
Şərtsiz stimul (ŞS)
Qida Şərtsiz reaksiya (ŞR)
Ağız sulanması Şərti refleks (ŞR)
Zəng Şərti refleks (ŞR)
Zəng Şərti reaksiya (ŞR)
Ağız sulanması
Şəkil 3. Pavlovun klassik şərtləndirmə modeli Klassik şərtləndirmə modeli C.B. Uotsonun bixeviorizm barədə təliminin əsasını təşkil etmişdir, çünki həmin nəzəriyyə konkret stimulun nə səbəbə konkret reaksiyaya səbəb olmasını izah etmək üçün dəqiq və obyektiv yanaşma təklif edir, həm də bu nəzəriyyəni kiminsə davranışını dəyişdirmək məqsədilə də istifadə etmək olar.
Klassik şərtləndirmənin reklamda tətbiqi (şəkil 4).
Şərtsiz stimul (ŞS)
Günəş /dəniz / qum / Şərtsiz reaksiya (ŞR)
Məmnunluq hissi