stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll
Təlimin əsas xarakteristikaları Təlimin gücü – güclü təlim alma reaksiyasının saxlanma möhkəmliyi və müddəti deməkdir. Təlim gücünə əhəmiyyət, işləmə, möhkəmləndirmə, təkrar və obrazlılıq təsir edir.
Sönmə və ya unutma möhkəmləndirmə az olduqda reaksiyanın itməsi deməkdir. Marketinq kommunikasiyaları quran marketerlər çalışırlar ki, istehlakçlar markanın üstün cəhətləri yadda saxlasın və tanısın, marka ilə assosiasiya olunan davranış hisslərini və variantlarını qoruyub saxlasınlar. Sönmənin sürəti ilkin təlimin gücünə proporsionaldır.
Stimulların generalizasiyası və ümumiləşdirilməsi oxşar stimullara eyni cür reaksiya vermək tendensiyasıdır. Stimulların istehlakçı tərəfindən generalizasiyası bir markadan olan məhsulların keyfiyyətinin yüksək olduğuna əsaslanaraq həmin markadan olan bütün məhsulların yüksək keyfiyyətli olması barədə nəticəyə gəldiyi hallarda baş verir. Stimulların generalizasiyası mövcud markanın müsbət xarakteristikasının yeni məhsullara daşınmasının əsasını təşkil edir. Bunun üçün marka rıçaqından (brand leverage), ailə markasından (family branding) və ya marka genişlənməsindən (brand extension) istifadə olunur. Bu metod marka adını yeni məhsullara yaymaqla marka dəyərini kapitallaşdırmağa imkan verir. Bundan başqa, yeni məhsul ən azı aşağıdakı dörd ölçüdən biri üzrə orijinal məhsula uyğun gəlməlidir:
əlavə (iki məhsul bir yerdə istifadə olunur);
əvəz etmə (yeni məhsul orijinal məhsulun əvəzinə istifadə oluna bilər);
daşınma (istehlakçı yeni məhsulu orijinal məhsul üçün eyni istehsal bacarığı tələb edən məhsul kimi qəbul edir);
imic (yeni məhsulun orijinal məhsul kimi imic komponentləri var).
Stimulların diskriminasiyası stimulların müxtəlif reaksiyalar məqsədilə ayırd edilməsi.
Reaksiya mühiti ilkin təlimin gücü ilə yanaşı arzu olunan reaksiyanı almaq üçün çox mühüm amil. Reaksiya alma situasiyasının siqnalları təlim situasiyasından nə qədər ços fərqlənirsə, informasiyanı effektiv əldə etmə ehtimalı bir o qədər güclüdür. Məhsulun reklamı onun barəsində istehlakçının piştaxtada görəcəyi görkəmdə təsəvvürü təmin etməlidir.