İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 277,63 Kb.
səhifə40/86
tarix15.10.2023
ölçüsü277,63 Kb.
#130347
1   ...   36   37   38   39   40   41   42   43   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Dəbin quruluşu

  • Dəb obyektləri – dəbdə olan istənilən obyektlərdir. Onlara geyim, qida, spirtli içkilər, tütün məmulatları, musiqi, rəsm, ədəbiyyat əsərləri, memarlıq nümunələri, həyat tərzi, idman növü və s. daxildir. Lakin bəzi əşyalar, davranış növü digərlərinə nisbətən dəb obyektinə daha tez-tez çevrilir. Belə ki, dəbə görə daha çox dəyişikliyə geyim, dəbli musiqi, nisbətən az isə ev və qida məruz qalır. Başqa sözlə desək, insanın həyatı üçün vacib ehtiyaclarını qarşılayan şeylər daha az dəyişikliyə məruz qalır. V.Zombratın deyir: “Əşya nə qədər gərəksiz olarsa o qədər də dəbə tabe olar”. Bu daha açıq şəkildə zərgərlik əşyaları, bəzək əşyaları, geyim, pop-musiqi və s. ilə nümayiş etdirilir.

  • Davraışın dəb standartları müəyyən bir modelin (məsələn, dəbli rəqslər) ardınca gələn davranış aktları, o cümlədən dəb obyektlərinin (dəbli geyim geyinmək, dəbli mebelə sahib olmaq) istifadəsini nəzərdə tutan davranış modelləri ola bilər.

Dəbin xüsusiyyətləri

  1. Müasirlik. O hər zaman müasirdir, hətta istənilən köhnə bir əşyanı canlandırsa belə. Dəb müasir olmaya bilməz o, bu cür müəyyən edilib. Köhnə dəb – artıq anti dəbdi. Nə qədər ki, dəb yenidir, o qədər də onun keyfiyyəti yüksək olur.

  2. Dəbin nümayişi – onun ayrılmaz keyfiyyətidir. Dəbdə “olmaq” və “görünmək” anlamları mahiyyətcə üst-üstə düşür. Dəb obyekti ətrafdakılara göstəriş, nümayiş üçün əldə edilir.




  1. Dəbin mərhələləri

  1. Dəb sənayesi. İdeal (mənəvi) istehsalat – ilkin mərhələdə ideal rəsm, cizgi, təsvir şəklində mövcud olan yeni modellərin hazırlanmasıdır. Bu funksiyaları dəb yaradıcıları: modelyerlər, konstruktor, memarlar, bəstəkarlar, şairlər və s. yerinə yetirir.

  2. Dəbdə olan əşyaların və davranış standartlarının yayılması. Bu prosess dəbdə olan modellərin maksimal dərəcədə geniş kütlə arasında yayılmasını nəzərdə tutur. Dəb obyektinin tərzinin və istehlakçı standartının yayılması. Bu birbaşa və ya gizli reklam vasitəsilə həyata keçirilir. Birinci halda biz bu və ya digər səbəbdən dəb obyekti statusunu almış yeni məhsul haqqında birbaşa məlumatlandırılırıq. İkinci halda isə bizə bu dəb obyektindən artıq istifadə edən referent qrupların nümayəndələrini nümayiş etdirirlər. Nəticədə dəb obyektini əldə etmək və “onlar kimi” olmaq istəyinin yayılması baş verir.


  3. Yüklə 277,63 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin