İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Qlobal bazarlarda tətbiq edilən marketinq strategiyaları



Yüklə 277,63 Kb.
səhifə16/86
tarix15.10.2023
ölçüsü277,63 Kb.
#130347
1   ...   12   13   14   15   16   17   18   19   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

3. Qlobal bazarlarda tətbiq edilən marketinq strategiyaları
Biznesin strateji istiqamətinin effektiv olması üçün marketoloqlar qlobal istehlakçı strukturunu, həmçinin bu strukturun inkişaf dinamikasını bilməlidir.
İstehlak bazarlarının qlobal səviyyədə strukturunu bilmək xüsusilə əhəmiyyətlidir. Lakin uğurun əsas amili şirkətin öz bazar strategiyasını bu və ya digər seqmentin özəlliklərinə nə qədər uyğunlaşdıra biləcəyidir. Ona görə qlobal istehlak bazarının idarə edilməsini sadələşdirmək üçün mütəxəssislər beynəlxalq bazarların ölkələr üzrə spesifik seqmentləşməsini təklif edir. Məsələn, marketoloq A.Koni dünya ölkələrinin demoqrafik əsaslı seqmentləşməsini aparır. O ehtimal edir ki, bütün beynəlxalq bazarları və ölkələri 3 böyük qrupa bölmək lazımdır.

  1. Asılı ölkələr. Buraya Keniya, Banqladeş, Pakistan, Nepal, Boliviya və Honduras daxildir. Bu ölkələr çox aşağı ödəniş qabiliyyəti ilə xarakterizə olunur. Onlar üçün qiymət alış zamanı əsas meyardır. Bu ölkələrdə insanların ömrü orta hesabla 40 ildir. Ailələr əsas etibarilə çox uşaqlıdır. Bu ölkələr nəinki öz iqtisadiyyatını orta səviyyəyə qaldıra bilmir, əhali də özü-özünü təmin edə bilmir. Təhsil səviyyəsi çox aşağı olduğuna görə məhsulun istifadəsi barədə təlimat qablaşdırmanın üzərində şəkillə göstərilir. Bazarda ən çox məişət məhsulları, təmizləyici vasitələr tələb olunur. Dəbdəbə predmetləri on illərlə piştaxtada gərəksiz mal kimi qala bilər.

  2. Axtarış aparan ölkələr. Bu qrupa Qabon. Malayziya, Braziliya, İndoneziya, Venesuela, Türkiyə, Şri-Lanka daxildir. Orta ömür bu ölkələrdə 60 ildir, ailələr də əsasən çoxuşaqlıdır. Bu ölkələr ona görə axtarış aparan adlanır ki, əhalinin rifahı daha inkişaf etmiş ölkələrin onların inkişafına qoyacağı investisiyadan asılıdır. Bu ölkələrin iqtisadi cəhətdən inkişaf etməsinə baxmayaraq istehlakçı tələbatı o qədər yüksək deyil. Ölkənin daxili istehsalını dəstəkləyə bilmək üçün hökumətlər vətəndaşları yerli mal almağa həvəsləndirmək naminə aktiv siyasət aparır, amma son dövrlərdə orta və yuxarı sinif daha yüksək keyfiyyətli məhsullara dəyər verməyə başlamışdır.

  3. İnkişaf edən ölkələr. Bu qrupa İsrail, Honkonq, Sinqapur, Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya, İrlandiya, Cənubi Koreya daxildir. Orta təbəqə artıq müstəqilliyi ilə seçilir. Ailələrdə iki – üç uşaq olur. Burada fast-fut, konserv, yarımfabrikat, körpələrə qulluq vasitələri satışı artır, mal – biznes sahəsində isə məişət texnikası növlərinə tələbat güclənir. Bu ölkələrdə idaxl status simvoludur. Belə hesab olunur ki, xarici mal daha keyfiyyətlidir. Dövlətlər öz vətəndaşlarına etnik qürur hissi aşılamağa çalışır. Bu qrupda inkişaf etmiş ölkələr ABŞ və Şotlandiyadır.

Xülasə
Strategiya müəssisənin əsas uzunmüddətli məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyət kursunun təsdiq edilməsi və həmin məqsədlərə nail olmaq üçün tələb olunan resursların bölüşdürülməsi deməkdir. O, problemlərin prioritetini və əsas məqsədə çatmaq üçün resursları müəyyən edən fəaliyyət proqramıdır (strateji planıdır). Marketinq strategiyası orta və qısa vədəli dövrün vəzifələrini effektiv həyata keçirməyə imkan verəcək strateji qərarların işlənib hazırlanması deməkdir.
Daha çox yayılmış, praktika sınaqdan keçirilmiş biznesin inkişaf strategiyaları adətən bazis və ya etalon strategiyalar adlanır.
Bazarın seqmentləşdirilməsini marketinq konsepsiyasının mahiyyət nüvəsi kimi qəbul etmək lazımdır. Bu terminin ilk dəfə 1956-cı ildə yaranmasına baxmayaraq ilk istehsalçılar onu daha əvvəldən tətbiq etməyə başlamışlar. Vahid seqmentləşdirmə metodikası yoxdur, tədqiqatçılar müxtəlif yanaşma və metodlardan istifadə edir.
İstehlak bazarlarının qlobal səviyyədə strukturunu bilmək xüsusilə əhəmiyyətlidir. Uğurun əsas amili şirkətin öz bazar strategiyasını bu və ya digər seqmentin özəlliklərinə nə qədər uyğunlaşdıra biləcəyidir.



Yüklə 277,63 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin