Mövzu 3. İstehlakçı davranışının fərdi determinantları: şəxsiyyətlə bağlı determinatlar, psixoqrafik və demoqrafik determinatlar Plan İstehlakçıların davranışının analizi və proqnozlaşdırılması
1. İstehlakçıların davranışının analizi və proqnozlaşdırılması Tələbat zəncirində istehlakçıya hərtərəfli istiqamətlənmə Marketinq oriyentasiyası üçün təşkilatın istehlakçılara necə uyğunlaşması məsələsi mərkəzi məsələdirsə, onda istehlakçıya tam oriyentasiya Tələbat zəncirində bütün təşkilatların istehlakçıların dəyişən həyat tərzinə və davranışına necə uyğunlaşmasına diqqət verərək məsələnin çərçivəsini genişləndirir. Limited Brands, Wal-Mart və Dell kimi təşkilatların uğurlarının mühüm bir hissəsi bununla bağlıdır ki, onlar malın işlənib hazırlanmasını, logistikanı, istehsalı və pərakəndə satışı başında istehlakçının durduğu tələbat zəncirinə daxil edərək istehlakçıya tam oriyentasiyanı təşkil edə bilmişlər.
İstehlakçını tam anlamaq mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan təklif zəncirinin halqalarının öz səylərini cəmiyyətin bütün üzvlərinin rifahı üçün birləşdirdiyi daha sərbəst bazar sistemlərinə keçid etməkdə olan ölkələr üçün faydalıdır.
Nailiyyət əldə edərək inkişaf etmək üçün firmalar informasiya texnologiyaları, istehlakçını qoruyub saxlama proqramı, istehlakçının tədqiq olunması, istehlakçının alış etmək haqqında qərar qəbul etməsi, ticarət markasının yaradılması, internet strategiyalar kimi sahələrdə öz bacarıqlarını cilalamalıdır. Eyni zamanda onlar muldimediya, çoxkanallı dünyaya miqrasiya edən və internet sayəsində getdikcə bir-biri ilə daha sıx birləşən reklam, kommunikasiya və marketinq sahəsində əvvəllər əldə etdikləri bilik və bacarıqları da təkmilləşdirməlidirlər.
Həddən artıq güclü rəqabətin getdiyi qlobal bazar məkanında istehlakçıların motivasiyası və davranışı barədə etibarlı, əlverişli və praktik informasiyaya tələbat günü - gündən artır. Məsələ marketinq problemlərinin aşkar və həll edilməsi nəzəriyyəsini və metodikasını praktikada tətbiq etməklə bu informasiyanı necə əldə etməkdədir. Strategiyaların planlaşdırılmasında və yaradılmasında kömək üçün satıcılar davranış elmlərinə və həmin elmlərin çox vaxt mütərəqqi informasiya texnologiyalarından istifadə etməklə istehlakçılar haqqında informasiyanı toplama və şərh etmə metodlarına müraciət edir. Amma bunun üçün hansı metod seçilir – seçilsin, bizim vəzifəmiz istehlakçının davranışını necə öyrənməyi və konkret situasiya üçün ən optimal strategiyanı necə realizə etməyi anlamaqdır.