İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Məhsul Şərti reaksiya (ŞR) Məmnunluq hissi



Yüklə 277,63 Kb.
səhifə31/86
tarix15.10.2023
ölçüsü277,63 Kb.
#130347
1   ...   27   28   29   30   31   32   33   34   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Məhsul

Şərti reaksiya (ŞR)
Məmnunluq hissi




Şəkil 4. Klassik şərtləndirmənin reklamda tətbiq olunması
Laboratiya araşdırmaları zamanı məlum olmuşdur ki, avtoqələmin seçilməsinə səbəb reklamda səslənən musiqi ola bilər. Sınağa cəlb olunanlara biri xoşə gələn, digəri isə xoşa gəlməyən iki melodiya təqdim olunurdu. Musiqi ilə müşayiət olunan reklam çarxında sınaqdan keçirilənlərin neytral hesab etdiyi iki rəngdə qələmdən istifadə olunur. Eksperiment başa çatdıqda iştirakçılara iki rəngdən birində olan qələmi yadda saxlamaq təklif olunur. Daha çox sınaqdan keçirilən adamlar xoşa gələn musiqinin səsləndiyi reklam çarxında göstərilən qələmin rəngini seçmişlər.
Klassik şərti refleks metodu istehlakçının dərk etmə aktivliyinin minimal olduğu məhsullar üçün təlim vermə zamanı tətbiq edilir. İstehlakçı passivdir və məhsul haqqında informasiyanı işləmək üçün motivi azdır.

  1. Operant şərtləndirmə metodu və ya sınaq və xəta metodu kimi tanınmış instrumental təlim metodu klassik şərti refleks metodundan daha çox gücləndirmənin rolu və zaman mərhələsi ilə fərqlənir. Bu metod davranışın nəticələrinin onun təkrarlanma ehtimalına təsirinə əsaslnamışdır. Metodun mexanikası nümunə ilə izah olunur – dovşan qəfəsdə oturub düyməni basır. Davranışın möhkəmləndirilməsi - düymə basılandan sonra yeməyin görünməsi – davranışla nəticə arasında əlaqəni bərkidir. Eyni qaydada istehlakçının məmnunluğu təkrar alış etmə ehtimalı artırır (şəkil 5). Həmçinin, əksinə, əgər alıcı məhsulu bəyənməmişdirsə, onda təkrar alış az ehtimal olunur. İstehlakçıların yeni məhsulu istifadə etməyi öyrənməsinə həvəs yaratma üsullarından biri xeyli sayda pulsuz nümunə paylamaqdır. Möhkəmlənmə malın keyfiyyət özəlliklərini mütləq göstərməli deyil. Bu, malın müşayiət edən xidmətlərin keyfiyyətinə də aid ola bilər.


Stimul (yeni məhsul)

Arzu olunan reaksiya: istifadə

Möhkəmlənmə: xoşa gələn dad







Stimula reaksiyanın artma ehtimalı


Şəkil 5. Operant şərtləndirmə modeli
Şərtləndirmə modelinin nəticəsi aşağıdakı effektlərin təzahürü olur:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin