İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Mövzu 9. Alış və alışdan sonrakı proseslər



Yüklə 277,63 Kb.
səhifə68/86
tarix15.10.2023
ölçüsü277,63 Kb.
#130347
1   ...   64   65   66   67   68   69   70   71   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Mövzu 9. Alış və alışdan sonrakı proseslər

Plan


  1. Qərarların qəbul edilməsi prosesində situasiya amilləri

  2. Alıcıların xarakteristikası

  3. İstehlakçı məmnuniyyətinin əhəmiyyəti




        1. Qərarların qəbul edilməsi prosesində situasiya amilləri

Situasiyalar tipi və situasiya təsirinin amilləri. İstehlak situasiyalarında insanlar və müxtəlif obyektlər iştirak edir (mallar, reklam), buna görə də onların göstərdiyi və situasiyanın hesabına baş verən təsiri ayırmaq lazımdır.
Situasiya təsiri – müəyyən zamanda müəyyən yerdə baş verən müxtəlif amillər hesabına həyata keçirilən təsirdir, və həmin təsir istehlakçılardan və obyektlərdən asılı olmur.
İstehlak situasiyalarının əsas xarakteristikaları:
1) Fiziki mühit – istehlak situasiyasının maddi tərkib hissəsidir. Onlara coğrafi mövqe, tərtibat, səslər, iylər, işıqlandırma, hava, malın xarici görünüşü və bizi maraqlandıran obyektin digər hiss edilən mühitləri daxildir.
2) Sosial mühit – bu situasiyada digər şəxslərin mövcud olub-olmaması.
3) Zaman – davranışın həyata keçirilmə momenti ilə bağlı olan (günün müəyyən vaxtı, həftənin günləri, ay, mövsüm) və ya keçmişdə yaxud gələcəkdə hər-hansı hadisəyə aid olan situasiyanın zaman xarakteristikalarıdır (məsələn, son alışın həyata keçirilməsi zamanı).
4) İstehlakçının məqsədi – hazırkı situasiyada insanın nail olmalı və ya yerinə yetirməli olduğu məqsəd.
5) Öncəki vəziyyət – istehlakçının situasiyaya daxil olduğu əhval və ya şəraitlər (pulun miqdarı).
Situasiyanın tipləri.
1. Kommunikasiya situasiyası – şəxsi və ya qeyri-şəxsi ünsiyyət prosesində istehlakçının iştirak etdiyi şəraitdir. Şəxsi ünsiyyət satıcı və ya digər istehlakçılarla danışıqdan ibarətdir, qeyri-şəxsi kommunikasiya reklam, satışın təşviq edilməsi proqramı kimi amillərin geniş spektri ilə əlaqəni ehtiva edir.

Yüklə 277,63 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin