Diferensiasiya olunmuş marketinq strategiyası firmadan bir neçə seqmentdə xüsusi olaraq hazırlanmış mal və marketinq proqramı ilə fəaliyyətini təşkil etməyi tələb edir. Bu strategiya marketinqin əsas prinsipinə uyğun gəlir, çünki onların motivlərinə və təsəvvürlərinə uyğun gələn marketinq proqranmlarına və alıcılara yönəlmişdir. Bu strategiya alıcının bazardakı vəziyyətini daha dolğun əks etdirir və bir qayda olaraq daha yüksək satış həcmi və konsentrasiya olunmuş marketinq strategiyası ilə müqayisədə daha aşağı risk səviyyəsi təmin edir. Diferensiasiya olunmuş marketinq strategiyası yüksək investisiya, istehsalat və idarə etmə məsrəfləri tələb edir, ona görə də əsas etibarilə iri müəssisələr bu strategiyanı həyata keçirmək iqtidarında olur.