1. İstehlakçı tələbatının növləri və motivasiya
Motivasiya, şəxsiyyət və emosiyalar.
İstənilən zaman insan müxtəlif ehtiyaclar hiss edir. Onlardan bəzisi biogen təbiətə malikdir, yəni daxili fizioloji gərginliyin aclıq, susuzluq, narahatlıq kimi hallarının nəticəsidir. Digərləri isə psixogendir, yəni daxili psixoloji gərginliyin tanınmağ, hörmətə, mənəvi yaxınlığa ehtiyac kimi hallarının nəticəsidir.
İstehlakçılar sadəcə məhsul almır, onlar ehtiyaclarını təmin edirlər. İstehlakçıları altı kateqoriyaya bölmək olar:
fizioloji;
sosial;
simvolik – istehlakçı məhsulu özünü ifadə etmək üçün alır;
gedonist – sensor istəkləri – dad, iy, səbəb olduqları duyğuları təmin etmə;
koqnitiv – elmə ehtiyac;
empirik – müəyyən duyğuların təmin edilməsi – konsertə, idman və bayram tədbirlərinə getmə.
Dostları ilə paylaş: |