Koqnitiv yaddaş psixologiyası
Koqnitiv yaddaş biliklərin yadda saxlanması prosesidir. Təlim prosesində alınan biliklər əvvəlcə şəxsiyyətə nisbətdə nə isə kənar bir şey rolunu oynayır, sonra isə yavaş – yavaş insanın təcrübə və inancına çevrilir.
Sensor – perseptiv (obrazlı yaddaş). Obrazlı yaddaş sensor informasiyanın qavranmasının nəticəsidir və görmə, eşitmə, iybilmə və digər duyğular şəklində, ya da müxtəlif sensor xarakteristikaların kompleksinin daxil olduğu mürəkkəb sintez obrazlar şəklində təzahür edə bilər.
Söz – məntiq (düşüncə). Söz – məntiq yaddaşı sözlü informasiyanı və kənar obyeklərin və hərəkətlərin məna işarəsini qeydə alır.
Dostları ilə paylaş: |