Təşəbbüskarın rolu hal hazırda hansı istehlakın daha aktual olması haqqında qərarın və onun təmin edilməsi məqsədi ilə alışın həyata keçirilməsi haqqında qərarın qəbul edilməsindən ibarətdir.
Amil rolu (influencer) alış haqqında qərarın qəbul edilməsi prosesinə təsir göstərən hərəkətlərdən ibarətdir. Bu alışın zəruriliyini və ya ondan imtina edilməsini əsaslandıracaq bir söz və ya bütöv bir nitq də ola bilər. Məsləhətçi – göstərilən rolun bir növüdür. Bu alışın edilməsini və ondan imtinanı əsaslandırmaya kömək edəcək hərəkətdir. Misal üçün, mən sükan arxasında həmin avtomobilin necə çalışmasını, onun üstün və çatışmayan cəhətlərini göstərdim. Bu zaman ola bilsin ki, hətta bir kəlmə belə söz deyilməsin, lakin potensial istehlakçı mənim tərəfimdən təşkil edilən sınağı diqqətə alacaqdır.