İstehlak situasiyalarının əsas xarakteristikaları:
1) Fiziki mühit – istehlak situasiyasının maddi tərkib hissəsidir. Onlara coğrafi mövqe, tərtibat, səslər, iylər, işıqlandırma, hava, malın xarici görünüşü və bizi maraqlandıran obyektin digər hiss edilən mühitləri daxildir.
2) Sosial mühit – bu situasiyada digər şəxslərin mövcud olub-olmaması.
3) Zaman – davranışın həyata keçirilmə momenti ilə bağlı olan (günün müəyyən vaxtı, həftənin günləri, ay, mövsüm) və ya keçmişdə yaxud gələcəkdə hər-hansı hadisəyə aid olan situasiyanın zaman xarakteristikalarıdır (məsələn, son alışın həyata keçirilməsi zamanı).
4) İstehlakçının məqsədi – hazırkı situasiyada insanın nail olmalı və ya yerinə yetirməli olduğu məqsəd.
5) Öncəki vəziyyət – istehlakçının situasiyaya daxil olduğu əhval və ya şəraitlər (pulun miqdarı).
Situasiyanın tipləri.
Dostları ilə paylaş: |