İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə65/131
tarix01.01.2022
ölçüsü324,66 Kb.
#103912
1   ...   61   62   63   64   65   66   67   68   ...   131
Re sosiallaşma – sosiallaşmanın təkrar baş verməsidir. Yetkin insan onu yalnız yad bir mədəniyyətə düşdüyü halda keçmək məcburiyyətidə qalır. Bu halda o, yetkin olmağına baxmayaraq, yerli əhalinin uşaqlıqdan bildiyi elemntar şeyləri öyrənmək məcburiyyətində qalır.

Mədəniyyət şoku – yad cəmiyyətə düşmüş və ünsiyyətdə, istehlakda saysız çətinliklərlə üzləşən, özünü köməksiz və istiqamətini itirmiş fərdin reaksiyasıdır.

Yad olan ətraf mühitlə fərdin arasındakı münaqişənin həlli yolları:

Qettoizasiya (“qetto” sözündən, xaricilər üçün xüsusi rayon).

Bu hal mühacirlərin (immiqrantların) yad ölkəyə gəldikləri və bu və ya digər daxili və ya xarici səbəblər üzündən öz aləmlərinə qapandıqları, ətrafdakı cəmiyyətlə və onun mədəniyyətilə ünsiyyəti yoxa endirdikləri zaman yer alır. Adətən belə insanlar şəhərin doğma dillərində danışan insanların yaşadıqları rayonlara köçür və öz doğma dilində danışır və vətənində adət etdiyi istehlak modellərini qoruyub saxlayırlar. Qərbin bir çox böyük və hətta orta şəhərlərində Çin, Hindistan məhəllələrinə rastlamaq olar. Nyu-Yorkda Brayton-biç – Sovet İttifaqından olan immiqrantların Amerikada yaratdığı və yenidən sosiallaşmanı keçə bilməyən və ya keçmək istəməyən mədəniyyət anklavıdır. Bu cür mədəniyyət qettolarında uyğun ölkənin milli mətbəxini təqdim edən restoranlar, suvinir dükanları və s. yerləşir. Bu rayonlarda əhalinin və ya onların əcdadlarının vətəni olan ölkənin mədəniyyət atributlarına müvafiq təlabat formalaşır.




Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin