Fikir liderləri və innovasiya diffuziyaları konsepsiyaları.
Qrupların təsnifatı və onların istehlakçıya təsiri
1. Üzvlərinin sayına görə iki cür qrup var:
• İlkin olanlar (kiçiklər) – bütün üzvləri bir masanın arxasında yerləşə bilərlə, 4-8 nəfər.
• İkincilər – onların birincilərə aid edilə bilməsi üçün sayları həddən artıq çox olan üzvlərin qrupları. Əgər insan qrupun bütün üzvlərini tanımırsa, onlarla nadir hallarda epizodik olaraq ünsiyyətdə olursa, onda qrup onun üçün ikinci əhəmiyyətə malikdir. Nümunə - müxtəlif assosiasiyalar.
2. Strukturlaşma və təşkilatlanma səviyyəsinə görə.
• Formal – vəzifəli şəxs, dəqiq müəyyən edilmiş rollar – siyasi partiyalar vardır;
• Qeyri-formal – hər ay qəhvəxanada görüşən institut məzunları qrupu.
3. Mənsubiyyət dərəcəsinə görə.
• Üzvlük – hər kiminsə məxsus olduğu və ya özünü onun üzvü kimi müəyyən etdiyi sadəcə istənilən bir qrup. Bu fərdin məxsus olduğu və qarşılıqlı əlaqədə olduğu qruplardır.
Bu kollektivlərdən bəziləri ilkin və onlarla qarşılqlı təsir kifayət qədər daimi xarakter daşıyır. Bunlar ailə, dostlar, qonşular və iş yoldaşlarıdır. İlkin kollektivlər adətən qeyri-formal olur. Bundan başqa insan bir sıra ikincili kollektivlərə də məxsus olur ki. onlar bir qayda olaraq daha formaldır və onlarla qarşılıqlı əlaqə daimi xarakter daşımır. Bu müxtəlif növdən olan dini birliklər, peşə assosiasiyaları və həmkarlar kimi ictimai təşkilatlardır.
Dostları ilə paylaş: |