Mükafatlandırmanın hakimiyyəti – bu tələblərə tabe olmaq üçün söz verilən və ya susqunluqla ehtimal olunan mnükafatlandırma vasitəsi ilə, yəni pozitiv sanksiyaların köməkliyi ilə digərinin davranışına təsir göstərmək qabiliyyətidir. Mükafatlandırma həm pul, həm hədiyyə, həm də xidmətdə irəli çəkilmə formasında susqunluqla razılıq və ya qibtə ilə mövcuddur. Mükafatlandırmanın hakimiyyəti – şirin qoğalın hakimiyyətidir. Qrupun normalarına riayət etmək fərdin statusunu yüksəldir, ona daha çox hörmət, məşhurluq gətirir ki, bu da onun qrup normalarına daha ciddi-cəhdlə riayət etməsini stimullaşdırır.