292. Aşağıdakı əsas fondlara amortizasiya hesablanır:
A) Bina, qurğu, iş və güc maşınları, avadanlıq və nəqliyyat vasitələri
B) Istehlak xassəsi zaman keçdikcə dəyişməyən əsas vəsaitlərin obyektləri
C) Özəlləşdirmə prosesində əvəzsiz olaraq alınmış əsas vəsait obyektlərinə
D) Mənzil fondu
E) Incəsənət əsərləri və qanunvericiliklə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər
293. Sifarişçi ilə podrat təşkilatları arasında hesablaşmada əsas sənəd necə adlanır?
A) Podrat müqaviləsi
B) Lisenziya
C) Sertifikat
D) Biznes-plan
E) Smeta
294. Elmi menecmentin əməyin bölgüsü prosesi necə təşkil edilmişdir?
A) İdarəedici və icraedici
B) Qiymətləndirici və idarəedici
C) Idarəedici və planlaşdırıcı
D) Planlaşdırıcı və stimullaşdırıcı
E) Idarəedici və stimullaşdırıcı
295. Teylorun konsepsiyasına əsasən menecmentin iki əsas vəzifəsi hansılardır?
A) Sahibkarlığın daha güclü inkişafının təmini, hər işçinin maddi rifahının artırılması
B) Iqtisadiyyatın güclənməsi, sahibkarlığın daha güclü inkişafının təmini
C) Iqtisadiyyatın güclənməsi, müəssisənin genişlənməsi
D) Hər bir işçinin maddi rifahının artırılması, yoxsulluğun azaldılması
E) Sahibkarlığın daha güclü inkişafının təmini, həmkarlar komitəsinin yaradılması
296. Menecmentdə prossesual yanaşmaların əsas funksiyaları hansılardır?
A) Planlaşdırma, təşkiletmə, motivasiya, nəzarət
B) Planlaşdırma, koordinasiya, motivasiya, nəzarət
C) Planlaşdırma, təşkiletmə, koordinasiya, nəzarət
D) Planlaşdırma, təşkiletmə, nəzarət, sərəncamvermə
E) Planlaşdırma, təşkiletmə, koordinasiya, sərəncamvermə
297. Sistemli yanaşmaya əsasən təşkilatın daxili mühiti hansı elementlərdən ibarətdir?
A) Struktur, vəzifə, texnologiya, insan, məqsəd
B) Təchizat, vəzifə, xammal, insan, ünsiyyət
C) Struktur, ünsiyyət, texnologiya, kapital, məqsəd
D) Struktur, təchizat, texnologiya, insan, məqsəd
E) Təchizat, texnologiya, insan, ünsiyyət, məqsəd
298. Sistemli yanaşmaya görə təşkilatın əsas və birinci əlaməti hansıdır?
A) Konkret məqsədin mövcudluğu
B) Mənfəətin yüksək olması
C) Yeni texnologiyaların tətbiqi
D) Idarəetmənin mərkəzləşməsi
E) Keyfiyyətə nəzarət mexanizminin mövcudluğu
299. Sistemli yanaşmanın məzmunu nədən ibarətdir?
A) Məqsədqoyuluşu, minimal xərclərlə məqsədə çatma, hərtərəfli qiymətləndirmə
B) Məqsədqoyuluşu, koordinasiya, hərtərəfli qiymətləndirmə
C) Məqsədqoyuluşu, motivasiya, koordinasiya
D) Məqsədqoyuluşu, motivasiya, nəzarət
E) Məqsədqoyuluşu, motivasiya, kommunikasiya
300. Menecmentin məqsəd altsisteminin təşkiledicilərindən olaraq müəssisə rəhbərliyinin, kollektivin sosial inkişafı və ətraf təbii mühitin mühafizəsi sayəsində yeritdiyi straterji tədbirlər sistemidir:
A) Müəssisənin sosial siyasəti
B) Müəssisənin investisiya siyasəti
C) Müəssisənin xarici iqtisadi siyasəti
D) Müəssisənin texniki siyasəti
E) Müəssisənin maliyyə siyasəti
Dostları ilə paylaş: |