İstehsal nədir: Istehsalat prosesində



Yüklə 19,24 Kb.
səhifə2/3
tarix11.11.2023
ölçüsü19,24 Kb.
#131818
1   2   3
Dəyişkən məsrəflər

Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir.
Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən az olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.
Yuxarıda qeyd etdiyimiz kimi xərclər uzunmüddətli və qısa müddətli olur. Bundan əlavə, xərclər birbaşa və dolayı olaraq da təsnifləşdirilir.
Birbaşa xərclər istehsal amillərini əldə etmək üçün həyata keçirilən ödəmələrdir. 
Dolayı xərclər isə ödəmə həyata keçiririlməyən istehsalçıya məxsus istehsal amillərinin alternativ dəyəridir. Bunu bir misalla izah edək, əgər bir proqramçı öz şirkətini açmaq üçün kompüter alırsa, bu onun birbaşa xərcidir. Amma öz şirkətini açan proqramçı artıq başqa yerdə işləyə bilməyəcək və nəticə etibarı ilə əmək haqqı əldə etməyəcək. Proqramçının ala bilməyəcəyi bu maaş onun dolayı (alternativ) xərci olur.
Qısamüddətli dövrdə məcmu xərclər (TC) sabit xərclər (FC) və dəyişən xərclərin (VC) cəmidir. Sabit xərclər (FC) istehsal miqdarından asılı olamayan, ona bağlı artıb azalmayan xərclərdir. Hətda firma istehsal etməsə belə, bu xərcləri ödəməlidir. Məsələn, tütün zavodu 5 illik fəaliyyət lisenziyası üçün 5 il müddətinə bankdan götürdüyü 50 min manatı dövlət rüsumu kimi ödəyir. Sadə şəkildə hesablasaq firma il ərzində banka 10 min manat ödəniş həyata keçirməlidir. Başqa sözlə, şirkətin mənfəət və ya zərər etməsindən, istehsalı artırıb və azaltmasından və ya dayandırmasından asılı olamayaraq o banka il ərzində 10 min manat ödəməlidir. Burada qısamüddətli dövr 1 il ola bilər, çünki 1 il ərzində ödəniləcək məbləğ eyni qalır. 5 ildən sonra isə firma bankdan yenidən kredit götürüb-götürməmək məsələsini müzakirə edə biləcəyi üçün sözügedən xərc artıq sabit xərclər yox, dəyişən xərc olur. Bu səbəbdən də 5 il və daha böyük vaxt kəsiyi müəssisə üçün uzunmüddətli dövr sayılır.
Müəssisənin xərcləri müxtəlif perspektivləri təhlili hesab edilə bilər. Onların təsnifat müxtəlif xüsusiyyətləri əsaslanır. məhsul dövriyyəsi xərcləri təsir baxımından asılı və ya satış artımı müstəqil ola bilər. Dəyişən xərclər ehtiyatlı nəzər tələb edən müəyyən bir nümunə şirkətinin rəhbəri artırılması və ya hazır məhsulun satışının azaldılması ilə onları idarə etməyə imkan verir. Buna görə də, onlar hər hansı bir şirkətin fəaliyyətinin düzgün təşkili anlayışı üçün vacibdir.
Dəyişən xərclər (Variable Cost, VC) həmin xərcləri bu məhsulların satış artım artması və ya azalması ilə dəyişdirmək imkanı var.
Məsələn, səmərəli fəaliyyətini həyata keçirmək üçün şirkətin xitam, dəyişən xərcləri sıfır olmalıdır. Enterprise müntəzəm olaraq xərclərin fəaliyyətini qiymətləndirmək lazımdır,. Sonra, onlar hazır məhsul və dövriyyəsinin dəyəri məbləği təsir göstərir.
dəyişən xərcləri belə maddələr daxildir.

  • bilavasitə hazır məhsul istehsalı ilə məşğul olan xammal, enerji, material, balans dəyəri.

  • istehsal məhsullarının dəyəri.

  • planın həyata keçirilməsi asılı olaraq işçilərin əmək haqqı.

  • satış menecerləri fəaliyyəti Faiz.

  • STS Ust ƏDV, Vergilər.

İstehsalın həcmindən asılı olan ödəmələr isə dəyişən xərclər (VC) adlanır. Bu xərclərə adətən xammal və əmək haqqı xərcləri daxil edilir. Çünki, firma istehsal həcmini artırmaq istədikdə daha çox işçi qəbul edir və daha çox xammal alır. Azaltmaq istədikdə isə xammal alışını azaldır və kollektivdə ixtisarlar həyata keçirir.
Burada bir məsələyə diqqət yetirmək lazımdır. Dövrlərin qısa və uzunmüddətli kimi bölünməsi nisbidir. Başqa sözlə, bir xərc növü təhlil edilən dövrün böyüklüyündən asılı olaraq dəyişən və ya sabit ola bilər. Misalımızı genişləndirək: fərz edək ki, firmada çalışan işçilərlə 1 illik əmək müqaviləsi bağlanılıb və müqavilə bitməmiş işdən azad etməyə görə təzminat illik maaş həcmindədir. Bu zaman işin gedişatı zamanı ixtisar mümkün olmayacaq və il bitənədək işçiləri işdə saxlamaq vacibdir. Bu halda əgər biz şirkətin rüblük fəaliyyətini təhlil etsək, bu zaman xammal xərcləri dəyişən xərclər, işçilərə veriləcək əmək haqqı və kredit ödənişi isə sabit xərc kimi nəzərə alınmalıdır. 2 illik hesabatlarda isə xammal və əmək haqqı xərcləri dəyişən, kredit ödənişləri isə sabit xərclərə aid ediləcək.
Orta xərclər məcmu, sabit və dəyişən xərclər üçün hesablana bilər. Orta məcmu xərclər hər bir məhsula düşən xərcləri əks etdirir, yəni məhsulun maya dəyəridir.

Yüklə 19,24 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin