İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt №



Yüklə 104,19 Kb.
səhifə4/4
tarix04.01.2022
ölçüsü104,19 Kb.
#53587
1   2   3   4
TƏHQİQAT AKTI
________________________________________________________________________________

(təhqiqat komissiyasının yaradılması barədə əmr (sərəncam)

________________________________________________________________________________

vermiş orqanın adı, əmrin (sərəncamın)

_________________________________________________________________ilə təyin edilmiş,

verilmə tarixi və nömrəsi)

tərkibində sədr ___________________________________________________________________

(soyadı, adı, atasının adı, tutduğu vəzifə, iş yeri)

və üzvlər ________________________________________________________________________

(soyadı adı, atasının adı, tutduqları vəzifə, iş yeri)

______________________________________________________________olan komissiya, dəvət

olunmuş mütəxəssislərin ___________________________________________________________

________________________________________________________________________________

(soyadları, adları, atalarının adı, tutduqları vəzifə)

_________________iştirakı ilə ________il “ “ _______ tarixdən _______il “ “ ___________ tarixədək həmin bədbəxt hadisənin təhqiqatını apardı və bu aktı tərtib etdi.

1. Zərərçəkən (zərərçəkənlər)* barədə məlumat: Soyadı, adı, atasının adı, doğulduğu il, peşəsi, vəzifəsi, ümumi və peşəsi üzrə (o cümlədən həmin müəssisədə) iş stajı, təlim, təlimat keçdiyi və təhlükəsizlik texnikası üzrə biliyinin yoxlanıldığı vaxt, zərərçəkənin ailə vəziyyəti, onun öhdəsində olan ailə üzvləri** haqqında məlumat (soyadı, adı, atasının adı, doğulduğu il, zərərçəkənlə qohumluq münasibəti).

2. Müəssisənin, sahənin, iş yerinin xarakteristikası Bədbəxt hadisənin baş vermiş olduğu yerin qısa xarakteristikası verilməsi, zərərçəkənə hansı təhlükəli və zərərli istehsal amillərinin təsir edə biləcəyi göstərilməlidir.

Əgər bədbəxt hadisə obyektdə qəza nəticəsində baş vermişsə, akta əlavə olaraq aşağıdakılar daxil edilir:

obyektin xarakteristikası (qazanxana nəzarəti obyektləri və qaldırıcı qurğular üçün obyektin adı, tipi, onun əsas parametrləri, müəssisə nömrəsi, istehsal edən müəssisə, istehsal edildiyi və quraşdırıldığı il, axırıncı baxış və yoxlama tarixləri, eləcə də təyin edilmiş baxış müddəti);

qəzanın kateqoriyası və xarakteri haqqında məlumat;

qəzanın vurduğu ziyan (manatla), məhsul itkisi (natural ifadə ilə və manatla) haqqında məlumat.

3. Bədbəxt hadisənin şəraiti

Bədbəxt hadisədən qabaq nə olduğu, əmək prosesinin necə getdiyi, həmin prosesə kimin rəhbərlik etmiş olduğu göstərilməli, zərərçəkənin (zərərçəkənlərin) və bədbəxt hadisə ilə əlaqədar olan digər şəxslərin hərəkətləri təsvir edilməli, hadisələr ardıcıllıqla ifadə edilməli, zədə yetirmiş olan təhlükəli (zərərli) istehsal amili, maşın, alət yaxud avadanlıq göstərilməlidir. Zərərçəkənin sərxoş vəziyyətdə olub-olmadığı qeyd edilməlidir.

4. Bədbəxt hadisənin səbəbləri

Bədbəxt hadisənin əsas texniki və təşkilati səbəbləri göstərilməli, əməyin mühafizəsi üzrə təlimatların, işlərin təhlükəsiz aparılması üzrə təlimat və normaların hansı tələblərinin pozulması (müvafiq maddələrə, paraqraflara, bəndlərə istinad edilməli, eləcə də dövlət standartlarının pozulması konkret ifadə edilməli, hansı təhlükəli və zərərli istehsal amillərinin yol verilən normadan, yaxud səviyyədən artıq olduğu) göstərilməlidir.

5. Bədbəxt hadisənin səbəblərinin aradan qaldırılması üzrə tədbirlər

Bu bölmədə hadisənin baş verməsinə səbəb olmuş amillərin aradan qaldırılması və gələcəkdə baş verməməsi üzrə tədbirlər göstərilir.


Sıra №-si

Tədbirlərin adı

İcra müddəti

İcraçı

Qeyd













































6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi

Bu bölmədə bədbəxt hadisəyə (bədbəxt hadisə ilə nəticələnmiş qəzaya) gətirib çıxarmış hərəkətlərinə, yaxud fəaliyyətsizliklərinə görə cavabdeh olan şəxslərin adları çəkilməli, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə üzrə təlimatların, dövlət nəzarəti orqanlarının təsdiq etmiş olduğu digər normativ sənədlərin onlar tərəfindən hansı dərəcədə pozulması (faiz nisbətində), riayət olunmamış maddələri, paraqrafları, bəndləri göstərilməlidir.

Təhqiqat komissiyasının sədri ____________________________

(imza, tarix)

üzvləri ______________________________________

(imzalar, tarix)

__________________



* Əgər qrup halında bədbəxt hadisə təhqiq edilərsə xüsusi təhqiqat aktının 1-ci bölməsində hər bir zərərçəkən haqqında məlumat ayrıca göstərilir.

*** Ailə üzvləri haqqında məlumat yalnız ölümlə nəticələnmiş bədbəxt hadisələr üzrə göstərilir.

Yüklə 104,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin