1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-
Dialoqların təsnifatı və onların işlənməsinin ümumi prinsipləri
Dialoqun tipləri. Dialoqun tipi “həmsöhbətlərdən” kimin informasiyanın mübadiləsi prosesinin idarə etdiyini təyin edir.
Dialoqun iki tipini ayırırlar:
proqram tərəfindən idarə olunan dialoq;
istifadəçi tərəfindən idarə olunan dialoq.
Proqram tərəfindən idarə olunan dialoq proqram təminatına daxil olan sərt, xətti və ya ağacşəkilli, yəni mümkün alternativ variantları daxil edən dialoqun ssenarisinin mövcudluğunu nəzərdə tutur. Bu cür dialoq adətən hər bir addımda daxil edilməli olan informasiyanı dəqiqləşdirən çox saylı izahlı kömək ilə müşahidə olunur.
İstifadəçi tərəfindən idarə olunan dialoqda dialoqun ssenarisi tələb olunan əməliyyatların yerinə yetirilməsi üçün sistemi istifadə edən istifadəçidən asılıdır. Bu zaman sistem müxtəlif istifadəçi ssenarilərinin realizə olunması imkanını təmin edir.