İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


İnformasiya texnologiyalarının tətbiqinin səmərəlilik meyarları



Yüklə 79,28 Kb.
səhifə2/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   2   3   4   5   6   7   8   9   ...   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

2.3.2. İnformasiya texnologiyalarının tətbiqinin səmərəlilik meyarları

Səmərəlilik – hazırda hamı tərəfindən qəbul olunmuş vahid tərifə malik olmayan ümumi iqtisadi anlayışlardan biridir.

Səmərəlilik – sistemin keyfiyyətinin mümkün xarakteristikalarından biridir, yəni xərclərlə sistemin fəaliyyət nəticələrinin nisbəti nöqteyi-nəzərindən sistemin xarakteristikasıdır.

Məhz informasiya texnologiyalarının səmərəliliyi dedikdə xərclərlə sistemin fəaliyyət nəticələri nisbətinin ölçüsü başa düşülür. Səmərəliliyin əsas göstəriciləri kimi əsas hallarda iqtisadi səmərəlilik göstəriciləri nəzərdə tutulur: iqtisadi səmərə, kapital qoyuluşlarının iqtisadi səmərəlilik əmsalı, kapital qoyuluşlarının ödənilməsi vaxtı və s.

İqtisadi səmərə - qiymət formasında ifadə olunmuş, mövcudluğundan alınan qənaət şəklində verilmiş hər hansı bir tədbirin tətbiqinin nəticəsidir.

Belə ki, informasiya texnologiyalarından istifadə edən təşkilatlar üçün qənaətin əsas mənbələri aşağıdakılardır:



  • İnformasiya texnologiyalarının tətbiqi nəticəsində təşkilatların əsas fəaliyyət göstəricilərinin yaxşılaşdırılması;

  • Yeni informasiya texnologiyalarının ən yaxşı erqonomik xarakteristikaları hesabına onların öyrənilməsi müddətinin azalması;

  • İnformasiya texnologiyalarının yeni alətlərinin tətbiqi zamanı məsələlərin sazlanması və istismara verilməsinə sərf olunan maşın vaxtının və digər resursların azalması;

  • İnformasiya-hesablama işlərinin texniki səviyyəsinin, keyfiyyət və həcminin artması;

  • İnformasiya həcminin artması və onun emal vaxtının azalması;

  • Hesablama resurslarının tətbiqi əmsalının, informasiyanın hazırlanması və ötürülməsi vasitələrinin artması;

  • İşçi heyətin, o cümlədən proqram vasitələrinə, avtomatlaşdırılmış sistemlərə, emal sistemləriə xidmət edən yüksək peşəkar işçi heyətinin sayının azalması;

  • İnformasiya texnologiyaları istehlakçısı olan təşkilatda yeni informasiya texnologiyalarından istifadə etməklə tətbiqi məsələlərin proqramlaşdırılması zamanı proqramçıların işlərinin əməktutumunun aşağı salınması;

  • Istismar materiallarına xərclərin azalması.

Kapital qoyuluşlarının iqtisadi səmərəlilik əmsalı informasiya texnologiyalarının yaradılması və ya istismarı nəticəsində yaranan 1 manat birdəfəlik kapital qoyuluşuna görə gəlirin illik artımını göstərir.

Ödənmə müddəti (səmərəlilik əmsalına əks olan kəmiyyət) – kapital qoyuluşlarının istifadəsinin səmərəlilik göstəricisidir. Ödəmə müddəti informasiya texnologiyalarına çəkilən xərclərin əldə edilmiş səmərə ilə ödənilən vaxt dövrüdür. İnformasiya texnologiyalarının səmərəliliyinin təyin edilməsi istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və informasiya texnologiyalarının xüsusiyyətlərini nəzərə alaraq xalq təsərrüfatında yeni texnikanın istifadəsi prinsiplərinə əsaslanır.

İlkin iqtisadi səmərə texniki təkliflər və tətbiqin proqnozu əsasında informasiya texnologiyalarının işlənməsi yerinə yetirilənə qədər hesablanır. İlkin səmərə informasiya texnologiyalarının işlənməsinin texniki-iqtisadi əsaslandırılmasının elementidir və onların planlaşdırılması, işlənməsi və tətbiqi zamanı istifadə olunur.

Potensial iqtisadi səmərə əldə edilmiş texniki-iqtisadi xarakteristikalar və informasiya texnologiyalarından maksimum həcmlə istifadəsi haqqında proqnozlaşdırılan verilənlər əsasında işlənmə başa çatdıqdan sonra hesablanır. Potensial səmərə informasiya txnologiyalarının layihəçiləri təşkilatının faəliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunur.

Zəmanətli iqtisadi səmərə konkret tətbiq obyekti üçün zəmanətli iqtisadi səmərə və bir sıra obyektlər üzrə ümumi zəmanətli tətbiq şəklində hesablanır.

Konkret tətbiq obyekti üçün zəmanətli iqtisadi səmərə bir tətbiq üçün işlənmə başa çatdıqdan sonra aşağıdakı verilənlər əsasında hesablanır: layihəçi tərəfindən zəmanətlə verilmiş informasiya texnologiyalarının tətbiqindən alınan xüsusi səmərə; istifadəçi tərəfindən verilmiş zəmanət müddəti; İT-nin istifadəsinin illik həcmi. İnformasiya texnoogiyalarının bir tətbiqindən əldə edilən zəmanətli səmərə layihəçi-təşkilatla istifadəçi-təşkilat arasında razılaşmalar tərtib olunduqda hesablanır. Zəmanətli ümumi səmərə İT-nin qiymətinin əsaslandırılması, onların istehsalı və tətbiqi variantının seçilməsi üçün xidmət edir.

Faktiki iqtisadi səmərə uçot verilənləri və informasiya texnologiyalarının konkret tətbiqləri zamanı çəkilən xərclərin və nəticələrin tutuşdurulması əsasında hesablanır.

Faktiki səmərə aşağıdakı məqsədlərlə istifadə olunur: informasiya texnologiyalarını işləyən, tətbiq və istifadə edən təşkilatların faəliyyətinin qiymətləndirilməsi; iqtisadi inkişaf fondlarına ayrılmış məbləğlərin həcminin təyin edilməsi; İT-nin fəaliyyətinin səmərəliliyinin təhlili; İT-lərin və onların istismar şərtlərinin təkmilləşdirilməsi ilə bağlı texniki təkliflərin işlənməsi.

İnformasiya texnologiyalarının iqtisadi səmərəlilik göstəriciləri aşağıdakılar əsasında təyin olunurlar:


  • informasiya texnologiyalarının istifadəsinin son nəticəsinə göstərilən təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi;

  • hesablama sistemlərində verilənlərin hazırlanması, ötürülməsi və emalının texnoloji proseslərinə təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi;

  • İT-lərin yeni növlərinin yaradılmasının texnoloji prosesinə informasiya texnologiyaları tərəfindən göstərdiyi təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi.



Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin